BMT-nin Baş katibi fəlakət zonasına çevrilən Araldan yazıb
Daşkənd, 21 may, AZƏRTAC
Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antoniu Quterreş öz “İnstagram” səhifəsində fəlakət zonasına çevrilən Araldan yazıb.
AZƏRTAC xəbər verir ki, 2017-ci ildə Antoniu Quterreş Özbəkistanda səfərdə olarkən Aral gölünün sahilinə də gedib və gölün quruyan hissəsinin fonunda şəkil çəkdirib.
Baş katib yazır ki, iki il əvvəl mən Aral dənizinin sahillərində oldum və müasir dövrümüzün ekoloji fəlakəti olan Aralı öz gözlərimlə gördüm. Aral nə vaxtsa dünyada böyüklüyünə görə dördüncü böyük göl olub, son bir neçə onilliklər ərzində isə Aralın quruması regionda bir sıra ekoloji problemlər yaradıb.
Xatırladırıq ki, 1960-cı ildən başlayaraq Amudərya və Sırdərya çaylarından Arala gedən su mənbələrinin suvarmaya ayrılması nəticəsində göldə suyun səviyyəsi sürətlə aşağı düşməyə başlayıb.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd