BMT Şimali Koreyaya qarşı sanksiyalara yeni istisna tətbiq edəcək
Bakı, 21 may, AZƏRTAC
BMT-nin Təhlükəsizlik Şurası UNICEF-in Koreya Xalq Demokratik Respublikasına humanitar yardımları davam etdirə bilməsi üçün bu ölkəyə qarşı sanksiyalara yeni istisna tətbiq olunması barədə qərar qəbul edib.
AZƏRTAC BMT-nin internet səhifəsindəki məlumata istinadla xəbər verir ki, 6 ay ərzində qüvvədə olacaq istisna KXDR-ə əhalinin qidalanma vəziyyətini yaxşılaşdırmaq üçün avadanlığın (su təmizləyici qurğular) və tibbi ləvazimatların təchizatına imkan yaradacaq. Humanitar yardımın ümumi dəyəri 5,75 milyon ABŞ dollarıdır.
Bununla, KXDR-ə tətbiq olunan sanksiyalara humanitar layihələr üçün verilən istisnaların sayı 22-yə çatıb.
Qeyd edək ki, BMT və müxtəlif dövlətlər nüvə-raket fəaliyyəti ilə əlaqədar Şimali Koreyaya sanksiyalar tətbiq edirlər. Həmin sanksiyalar humanitar fəaliyyəti qadağan etməsə də, bəzi materialların KXDR-ə göndərilməsinə imkan vermir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [15:05]
Rusiya XİN Ermənistanla münasibətlərdə sonrakı siyasi kursu açıqlayıb
- 08.06.2026 [14:27]
İyunun 8-i Ümumdünya Okeanlar Günüdür
- 08.06.2026 [14:25]
Türkiyə və Gürcüstan xarici işlər nazirləri İstanbulda görüşüblər VİDEO
- 08.06.2026 [13:40]