BMT TƏHLÜKƏSİZLİK ŞURASININ BÜTÜN QƏTNAMƏLƏRİ YERİNƏ YETİRİLMƏLİDİR
AZƏRTAC xəbər verir ki, Fransanın Azərbaycandakı səfiri Qabriel Keller iyulun 17-də jurnalistlərlə görüşündə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin bir çoxunun yerinə yetirilmədiyindən təəssüfləndiyini bildirmişdir.
Diplomat demişdir ki, Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsinə, İsrail tərəfindən zəbt olunmuş Qəzza zolağına və keçmiş Yuqoslaviyaya dair BMT Təhlükəsizlik Şurasının bir neçə qətnaməsinin hələ də yerinə yetirilməməsi narahatlıq doğurur. Fransa BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi bütün qətnamələrin yerinə yetirilməsini vacib sayır.
Q.Kellerin dediyinə görə, qətnamələrin yerinə yetirilməsini təmin etmək olar. Bu, BMT Xartiyasının 7-ci bəndinə əsasən silahdan istifadə yolu ilə mümkündür. Lakin bunun üçün bütün üzv dövlətlərin razılığı lazımdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:25]
“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”
- 13.06.2026 [14:28]
Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb
- 13.06.2026 [13:13]
Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb
- 13.06.2026 [11:27]
Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir
- 13.06.2026 [10:48]