ELM VƏ TƏHSİL
Boğaziçi Universitetinin professoru BDU-da məruzə edib
Bakı, 1 fevral, AZƏRTAC
Bakı Dövlət Universitetində (BDU) müasir topologiyanın problemlərinə dair seminar təşkil olunub.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, BDU-nun müxtəlif fakültələrinin əməkdaşlarının, doktorant və gənc tədqiqatçıların iştirak etdikləri seminarda Türkiyənin Boğaziçi Universitetinin professoru Çağrı Karakurt mövzu üzrə məruzə edib.
Ç.Karakurt bildirib ki, 1960-cı illərdə alınan bir sıra nəticələr aşağı ölçülü topologiyalara diqqət yetirməyə səbəb olub. Tanınmış riyaziyyatçı Stiven Smeyl 1961-ci ildə Puonkare problemini yüksək ölçülü fəzalarda həll etsə də, üç və dördölçülü hallar üçün problem həll olunmamış qaldı. Bu isə yeni üsulların tətbiqini tələb edirdi.1982-ci ildə bu problem dördölçülü halda Maykl Fridon, 2002-ci ildə isə üç ölçülü halda Oriqoriy Perelman tərəfindən həll olundu.
Məruzəçi qeyd olunan məsələlər haqqında iştirakçıları məlumatlandırıb, Briskorn məxsusiyyətli Milnor qatlarında Şteyn tutacaqlarının diaqramlarının təsvirini verib. Məxsusi halda verilən məsələni hamar hala gətirərək keçidlərdə xronik təmas strukturunun təbii simplektik əməliyyatının öyrənilməsini izah edib. Əməliyyatın iki müxtəlif interpretasiyasını verib.