BOK-un Tokioda keçiriləcək iclasında sambonun daimi tanınması ilə bağlı məsələyə baxılacaq
Bakı, 16 fevral, AZƏRTAC
Beynəlxalq Olimpiya Komitəsinin (BOK) müvəqqəti tanıdığı sambonun daimi tanınması ilə bağlı məsələyə qurumun Tokioda keçiriləcək iclasında baxılacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Sambo Federasiyasının (FIAS) prezidenti Vasili Şestakov TASS-a verdiyi müsahibədə bildirib.
BOK-un iclası martın 10-12-də onlayn formatda keçiriləcək. Sambo BOK tərəfindən 2018-ci ilin noyabrında müvəqqəti olaraq tanınıb.
FIAS-ın prezidenti onu da əlavə edib ki, sambo BOK tərəfindən daimi tanındıqdan sonra onun Olimpiya Oyunlarının proqramına daxil olması üçün işlər başlayacaq. Hazırda bir sıra variantlar üzərində işləyirik və düşünürük ki, 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Yay Olimpiya Oyunlarında sambonu sınamaq olar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [22:01]
Azərbaycan Avropa Olimpiya Komitələrinin Baş Assambleyasında təmsil olunub
- 13.06.2026 [20:36]
Azərbaycan avarçəkənləri Dünya Kubokunda medal qazanıblar
- 13.06.2026 [19:19]
Atletika üzrə Azərbaycan çempionatına yekun vurulub
- 13.06.2026 [19:13]
Azərbaycan atleti Nazim Babayev karyerasını bitirib
- 13.06.2026 [19:05]
Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb
- 13.06.2026 [18:33]
Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub
- 13.06.2026 [13:51]
Bakıda “RobotChallenge 2026” texnologiya yarışı start götürüb
- 13.06.2026 [12:03]