Boksçu Məhəmmədrəsul Məcidov dünya çempionatında iştirak edə bilməyəcək
Bakı, 1 oktyabr, AZƏRTAC
Dünya çempionatında iştirak etmək üçün Qətərin paytaxtı Dohaya yola düşəcək boks üzrə Azərbaycan milli komandası oktyabrın 1-də Bakıda sonuncu məşqinə çıxıb.
AZƏRTAC xəbər verir ki, yarışda millimizin heyətində 9 boksçunun iştirakı nəzərdə tutulsa da, son anda dəyişiklik edilib. Həkimlər Məhəmmədrəsul Məcidovun mundialda çıxışına icazə verməyiblər. Birinci Avropa Oyunlarında zədələnən boksçumuz Meksika və İtaliyaya təlim-məşq toplanışlarına yollansa da, tibbi personal risk etmək istəməyib.
Məhəmmədrəsul Məcidov jurnalistlərə açıqlamasında həkimlərin qərarı ilə razılaşmaq məcburiyyətində qaldığını vurğulayaraq deyib: “Son ana qədər ümid edirdim ki, dünya çempionatında iştirak edəcəyəm. Komanda ilə birgə məşqlərimi də davam etdirirəm. Üçüncü dəfə dünya çempionu olmaq arzusunda idim. Amma həkimlərlə mübahisə etməyə dəyməz. Onlar zədə səbəbindən yarışda iştirakıma icazə vermədilər. Bu, son şans deyil. Qarşıda hələ lisenziya turnirləri var. Əvvəlcə İstanbulda, sonra isə gələn il Bakıda keçiriləcək sonuncu yarışda iştirak edəcəyəm. İnanıram ki, Olimpiadaya vəsiqə qazanaraq uğurlu nəticəyə nail olacağam”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.10.2026 [19:32]
"Borussiya Dortmund" "Sabah"la oyundan öncə Bundesliqada xal itirib
- 17.10.2026 [15:45]
Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib
- 17.10.2026 [12:21]
Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb
- 17.10.2026 [10:30]
Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq
- 16.10.2026 [22:43]
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb
- 16.10.2026 [21:04]
Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]
Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub
- 16.10.2026 [23:18]
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb
- 16.10.2026 [22:43]
Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib
- 16.10.2026 [21:56]
“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram
- 16.10.2026 [21:38]
BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb
- 16.10.2026 [21:26]
Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub
- 16.10.2026 [21:06]
Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb
- 16.10.2026 [21:04]
Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib
- 16.10.2026 [21:00]