Boksçumuz beynəlxalq turnirə qələbə ilə başlayıb
Bakı, 15 fevral, AZƏRTAC
Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə ənənəvi “Strandja” turnirinə start verilib.
AZƏRTAC xəbər verir ki, 43 ölkədən 360 idmançının qatıldığı yarışın birinci günündə Azərbaycan millisinin üç üzvü rinqə çıxıb.
Yarışda 81 kiloqram çəki dərəcəsində qüvvəsini sınayan Rauf Rəhimov ilk görüşündə Harş Lakra (Hindistan) ilə üz-üzə gəlib. Görüş Azərbaycan çempionunun asan qələbəsi ilə yekunlaşıb - 5:0. Həmyerlimiz səkkizdəbir finalda filippinli Jon Nobel Marvini sınağa çəkəcək. Qarşılaşma fevralın 16-da keçiriləcək.
Elnur Süleymanovun (69 kq) debütü uğurlu alınmayıb. Təmsilçimiz Delante Conson (ABŞ) ilə qarşılaşmada 0:5 hesabı ilə məğlub olub.
Qadınlardan ibarət komandamızın üzvü Məryəm Cəbrayılova (69 kq) da mübarizəni erkən dayandırıb. Təmsilçimiz Oşai Cones (ABŞ) ilə dueldə qələbə qazana bilməyib. O, 0:5 hesabı ilə uduzub.
Qeyd edək ki, bu gün yığmamızın üzvlərindən Anaxanım Ağayeva (51 kq), Sərxan Əliyev (60 kq), Elvin İsayev (64 kq) və Kamran Şahsuvarlı (75 kq) ilk döyüşlərini keçirəcəklər. Boksçularımız müvafiq olaraq, Veronika Nosvik (Norveç), Ankuş Dhaiya (Hindistan), Keyşaun Davis (ABŞ) və Rişard Leviski (Polşa) ilə qarşılaşacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [14:52]
Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib
- 10.10.2026 [14:44]
Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub
- 10.10.2026 [14:23]
III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub
- 10.10.2026 [13:21]
Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur
- 10.10.2026 [11:39]
Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib
- 10.10.2026 [10:57]
Nazir: Azərbaycan idmana böyük maraq göstərir
Bu saata olan əsas xəbərlər
- [12:01]
“Qalatasaray” növbəti qələbəsini qazanıb
- 09.10.2026 [23:30]
Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına
- 09.10.2026 [23:18]
Bakıda beynəlxalq tanqo marafonu
- 09.10.2026 [23:00]
Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib
- 09.10.2026 [22:59]
Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir
- 09.10.2026 [22:28]
Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi
- 09.10.2026 [22:17]
Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib
- 09.10.2026 [21:27]
Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur
- 09.10.2026 [21:16]
Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb
- 09.10.2026 [21:06]
SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib
- 09.10.2026 [20:29]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib
- 09.10.2026 [20:16]