Bolqarıstan, Rumıniya, Yunanıstan və Serbiya Avropa İttifaqının genişlənməsini dəstəkləyirlər
Buxarest, 30 mart, AZƏRTAC
Rumıniyanın, Yunanıstanın, Bolqarıstanın Baş nazirləri və Serbiyanın prezidenti Avropa İttifaqının gələcəkdə genişlənməsini dəstəkləyirlər.
AZƏRTAC xəbər verir ki, bu barədə Rumıniyanın Snaqov şəhərində keçirilən dördtərəfli görüşün yekunlarına dair bəyanatda bildirilir. Sənəddə deyilir ki, güclü, birgə, vahid Avropa İttifaqın hazırkı və gələcək üzv dövlətlərinin maraqlarına cavab verir.
Tədbir iştirakçıları Bolqarıstan ilə Şimali Makedoniya arasında dostluq və əməkdaşlıq müqaviləsinin, habelə Yunanıstan ilə Şimali Makedoniya arasında Prespa sazişinin imzalanmasını alqışlayıblar. Rumıniya, Bolqarıstan və Yunanıstan Serbiyanın Avropa İttifaqına daxil olmasını dəstəklədiklərini bildiriblər.
Sənədi Rumıniyanın Baş naziri Viorika Dançila, Bolqarıstanın Baş naziri Boyko Borisov, Yunanıstanın Baş naziri Aleksis Tsipras və Serbiyanın prezidenti Aleksandr Vuçiç imzalayıblar.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [12:29]
ABŞ-nin neft ehtiyatları azalıb
- 11.06.2026 [12:17]
Fransadakı alman bunkerləri baxımsız qalıb
- 11.06.2026 [12:07]
Hind okeanında ən dərin və geniş balina “məzarlığı” aşkar edilib
- 11.06.2026 [12:04]
Oman sahillərində tankerdə yanğın baş verib
- 11.06.2026 [12:00]
Çində yeraltı detektor xəyali neytrinolar haqqında məlumat əldə edib
- 11.06.2026 [11:50]
Koşta: Aİ sammiti Zelenskinin videomüraciəti ilə başlayacaq
- 11.06.2026 [11:43]
Fransada müdafiə sənayesi sahəsi gücləndirilir
- 11.06.2026 [11:42]
Qazaxıstanda gənə təhlükəsi: 475 nəfər tibbi yardım üçün müraciət edib
- 11.06.2026 [11:39]