Bonn İqlim Sammitində ekoloji fəalların aksiyaları davam edir
Bonn, 25 iyun, AZƏRTAC
Almaniyanın Bonn şəhərində keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Köməkçi Orqanlarının 62-ci Sessiyası (SB62) çərçivəsində ekoloji aksiyaların iştirakçıları iqlim sahəsində ədalətinin əldə olunması tələbi ilə çıxış edirlər.
AZƏRTAC xəbər verir ki, aksiyada vətəndaş cəmiyyəti fəallarının əsas mesajları və tələbləri - Paris Sazişinin 6.4-cü maddəsinə əsasən Qlobal Cənub ölkələrinin karbon bazarlarının artması təhlükəsi ilə üz-üzə qalması, nəticədə torpaqların ələ keçirilməsi, özəlləşdirmə və “karbon kolonializmi” kimi prosesləri təşviq edir.
Zəngin ölkələr real emissiya azalmalarından və maliyyə öhdəliklərindən yayınmaq üçün kompensasiyaları öz Milli Səviyyədə Müəyyən Olunmuş Töhfələrinə (NDC) daxil edirlər.
Aksiyada Qlobal Cənubun “ön cəbhədə” dayanan icmalarının çıxışları və şüarlarla müşayiət olunan çağırışlar səsləndirilib. Fəallar qazancyönümlü karbon təşəbbüsləri əvəzinə ictimai iqlim maliyyələşməsinin təmin edilməsini və karbon bazarlarına son qoyulmasını tələb ediblər.
Aksiyada “Karbon bazarlarına yox deyirik!”, “İqlim ədalətinə əsaslanan real iqlim həllərinə “bəli”, “Sözdə deyil, real ədalətli keçid” və digər plakatlar qaldırılıb, şüarlar, bəyanatlar səsləndirilib.