“Borussiya” Debmelenin transferinə görə daha 5 milyon avro qazanıb
Bakı, 24 noyabr, AZƏRTAC
Almaniyanın “Borussiya” (Dortmund) klubu Osman Debmelenin “Barselona”ya transferinə görə daha 5 milyon avro qazanıb.
AZƏRTAC “Kicker”ə istinadla xəbər verir ki, İspaniya klubu 23 yaşlı hücumçunun transferinə görə artıq 130 milyon avrodan artıq vəsait ödəyib. Belə ki, əldə olunan razılaşmaya görə, “Barselona” Dembelenin 25, 50, 75 və 100-cü rəsmi oyununa görə qarşı tərəfə 5 milyon avro ödəməlidir.
Bundan əlavə, Kataloniya təmsilçisi razılaşmaya əsasən, müxtəlif bonuslar ödəməlidir. Mümkün bonusların ödənilməsi halında köçürmə məbləği 148 milyon avroya qədər arta bilər.
Qeyd edək ki, Osman Dembele 2017-ci ilin yayında 105 milyon avro qarşılığında Almaniyanın “Borussiya Dortmund” klubundan “Barselona”ya keçib. O, 83 oyunda 22 qol vurub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [16:19]
Azərbaycanı dünya çempionatında 5 yelkənçi təmsil edəcək
- 10.06.2026 [14:40]
DÇ-2026 FIFA-ya 9 milyard dollar gəlir gətirə bilər
- 10.06.2026 [13:54]
Azərbaycan şahmatçıları Dünya Kubokunda mübarizə aparacaqlar
- 10.06.2026 [13:07]
Azərbaycanlı voleybolçular Serbiyada təlim-məşq toplanışı keçəcəklər
- 10.06.2026 [12:50]