RƏSMİ XRONİKA
BÖYÜK BRİTANİYA VƏ ŞİMALİ İRLANDİYANIN KRALİÇASI ÜLYAHƏZRƏT II ELİZABETƏ
Ülyahəzrət,
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının milli bayramı - Təvəllüd gününüz münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza təbriklərimizi yetirməkdən məmnunluq duyuram.
Əminəm ki, Azərbaycan ilə Birləşmiş Krallıq arasındakı münasibətlər, dostluq və əməkdaşlığımız daim inkişaf edərək xalqlarımızın rifahına yeni-yeni töhfələr verəcəkdir.
Sizə ən xoş arzularımızı çatdırır, dost xalqınıza əmin-amanlıq və firavanlıq diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 2 iyun 2006-cı il.