“Böyük Qafqaz” veloyürüşünün mükafatlandırma mərasimi keçirilmişdir
Bakı, 14 may (AZƏRTAC). “Böyük Qafqaz” ilk beynəlxalq veloyürüşünün iştirakçıları Qəbələ şəhərində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, abidənin önünə çiçək dəstələri qoymuşlar.
AZƏRTAC xəbər verir ki, tədbirdə Qəbələ Rayon İcra Hakimiyyəti başçının müavini - təhsil, səhiyyə və mədəniyyət şöbəsinin müdiri Ətayə Osmanova, gənclər və idman idarəsinin rəisi Fəxri Soltanov ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən danışmışlar.
Daha sonra mayın 10-dan start götürmüş yürüş iştirakçılarının mükafatlandırma mərasimi keçirilmişdir. Beş kilometr məsafədə ötüşmə yarışlarında finişə ilk olaraq İran təmsilçisi Amir Kolahdozag çatmışdır. Azərbaycan velosipedçisi Elmar İsmayılov 2-ci, litvalı Mantas Petruseviçius 3-cü olmuşdur. Qəbələ kriterium (Qəbələ ətrafında 44 km məsafədə ötüşmə) mübarizəsində qızıl mükafata iranlı Amir Kolahdozag (1:08:34) layiq görülmüşdür. Bu ötüşmədə Azərbaycan idmançılarından ən yaxşı nəticəni Elgün Əlizadə (1:05:01) göstərmişdir. E.Əlizadə məsafə başına 14-cü çatmışdır. Litvalı Martinas Bliakeviçius 80 km məsafəni daha tez (2:01:39) qət etmişdir. Elçin Qasımov (2:01:40) - 8-ci olmuşdur.
Mükafatları rayon icra hakimiyyətinin, gənclər və idman idarəsinin nümayəndələri təqdim etmişlər.
Ümumi komanda hesabında isə İran idmançıları 1-ci, Litva 2-ci, Azərbaycan-1 komandası isə 3-cü yeri tutmuşlar.
Veloyürüşün növbəti marşrutu Qəbələ-Şəki (85 km məsafədə ötüşmə), Şəki-Zaqatala (95 km məsafədə ötüşmə) və Zaqatala-Bakı (avtobusla qayıtmaq) olacaqdır.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş “Grand Caucases Tour” ilk beynəlxalq veloyürüşündə Azərbaycan, Litva, Gürcüstan və İran komandaları iştirak edirlər.
Turnirin ümumi mükafat fondu 6200 ABŞ dollarıdır.
######
![]() |
![]() |
![]() |
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [14:57]
“Kəpəz”in kapitanı məşq zamanı zədələnib
- 09.09.2026 [14:39]
Azərbaycanda beynəlxalq dərəcəli güləş hakimlərinin sayı 24-ə çatıb
- 09.09.2026 [14:19]
“Araz-Naxçıvan”ın futbolçusu Burundi millisinə çağırılıb
- 09.09.2026 [13:59]
Naxçıvanı təmsil edən voleybol klubunun adı dəyişdirilib
- 09.09.2026 [13:32]
Azərbaycan paralimpiyaçısı dünya reytinqində 8-ci pilləyə yüksəlib
- 09.09.2026 [13:01]


