Braziliyada “denge” qızdırmasına yoluxanların sayı bir milyonu ötüb
Bakı, 1 mart, AZƏRTAC
Braziliyada ümumilikdə bir milyondan çox insan “denge” qızdırmasına yoluxub.
AZƏRTAC xəbər verir ki, Braziliya Səhiyyə Nazirliyinin hesabatına görə, “denge” qızdırması xəstəliyindən 214 təsdiqlənmiş ölüm hadisəsi qeydə alınıb, daha 687 ölüm faktı isə araşdırılır. Hazırda Cənubi Amerika ölkəsində hər 100 min nəfərdən 501-nin bu xəstəliyə yoluxduğu bildirilir.
Səhiyyə naziri Nisia Trindade bu il Braziliyada “denge” qızdırmasına yoluxma hallarının 2023-cü ildəki göstəricidən iki dəfə çox ola biləcəyini deyib.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, 2009-cu ildən bəri bu xəstəliyə yoluxma halları kəskin şəkildə artıb. Dünya əhalisinin yarısının “denge” qızdırmasına yoluxma riskinin olduğunu bildirən ÜST bunun çox ciddi problemə çevrilə biləcəyi barədə xəbərdarlıq edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [13:36]
“Ryanair” Budapeştdən Böyük Britaniyaya yeni aviareys açır
- 13.10.2026 [13:06]
Bu ilin III rübündə bp şirkəti 3 milyard funt sterlinq itki proqnozlaşdırır
- 13.10.2026 [12:52]
Gürcüstan Rusiya ilə sərhəddə müasir keçid məntəqəsi inşa edib
- 13.10.2026 [12:47]
Dünyada bütöv bir saat naminə “uzun saniyə” meyarından imtina edilə bilər
- 13.10.2026 [12:07]