Brüssel Avropa İttifaqı daxilində antimiqrasiya blokunu tənqid edir
Praqa, 1 fevral, AZƏRTAC
Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Federika Mogerini özünün tarixi vətəni olan İtaliyanın qeyri-hökumət xilasedici təşkilatlarına məxsus gəmilər üçün öz limanlarını bağlamaq qərarını, həmçinin antimiqrasiya xəttini dəstəklədiklərinə görə Aİ-yə üzv olan bir sıra ölkələri tənqid edib.
AZƏRTAC xatırladır ki, bu ölkələrin sırasına Avstriya və Vışeqrad qrupu ölkələri - Çexiya, Polşa, Slovakiya və Macarıstan daxildir.
“Biz Afrika ölkələri ilə miqrasiya böhranı məsələlərində tərəfdaşlıq üzrə işləri davam etdirəcəyik. Bu, əsasən üzv dövlətlər tərəfindən Afrika ilə əməkdaşlığa vəsaitlərin yatırılması, BMT-nin orqanları ilə fəaliyyətin davam etdirilməsi, həmçinin hər bir ölkənin beynəlxalq müdafiəyə hüququ olan insanlara cavabdehliyi və onlarla həmrəyliliyi əsasında bərabər töhfəsi deməkdir”, - deyə, eyni zamanda, Mogerini təsdiqləyib.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [15:09]
İsraildə xərçəngin böyüməsini ləngidən nanohissəciklər yaradılıb
- 10.06.2026 [14:57]
Bərpaolunan dəniz energetikası Çini enerji ilə təmin edir
- 10.06.2026 [14:48]
Sofiyada motosikletçilər sığorta qiymətlərinin artmasına etiraz edəcəklər
- 10.06.2026 [14:30]
Rumen Radev Ukraynaya silah tədarükünün dayandırıldığını açıqlayıb
- 10.06.2026 [14:26]
Qazaxıstan ABŞ şirkətlərini nadir metal yataqlarının işlənməsinə dəvət edib
- 10.06.2026 [14:12]