Azərbaycan Dövlət İnformasiya Agentliyi

BU BƏYANAT QAFQAZ MÜSƏLMANLARI İDARƏSİNİN YIĞINCAĞINDA SƏSLƏNMİŞDMR

Yanvarın 16-da Qafqaz Müsəlmanları İdarəsi “Azərbaycan“ otelinin konfrans salonunda 20 Yanvar faciəsinin 13-cü ildönümü münasibətilə yığıncaq keçirmişdir. 

Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, yığıncaqda respublikanın müxtəlif bölgələrini təmsil edən qazilər, idarənin nəzdində fəaliyyət göstərən Elmi-Dini Şuranın üzvləri, Türkiyənin və İranın Bakıdakı səfirliklərinin, dini icmaların nümayəndələri və mətbuat işçiləri iştirak edirdilər.

Bütün Qafqaz müsəlmanlarının lideri Şeyxülislam Hacı Allahşükür Paşazadə yığıncağı açaraq, 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə Bakıda törədilmiş misilsiz qırğının canlı şahidi kimi, xalqımızın başına gətirilmiş müsibətin heç zaman yaddan çıxmayacağını vurğuladı.

20 Yanvar gününü xalqımızın milli suverenlik, azadlıq uğrunda mübarizəsinin şanlı səhifəsi kimi xarakterizə edən Şeyxülislam bildirdi ki, təpədən dırnağadək silahlanmış imperiya ordusunun cəza tədbirləri millətimizin müstəqillik əzmini qıra bilmədi. Əksinə, yumruq kimi birləşən xalqımız haqq səsini daha yüksəkdən bəyan etdi. Bu səsi əvvəlcə Moskvadan xalqımızın qəhrəman oğlu, yenilməz şəxsiyyət, qüdrətli dövlət xadimi Heydər Əliyev ucaltdı, qanlı cinayətin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında qəzəblə ittiham etdi.

Şeyxülislam Hacı Allahşükür Paşazadə diqqətə çatdırdı ki, aradan 13 il keçməsinə baxmayaraq, 20 Yanvar faciəsinin baiskarları hələ də öz layiqli cəzalarını almayıblar. Biz tələb edirik ki, Azərbaycan xalqının cəlladlarına məhkəmə qurulsun. Bu faciənin baş drijoru və ilhamvericisi olan Mixail Qorbaçov, onun əlaltıları, o cümlədən “sapı özümüzdən olan baltalar” ədalət mühakiməsinə cəlb olunsunlar.

Yığıncaqda Qafqaz İslam Universitetinin rektoru, Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Hacı Sabir, Elmi-Dini Şuranın üzvləri, akademiklər Fuad Qasımzadə, Bəkir Nəbiyev, Teymur Bünyadov, Prezidentin İcra Aparatı ictimai-siyasi şöbəsinin əməkdaşı Ərəstun Mehdiyev və digər natiqlər çıxış edərək bildirdilər ki, 20 Yanvar təkcə Ümumxalq hüzn günü kimi deyil, xalqımıza, xüsusilə, gənclərimizə qəhrəmanlıq və vətənpərvərlik ruhu aşılayan gün kimi qeyd edilməlidir. Natiqlər qanlı 20 Yanvarı törədənlərin gec-tez ədalət məhkəməsi qarşısında duracaqlarına əmin olduqlarını vurğuladılar.

Sonra 20 Yanvar şəhidlərinin ruhuna dua oxundu.

Mərasimdə Qafqaz Müsəlmanları İdarəsinin 20 Yanvar faciəsinin 13-cü ildönümü münasibətilə qəbul etdiyi bəyanat oxundu. Bəyanatda deyilir:

Bismillahir-rəhmanir-rəhim!

1990-cı ilin qanlı hadisələrindən sonra 20 Yanvar günü Azərbaycan xalqının tarixi yaddaşına dərin hüzn və kədər günü kimi həkk olunmuşdur. 13-cü ildönümünü qeyd etməyə hazırlaşdığımız 20 Yanvar faciəsi əsla unudulmayacaqdır! Əzəldən bağışlamağı bacaran, qanı su ilə yumağa hazır olan bir xalqın başına gətirilmiş müsibəti yaddan çıxarmaq olmaz! Haqqı tələb etdiklərinə görə minlərlə insanın gülləbaran edilməsini yaddaşlardan silmək mümkün deyil! Şəhid olanların, yaralananların, itkin düşənlərin ağrı-acısı hələ də qəlblərdədir.

Bütün faciəsi ilə yanaşı, 20 Yanvar günü xalqımızın milli suverenlik, azadlıq uğrunda şəhidliyə hazırlıq ruhunun və yenilməz iradəsinin rəmzinə çevrilmişdir. Təpədən dırnağadək silahlanmış ordunun cəza tədbirlərinə məruz qalan xalq diz çökmədi, azadlıq əzmini itirmədi, əksinə, haqq səsini daha da yüksəkdən bəyan etdi. Bu səsi əvvəlcə Moskvadan xalqımızın mərd oğlu, müdrik dövlət xadimi Heydər Əliyev ucaltdı, qanlı cinayətin təşkilatçılarını qəzəblə ittiham etdi, həmin cinayəti hüquqa, demokratiyaya, humanizmə zidd hadisə kimi xarakterizə etdi.

Bakıda isə Şeyxülislam Allahşükür Paşazadə SSRİ prezidenti Mixail Qorbaçova göndərdiyi qəzəb dolu məktubunda hadisələrə sərt və prinsipial münasibətini bildirdi. Siyasi liderimizin və dini rəhbərimizin kəskin müraciətləri xalqı ruhlandırdı və birləşdirdi. Bir milyondan artıq insan təqiblərdən, hətta ölümdən qorxmayaraq şəhərin baş meydanına axışdı, azadlıq uğrunda qurban getmiş şəhidlərin ruhuna and içərək onları torpağa tapşırdı. Azadlıq və demokratiyadan dəm vuran bəzi ölkələr və beynəlxalq təşkilatlar bilərəkdən susmağa üstünlük versələr də Dərbənddə, Borçalıda, Təbrizdə, İstanbulda və dünyanın bir çox ölkələrində şəhidlərimizə matəm saxlanıldı, xalqımızla həmrəylik bildirildi.

Qafqaz Müsəlmanları İdarəsi qanlı hadisələrin ilk günündən çalışmışdır ki, Dağlıq Qarabağ münaqişəsinin davamı olan 20 Yanvar faciəsini dünya ictimaiyyətinə, nüfuzlu beynəlxalq təşkilatlara çatdırsın, haqq işimizə dəstək qazansın, törədilən cinayət bəşəriyyətə qarşı yönəldilən amansız cəza tədbiri kimi qiymətləndirilsin.

Lakin etiraf edilməlidir ki, bu günə qədər 20 Yanvar faciəsini törədən cinayətkarlar məsuliyyətə cəlb olunmayıb və Azərbaycan xalqının cəlladları layiqli cəzalarını almayıblar.

Azərbaycan xalqının tam mənəvi haqqı vardır ki, öz qatillərini - M.Qorbaçovu və onun əlaltılarını, o cümlədən, “sapı özümüzdən olan baltaları” məhkəməyə cəlb etsin. Elə açıq məhkəmə qurulmalıdır ki, orada dəlil və sübutlar, sənədlər və canlı şahidlərin ifadələri, beynəlxalq qanunlar zəminində və ekspertlərin rəyi əsasında canilərin qəddarlığı, riyakarlığı, vəhşiliyi, əsl niyyətləri dünya ictimaiyyətinə tam şəkildə açılsın.

Əsas məqsədlərdən biri də o olmalıdır ki, cinayətlərə, çirkin əməllərə bəraət qazandırmaq üçün heç vaxt dini amillərdən istifadə olunmasın. Azərbaycanda olduğu kimi, “İslam fundamentalizmi” bəhanəsi altında xalqlara qarşı əsassız ittihamlar yürüdülməsin və nəticə etibari ilə günahsız insanların qanı tökülməsin. Azadlığın, müstəqilliyin yolu ağırdır, daşlı-kəsəklidir. Bu yolu qurban vermədən keçmək mümkün deyildir. Şəhidlərimiz olmuş və yenə də ola bilər. Odur ki, 20 Yanvar günü matəm libası geyib kədərə və qüssəyə batmaq günü deyil, şəhidlərimizi anmaq, xalqımızda, xüsusilə gənclərimizdə qəhrəmanlıq və vətənpərvərlik ruhu tərbiyə etmək günü olmalıdır.

Şəhidlik imanın, vətənpərvərliyin, əqidə və amal uğrunda mübarizənin ən yüksək zirvəsidir. Çünki şəhidlər Allahın onlara göndərdiyi imtahandan mərdliklə, fədakarlıqla çıxırlar.

Qurani-Kərimdə buyurulur: “Allah yolunda öldürülənləri (şəhid olanları) heç də ölü zənn etmə! Xeyr, onlar öz Rəbbinin yanında diri olub ruzilənirlər...” (Ali-İmran, 169).

Qafqaz Müsəlmanları idarəsi bütün Qafqaz müsəlmanları adından 20 Yanvar şəhidlərinin, eləcə də Vətənimizin bütövlüyü və milli müstəqilliyimiz uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin ailələrinə dərin hüznlə başsağlığı verir.

Bu gün hər bir azərbaycanlının boynunda şəhid haqqı vardır. Biz şəhid ailələrini unutmuruq və heç zaman unutmayacağıq. Əlimizdən gələni etməliyik ki, onlar bizim qayğı və diqqətimizlə əhatə olunsunlar.

Şəhidlərin ruhuna ən böyük töhfə Qarabağ zəfəri, Vətənimizin qüdrəti, xalqımızın xoşbəxtliyidir. Biz inanırıq ki, Allahın köməyi və möhtərəm Prezidentimiz Heydər Əliyevin rəhbərliyi ilə yaxın gələcəkdə millətimiz öz ülvi arzularına yetişəcəkdir və doğma Azərbaycanda qələbə naminə bayram namazları qılınacaqdır.

Qafqaz Müsəlmanları idarəsi bütün məscidlərə tövsiyə edir ki, 20 Yanvar günü bu bəyanatın mətni oxunsun, əziz şəhidlərimizin ruhlarına dualar edilsin.

Vəs-səlamu əleykum və rəhmətullahi və bərəkatuhu!

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tbilisidə 11 əvvəl baş vermiş təbii fəlakət qurbanlarının xatirəsi anılıb

DİN: “Son zəng” tədbirləri yüksək təhlükəsizlik şəraitində başa çatıb

MDU beynəlxalq reytinqdə ilk dəfə iştirak edib, ölkə üzrə 12-ci yerdə qərarlaşıb

Makron Versal sarayında Trampın şərəfinə rəsmi qəbul təşkil edəcək

BDU-da cari tədris ilini ən yüksək ÜOMG ilə bitirən məzunların adları açıqlanıb

Tovuzda ağır yol qəzası olub, ölən var

Belfastda irqi ayrı-seçkiliyə qarşı aksiyaya minlərlə insan qatılıb

Naxçıvanda ildırım düşməsi nəticəsində yanğın baş verib

Marneulidə “Qurtuluşdan Zəfərə” adlı tədbir təşkil olunub

Azərbaycanda daha çox hansı qan qruplarına ehtiyac olur?

15 İyun xalqın strateji seçimi idi – ŞƏRH

Azərbaycan Avropa Olimpiya Komitələrinin Baş Assambleyasında təmsil olunub

Şahin İsmayılov: Milli Qurtuluş Günü müdrik xalqımızın Ümummilli Liderinə yüksək ehtiramının ifadəsidir

Bakı–Naxçıvan marşrutu üzrə bəzi reyslər hava şəraitinə görə təxirə salınıb

Milli Qurtuluş Günü - Azərbaycan dövlətçiliyinin xilası və inkişaf yolunun başlanğıcı

ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır

Azərbaycan avarçəkənləri Dünya Kubokunda medal qazanıblar

Zaqatalada 2 nəfəri ilan sancıb, onlardan 1-i ölüb

On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər

Heydər Əliyev adına Hərbi Liseyin 26-cı buraxılış mərasimi olub

Şamaxıda II Beynəlxalq Barbekü Festivalı başlayıb

Bu saata olan əsas xəbərlər

Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb

Yeni Azərbaycan Partiyası ilə “Belaya Rus” Partiyası arasında Qarşılıqlı Anlaşma və Əməkdaşlıq Memorandumu imzalanıb

15 İyun siyasi iradənin bərpası, planlı inkişafın və uzunmüddətli strategiyanın başlanğıcıdır – ŞƏRH

Atletika üzrə Azərbaycan çempionatına yekun vurulub

Azərbaycan atleti Nazim Babayev karyerasını bitirib

Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

Elm və təhsil naziri azad Kəlbəcərin ilk məzununun "Son zəng" tədbirində iştirak edib

TADDEF sədrinin müavini: Türkiyədə Heydər Əliyevin xatirəsini sevgi və ehtiramla anırlar

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

İstedadlı şagirdlərimiz riyaziyyat və məntiq üzrə ASPIRE olimpiadasının qalibi olublar

“Köklərdən inkişafa doğru”: Bakıda “Nine Senses Fest – 2026” festivalı davam edir

Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas edildiyi tarix kimi xalqımızın yaddaşında əbədi yaşayacaq – ŞƏRH

Otuz üç ildən sonra Horovluda “Son zəng” çalınıb

Qazax-Tovuz regionunda 6678 şagird məzun olub

YAP Sədrinin müavini ilə Ulusal Birlik Partiyasının Sədri arasında görüş olub

Paytaxt məktəblərində “Son zəng” tədbirləri təşkil olunub

“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Şəkidə Milli Qurtuluş Günü ilə əlaqədar tədbir təşkil olunub

BŞTİ-nin rəhbərliyi məzunları təbrik edib

Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib

“Türkiyənin Süni İntellekt üzrə 2026-2030-cu illər üçün Fəaliyyət Planı” açıqlanıb

Mil-Muğan regionu üzrə 4841 şagird məzun olub

Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub

Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib

Qaxda sərbəst güləş üzrə turnirdə 40 yeniyetmə idmançı mübarizə aparıb

Laçın şəhər məktəbində “Son zəng” sevinci: 11 şagird məzun oldu

Türk ölkələrinin gəncləri Almatıda ekoloji aksiya keçiriblər

Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Lənkəran və Astara məktəblərində “Son zəng” çalınıb

Bu il 193 nömrəli tam orta məktəbdən 120 şagird məzun olub

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib VİDEO

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib VİDEO

Şəki şəhər Kimya-biologiya təmayüllü liseyin məzunları “Son zəng”in sevincini yaşayıblar

İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib

Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstelin iştirakı ilə mətbuat konfransı təşkil olunub

Vüqar Rəhimzadə: Qurtuluşdan başlanan yol Azərbaycanı yeni zirvələrə və qələbələrə aparacaq

Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib

Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb

Azərbaycan Universitetində Milli Qurtuluş Günü qeyd olunub

Ünal Üstel: Azərbaycanda ortaq mədəniyyətimiz və gələcəyimiz naminə çalışırıq

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb VİDEO

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb VİDEO

Bakıda “RobotChallenge 2026” texnologiya yarışı start götürüb

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO

Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub

Ağcabədidə tam orta təhsil səviyyəsini bitirən 1466 məzun üçün “Son zəng” çalınıb

Avropa İttifaqı Ukrayna və Moldova ilə üzvlük danışıqlarına başlayır

Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb

Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır VİDEO

Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır VİDEO

Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq

Ağdam şəhərində 33 il sonra “Son zəng” çalınıb

Milli Qurtuluş Günü müasir Azərbaycanın siyasi, iqtisadi və ideoloji dayağıdır - ŞƏRH

Bu il 102 nömrəli tam orta ümumtəhsil məktəbindən 150 şagird məzun olub VİDEO

Bu il 102 nömrəli tam orta ümumtəhsil məktəbindən 150 şagird məzun olub VİDEO

Birol Küle: Türk dövlətləri son illərdə iqtisadi inkişaf nümayiş etdirirlər VİDEO

Birol Küle: Türk dövlətləri son illərdə iqtisadi inkişaf nümayiş etdirirlər VİDEO

Nazir müavini: Gənclərin texnologiyaların yalnız istifadəçisi deyil, həm də yaradıcısı olmağını istəyirik

Türkiyə millisi dünya çempionatında mübarizəyə başlayır

Bu saata olan əsas xəbərlər

Ankarada “Səda” musiqi kurslarının hesabat konserti təşkil edilib

Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlza

Füzuli şəhər məktəbində “Son zəng” sevinci VİDEO

Füzuli şəhər məktəbində “Son zəng” sevinci VİDEO

Muxtar respublikanın təhsil naziri: Naxçıvan məktəblərində təmayül tədris modeli tətbiq olunacaq VİDEO

Muxtar respublikanın təhsil naziri: Naxçıvan məktəblərində təmayül tədris modeli tətbiq olunacaq VİDEO

Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub VİDEO

Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub VİDEO

ÜST Ümumdünya Qan Donoru Günü ilə bağlı hesabat hazırlayıb

Şimal bölgəsində 6 minə yaxın şagird məzun olub - FOTOLAR

Azad edilmiş ərazilərdə 47 müəssisədə əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri aparılıb

Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir

Qarabağ və Şərqi Zəngəzurda iki yeni qan bankı fəaliyyət göstərəcək

Ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti davam edir – FAKTİKİ HAVA

Şuşada Türk Dövlətləri Rəqabət Forumu: Regional inteqrasiyada yeni mərhələ - YENİLƏNİB VİDEO

Şuşada Türk Dövlətləri Rəqabət Forumu: Regional inteqrasiyada yeni mərhələ - YENİLƏNİB VİDEO

TDT-yə üzv və müşahidəçi ölkələrin ümumi ÜDM-i 2,4 trilyon ABŞ dollarını ötüb

TDT-yə üzv dövlətlərlə qarşılıqlı investisiyaların həcmi 40 milyard dollara yaxındır

Paytaxtdakı 6 nömrəli məktəb-liseydən 144 nəfər məzun olur VİDEO

Paytaxtdakı 6 nömrəli məktəb-liseydən 144 nəfər məzun olur VİDEO