Bu gün Almaniyada aeroportların təhlükəsizlik xidməti işçilərinin həmkarlar ittifaqı öz gücünü göstərəcək
Berlin, 15 yanvar, AZƏRTAC
Yanvarın 15-də Almaniya Federativ Respublikasının səkkiz iri hava limanında təhlükəsizlik xidməti əməkdaşlarının tətili planlaşdırılıb.
AZƏRTAC xəbər verir ki, tətil Hamburq, Erfurt, Münxen, Frankfurt-Mayn, Hannover, Bremen, Leypsiq/Qalle və Drezden şəhərlərinin aeroportlarında keçiriləcək. Ölkənin hakimiyyət orqanları sərnişinlərə xəbərdarlıq edib ki, tətil ilə əlaqədar reyslərin kütləvi şəkildə ləngiməsi və ləğv edilməsi gözlənilir. Bu aksiyanın ölkədə təqribən 220 min sərnişinə təsir edəcəyi güman edilir. Bundan əvvəl belə tətillər təkcə yuxarıda sadalanan aeroportlarda deyil, bütün Almaniyada reyslərin kütləvi şəkildə ləğv edilməsi və ləngiməsi ilə nəticələnib.
Həmkarlar İttifaqları təhlükəsizlik məsələləri üçün cavabdeh olan, sərnişinləri və yükləri yoxlayan işçilərin əməkhaqqının artırılaraq saatda 20 avroya çatdırılmasını tələb edirlər. İşəgötürən bu tələblə razılaşmayıb.
Tərəflər arasında danışıqların növbəti raundunun yanvarın 23-24-də Berlində keçirilməsi nəzərdə tutulur.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [12:39]
İndoneziyada üç vulkan eyni vaxtda aktivləşib
- 12.06.2026 [12:22]
İran XİN: ABŞ ilə razılaşmanın əsas bəndləri artıq təsdiqlənib
- 12.06.2026 [12:20]
Pakistanda polisə hücum olub: ölənlər var
- 12.06.2026 [12:15]
“Mehr”: İran və ABŞ arasında memorandum 14 bənddən ibarətdir
- 12.06.2026 [12:03]
Yaponiya yeni nəsil H3 raketini uğurla orbitə çıxarıb
- 12.06.2026 [11:31]