Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bu gün Ermənistan beynəlxalq terrorizmin və kobud feyk yaradıcılığının mənbəyi və ixracatçısıdır

Bakı, 28 avqust, AZƏRTAC

“Vestnik Kavkaza” qəzetinin 27 avqust tarixli nömrəsində dərc olunmuş “Bu gün Ermənistan beynəlxalq terrorizmin və kobud feyk yaradıcılığının mənbəyi və ixracatçısıdır” sərlövhəli məqalədə ultramillətçilik ideyalarına xidmət və qərəzli informasiya təqdim etmək sahəsində “böyük uğurlar qazanmış” Rusiya informasiya resurslarının geniş xülasəsi verilib.

AZƏRTAC xəbər verir ki, həmin materialda “Reqnum” informasiya agentliyinin bu istiqamətdə xüsusi rolu qeyd edilir. Belə ki, Kremldə hələ 2010-cu ilin axırlarında bu agentliyin Rusiya Federasiyasının MDB məkanında fəaliyyəti ilə bağlı məlumatlarına tənqidi yanaşmağa, “xüsusən Rusiyanın Birlik istiqamətində fəaliyyətinin “Reqnum” agentliyi tərəfindən qiymətləndirilməsində gerçəkliyin tez-tez və kobud şəkildə təhrif olunmasına” diqqət yetirməyə çağırmışdılar.

Rusiya Federasiyası Prezidenti Administrasiyasındakı mənbə “faktların nəinki saxtalaşdırılması, hətta onların qəsdən təhrif edilməsi “Reqnum” üçün səciyyəvi hal olub. Biz bunu qadağan edə bilmərik, lakin bu agentliyin istifadəçilərinə xəbərdarlıq etməyə borcluyuq”, - deyə təəssüfləndiyini bildirir və həmin agentliyin rəhbəri “Modest Kolerovun RF Prezidenti Administrasiyasında qısamüddətli və son dərəcə uğursuz iş təcrübəsi”nə də diqqəti cəlb edir.

Digər tərəfdən, həm Modest Kolerovun vaxtında, həm də ondan sonra “Reqnum” agentliyinin qərəzli siyasi fəaliyyəti üzündən qalmaqallar baş alıb gedirdi. Məsələn, 2011-ci ildə Türkmənistan Xarici İşlər Nazirliyi “Reqnum” agentliyinə irad tutub ki, bu agentlik mütəmadi olaraq Türkmənistan haqqında qeyri-dəqiq, qeyri-obyektiv informasiya yayır, bu ölkənin digər dövlətlər və beynəlxalq təşkilatlarla əməkdaşlığının müxtəlif aspektlərini təhrif olunmuş şəkildə, bəzən isə açıq-aşkar yalan formada şərh edir. Belə pozucu təhrikçilik praktikası Belarusda da davam edib. 2015-ci ildə “Reqnum” gözlənilmədən Belarus cəmiyyətinin həyatının bütün cəhətlərinə qarşı tammiqyaslı informasiya müharibəsinə başlayıb. Özü də belə materiallar Belarus xalqına, onun milli mədəniyyətinə və ənənələrinə ünvanlanmış təhqiramiz ifadələrlə fərqlənirdi. Hətta Prezident Aleksandr Lukaşenkoya da “sataşırdılar”: “Reqnum”un analitiki Oleq Mixaylov onu ...adamyeyən adlandırmışdı.

Qəzet yazır ki, dövlətlərin və xalqların bir-birinə qarşı qızışdırılması məsələsində “Reqnum” tək deyil. Bu il avqust ayında “Life” telekanalının yayımlanması dayandırılıb. Lakin təəssüf ki, bu gün həmin telekanalın axın şəklində translyasiyaları internetdə və sosial şəbəkələrdə davam edir.

“Life” telekanalının ən böyük rezonansa səbəb olmuş daxili siyasi çıxışı Vladimir Putinin keçirdiyi, köhnə mənzillərin sökülməsi probleminin həllinin gedişi barədə tənqidi fikirlər söylədiyi qapalı müşavirədən informasiya “sızması” olub.

“Life” telekanalı Dağlıq Qarabağ ətrafında münaqişənin sülh yolu ilə və ədalətli tənzimlənməsi problemi üzərində işləyənlərə də “ilişir”. Hətta tarix və politologiya ilə peşəkar səviyyədə məşğul olmayanlar da görürlər ki, özlərini neytral kimi qələmə verən KİV-lər əslində münaqişə tərəflərindən birinin aşkar ifadə olunmuş mövqeyini dəstəkləyir. Hamıya məlumdur ki, “Reqnum” agentliyi də, “Life” telekanalı da belə KİV-lərə aiddir. Üstəlik, “Life” telekanalının jurnalistləri dəfələrlə fərqlənərək belə bir informasiya yayıblar ki, guya Çin “DQR”in müstəqilliyinin tanınması barədə BMT Təhlükəsizlik Şurasına qətnamə təqdim edib və xəritədə Qarabağı Azərbaycandan “kəsib ayırıb”, təhrif olunmuş informasiya uydurub və münaqişə zonasından “sensasiyalı material” hazırlayıblar ki, guya İŞİD-in azərbaycanlılardan ibarət dəstəsi Qarabağ uğrunda döyüşmək üçün Rakkanı tərk edib.

Lakin belə dezinformasiyanın təhlükəli cəhəti ondan ibarətdir ki, o, haqlı olaraq hiddətlənən insanlar tərəfindən hökmən cavab tədbiri görülməsinə səbəb olacaq. İndi artıq Azərbaycan mətbuatında buna cavab olaraq sanballı məqalələr dərc edilir - çünki təsir əks təsirə səbəb olur. “Vestnik Kavkaza” öz oxucularına belə məqalələrdən biri - analitik Vitali Qavrilovun Vesti.az saytında dərc olunmuş məqaləsi ilə tanış olmağı təklif edir.

Vitali Qavrilovun məqaləsində qeyd edilir ki, ABŞ-da, Aİ-də, RF-də, Azərbaycanda və digər ölkələrdə fəaliyyəti qadağan edilmiş İŞİD terror qruplaşmasına qarşı beynəlxalq birliyin çoxillik mübarizəsi həlledici mərhələyə daxil olur. Bu fonda erməni KİV-lərində təşviş ovqatı güclənir: İŞİD-in mövcudluğu sona yaxınlaşır, onu Azərbaycan ilə əlaqələndirmək isə heç cür mümkün olmur. Ağlı başında olan adamlar belə ideyaları çoxdan əhəmiyyətsiz hesab edib, onu sağalmaz xəstəlik kimi qiymətləndiriblər. Lakin Rusiyanın bir neçə nəşri Yerevanda yaradılmış feykləri yaymaqda davam edir. Vitali Qavrilovun məqaləsində deyilir: “Məsələn, Aram Qabrielyanın (Qabrelyanovun) bu günlərdə ömrünü başa vurmuş “Life News” telekanalı buna misal ola bilər. 2016-cı ilin aprel müharibəsi günlərində bu telekanalın Tərtər əhalisi arasında “panika” barədə yaydığı saxta məlumatı yada salaq. Həmin məlumatın saxtalığı ifşa ediləndən sonra bu telekanalın müxbiri Azərbaycandan qovuldu. Bundan sonra Aram Aşotoviç uzun müddət and-aman edirdi ki, Azərbaycanda “söz azadlığı boğulur”, amma başa düşmürdü ki, bu ölkədə “söz”ə heç kəs təzyiq göstərmir, lakin yalana təzyiq göstəriblər və bundan sonra da amansızcasına təzyiq göstərməkdə davam edəcəklər. Qabrelyanov öz əməkdaşı, suriyalı ələvi kürd Artur Kebekovdan tələb edirdi ki, İŞİD döyüşçülərinin Azərbaycan tərəfində müharibə aparmaq üçün Qarabağa göndərilməsi barədə material təqdim etsin.

Vitali Qavrilov məqaləsində “səhnəarxası sahibi Robert Koçaryan, baş redaktoru Modest Kolereov (Marina Brutyanın əri), baş redaktorun müavini isə Vigen Akopyan olan” “Reqnum” informasiya agentliyinin dezinformasiya ilə məşğul olması məsələsinə də toxunulur. Qeyd edilir ki, “Reqnum”da Azərbaycanla bağlı çoxsaylı feyk materiallar, o cümlədən guya İsrail KİV-lərinə istinadla Azərbaycanın cənubundakı “gizli aerodromlar”, guya İsrailə məxsus pilotsuz təyyarələrin həmin aerodromdan İran ərazisində kəşfiyyat aparması, guya keçən il aprel ayında Azərbaycan rəhbərliyinin Suriyada döyüşən azərbaycanlı cihadçılardan tezliklə geri qayıtmaq və ölkəni ermənilərin əks-hücumundan qorumaq tələbinin ələ keçməsi barədə məlumat təqdim olunur.

Analitik V.Qavrilov haqlı olaraq bu nəticəyə gəlir ki, belə “ofşor” erməni nəşrləri İŞİD-i Azərbaycan ilə necə əlaqələndirmək barədə gecə-gündüz baş sındırırlar. Bu cəhdin uğursuzluğa məhkum olması aşkardır, çünki Ermənistan terrorizmə nə qədər yaxındırsa, Azərbaycan ondan bir o qədər uzaqdır. Azərbaycan böyük uğurlar qazandıqca ermənilərin davranışı bir o qədər isterik olur.

V.Qavrilov bu qənaətə gəlir: “Azərbaycanın uğurlarına qarşı yalnız bunu edə bilərlər ki, bu ölkəni özlərinin nəzarətində olan dünya KİV-lərində hörmətdən salmaq, ona qara yaxmaq üçün səy göstərsinlər. Buna görə də həmin media resurslarındakı feyklər günbəgün daha mənasız cəfəngiyyat təsiri bağışlayır”.

Məqalədə gətirilmiş çoxsaylı faktlar göstərir ki, tarixin bütün mərhələlərində Ermənistanda terrorçular, Hitlerlə əlaqə saxlayan şəxslər dövlət səviyyəsində dəstəklənib, onları qəhrəmanlar kimi qələmə veriblər.

Vesti.az saytındakı məqalənin sonunda deyilir: “Ermənistanda kanonlaşdırılmış adlar çoxdur, lakin burada onların hamısını adbaad göstərməyə səbrimiz çatmır, onların adları çəkiləndə ikrah hissi oyanır. Belələrinə tarix onların layiq olduğu yeri ayırıb - əbədi rüsvayçılıq lövhəsi. Belələri yalnız Ermənistanda “qəhrəman” hesab edilir.

Ona görə bu il iyulun 21-də Ermənistan Milli Məclisinin xarici əlaqələr üzrə daimi komissiyasının sədri Armen Aşotyan ABŞ-ın bu ölkədəki səfiri Riçard Nills ilə görüşdə “Ermənistan beynəlxalq təhlükəsizliyi ixrac edən ölkədir” deyəndə bu cür cəfəngiyyat yuxarıda göstərdiyimiz və erməni millətçiləri tərəfindən bacarıqsız bir şəkildə gizlədilən faktlarla tanış olan insanların heç birində Homer gülüşündən başqa bir reaksiya doğura bilmədi.

Bu gün Ermənistan beynəlxalq terrorizmin və kobud feyk yaradıcılığının mənbəyi və ixracatçısıdır. Bir tarixi anlaşılmazlıq nəticəsində əzəli Azərbaycan torpaqlarında süni şəkildə yaradılmış Ermənistanın əlindən gələn yalnız budur. Bu biabırçı imici gizlətməyə nə Akopyan-Brutyanın “Reqnum”u kömək edə bilər, nə Qabrelyanın “Life News” telekanalı, nə Qomozovun vikipediyası, nə bu dünyada Semyon Baqdasarov və Sergey Kurginyan, nə də o dünyada Anton Nosik”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Zelenski Ukraynada seçkilərin keçirilməsi üçün 60 günlük atəşkəs şərti irəli sürüb

AFP: Ər-Riyadda partlayış baş verib

“Kür” Avropa Kubokunda növbəti mərhələyə yüksəlib

Culfa rayonunun kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

FHN Qəbələ-Xankəndi ultramarafonunda təhlükəsizliyi təmin edib

Premyer Liqa: “Qarabağ” 1000-ci oyununda qələbə qazanıb

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Ömrünü sözə və sənətə həsr etdi - Ayaz Vəfalı

Naxçıvan Dövlət Kukla Teatrında “Yeddi şəhid, bir şahid” tamaşasının premyerası olub

Azərbaycanın Mərkəzi Asiya üçün strateji əhəmiyyəti ilbəil artır ŞƏRH

Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Azərbaycanlı tələbələr Türk dünyası gənclərinin birinci görüşündə iştirak ediblər

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Zelenski Rusiyanın neft emalı zavodlarına zərbələrin hansı halda dayandırılması məsələsinə aydınlıq gətirib

Biləsuvarda zəncirvari qəza baş verib, ölən və yaralananlar var

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

Məktəblərdə geyim qaydaları: hüquqi çərçivə və vahid yanaşma

Finlandiya Ukraynaya F-16 qırıcıları üçün döyüş sursatları göndərəcək

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib

Almaniyada ifrat sağçının paylaşdığı xəritə Fransada narazılıq yaradıb

Ağdaşda “Kənddən şəhərə” yarmarkası təşkil olunub

İsveçdə hərəkətsiz həyat tərzi problemi getdikcə dərinləşir

Sakinlərə keyfiyyətli xidmət: Qax Elektrik Şəbəkəsi bu istiqamətdə səylərini artırıb

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Şahin İsmayılov: Mərkəzi Asiya ilə əlaqələrin genişlənməsi Azərbaycanın regional mövqeyini daha da gücləndirir - ŞƏRH

Azərbaycan və Belarus üzgüçülük federasiyaları arasında memorandum imzalanıb

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

Türkiyədə dəhşətli yol qəzası: 11 nəfər ölüb, 27 nəfər yaralanıb

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibləri mükafatlandırılıb

Tovuzda qadın dəm qazından boğularaq ölüb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

EYBA-nın payız konfransının iştirakçıları Ali Məhkəmədə olublar

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 11 oktyabr

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Gəncə terrorunun şahidləri: Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB VİDEO