Bu gün Topaz Premyer Liqasının dördüncü turuna start veriləcək
Bakı, 14 sentyabr, Nicat Məmmədov, AZƏRTAC
Sentyabrın 14-də uzun sürən fasilədən sonra Topaz Premyer Liqasının dördüncü turuna start veriləcək.
AZƏRTAC xəbər verir ki, bu gün meydançaya “Qarabağ” və “Sumqayıt” komandaları çıxacaq. İnqilab Məmmədovun idarə etdiyi oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Bu komandalar Premyer Liqada indiyədək 24 dəfə qarşılaşıblar. On yeddi matçda Ağdam təmsilçisi, dörd oyunda sumqayıtlılar qələbə qazanıb, üç qarşılaşma isə heç-heçə başa çatıb. Topların fərqində də Qurban Qurbanovun yetirmələri böyük üstünlük ilə öndədir (50:12).
Turun növbəti oyunu sentyabrın 15-də keçiriləcək. “Səbail” klubu “Bayıl Arena”da “Zirə” komandası ilə qarşılaşacaq. Bakı vaxtı ilə saat 20:30-da başlayacaq oyunu baş hakimi Rəşad Əhmədov idarə edəcək.
Xatırladaq ki, bu komandalar indiyədək dörd dəfə qarşılaşıblar. Üçün oyunda “Zirə” qalib gəlib, bir matçda isə heç-heçə qeydə alınıb.
Çempionatın debütantı “Sabah” klubunu bu turda ağır sınaq gözləyir. Komanda doğma meydanda - “Əlincə Arena”da “Qəbələ” klubunu qəbul edəcək. Görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
Dördüncü tura derbi oyunu ilə yekun vurulacaq. İki paytaxtın iki təmsilçisi “Neftçi” və “Keşlə” üz-üzə gələcəklər. “Bakcell Arena”da baş tutacaq oyunu Ramil Diniyev idarə edəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
“Ağ-qara”lar və keşləlilər bu vaxta kimi Topaz Premyer Liqasında 55 oyunda üz-üzə gəliblər. Bu oyunların 27-si “Neftçi”nin, 14 oyun isə “Keşlə” klubunun qələbəsi ilə başa çatıb, 14 qarşılaşma heç-heçə qurtarıb.
Qeyd edək ki, turun bütün görüşləri “CBC Sport” kanalında canlı yayımlanacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [11:09]
Azərbaycan Kubokunda I təsnifat mərhələsinin təyinatları açıqlanıb
- 06.10.2026 [10:57]
"Neftçi" FIBA Avropa Kubokunda mübarizəyə başlayır
- 06.10.2026 [10:50]
“Sabah” FIBA Çempionlar Liqasında mübarizəyə başlayır
- 06.10.2026 [10:32]
Dünya çempionatı: Azərbaycanın 3 cüdoçusu tatamiyə çıxır
- 06.10.2026 [10:21]
Seçmə mərhələ: Azərbaycan U-21 millisi Cəbəllütariqlə qarşılaşacaq
- 06.10.2026 [02:00]
UEFA Millətlər Liqası: Fransa Belçikanı məğlub edib
- 05.10.2026 [18:23]
Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
Dünya bazarında qızıl ucuzlaşıb
- [08:37]
Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub
- 05.10.2026 [23:42]
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib
- 05.10.2026 [23:25]
Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb
- 05.10.2026 [23:06]
Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub
- 05.10.2026 [22:54]
Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib
- 05.10.2026 [22:41]
Tovuzda ata oğlunu bıçaqlayıb
- 05.10.2026 [22:26]
Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır
- 05.10.2026 [21:52]
Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib
- 05.10.2026 [21:12]
Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır
- 05.10.2026 [21:11]
Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub
- 05.10.2026 [20:33]
Vyetnamda keçirilən festivalda Azərbaycan mədəniyyəti təqdim olunub
- 05.10.2026 [20:02]
Bu saata olan əsas xəbərlər
- 05.10.2026 [20:00]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [19:49]
Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilir
- 05.10.2026 [19:27]