Bu gün Türkiyə Super Liqasında İstanbul derbisi baş tutacaq

Bakı, 10 aprel, AZƏRTAC
Bu gün futbol üzrə Türkiyə Super Liqasında İstanbul derbisi baş tutacaq.
AZƏRTAC xəbər verir ki, XXXII tura təsadüf edəcək prinsipial oyunda "Fənərbağça" "Qalatasaray"ı qəbul edəcək.
“Ülkər” stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 21:30-da başlayacaq. Qarşılaşmanı baş hakim Atilla Karaoğlan idarə edəcək. Komandalar arasında ilk dövrədə Nef stadionunda keçirilmiş matçda "sarı-lacivərdlilər" 2:1 hesablı qələbə qazanıb.
Meydan sahiblərindən yarımmüdafiəçilər Mesut Özil və Ozan Tufan oynamayacaq. Hər iki futbolçu baş məşqçinin istəyi ilə əsas heyətdən kənarlaşdırılıb. Qonaqlarda isə Sofyan Fequli zədə səbəbindən meydana çıxa bilməyəcək. Kerem Aktürkoğlu və Mustafa Məhəmmədin isə oyunda iştirakı sual altındadır.
"Fənərbağça" klubu "Qalatasaray"a qarşı son 4 ev görüşündə qələbə qazana bilməyib. "Cim-Bom" əzəli rəqibinə qarşı son 4 matçın 2-də qalib gəlib, 2-də heç-heçə edib.
Qeyd edək ki, hazırda "Fənərbağça" 56 xalla 3-cü, "Qalatasaray" isə 41 xalla 13-cü pillədə qərarlaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.05.2025 [15:11]
“Red Bull Showring” sentyabrda Budapeştdə keçiriləcək
- 12.05.2025 [15:10]
“Sumqayıt” Vaqif Cavadovla yollarını ayırıb
- 12.05.2025 [15:10]
Xabi Alonsonun “Real Madrid” ilə bağlayacağı müqavilənin müddəti məlum olub
- 12.05.2025 [14:53]
MOK-un Atletlər Komissiyasına yeni üzv seçilib
- 12.05.2025 [12:54]
Ədalətli oyun sahəsində fərqlənənlər mükafatlandırılıb
- 12.05.2025 [12:42]
“Gəncə” voleybol klubu baş məşqçisi ilə yollarını ayırıb
- 12.05.2025 [12:31]