BU İL 14 TƏLƏBƏ XARİCDƏ TƏHSİLİNİ ARDNŞ-İN VƏSAİTİ HESABINA DAVAM ETDİRƏCƏK
Azərbaycan Dövlət Neft Şirkətindən AZƏRTAC-a bildirilmişdir ki, şirkət 2006-cı ildən 4 tələbənin, 2007-ci ildən isə daha 25 tələbənin xarici ölkələrin aparıcı universitetlərində təhsil almalarını maliyyələşdirir.
Ötən il təhsilini başa vurmuş 4 gənc artıq ARDNŞ-də işlə təmin olunmuşdur. 2008-ci ilin mart və mayında keçirilmiş müsahibənin nəticələrinə uyğun olaraq, 3 tələbənin Fransa, 7 tələbənin isə Almaniya universitetlərində təhsil almasının maliyyələşdirilməsi qərara alınmışdır.
İyunda Dövlət Neft Şirkətində təqaüdçülərin seçilməsi üzrə ARDNŞ-in birgə Komissiyası tərəfindən xarici ölkələrin nüfuzlu universitetlərinə daxil olmuş daha 15 tələbə ilə müsahibə aparılmışdır. Tələbələrin neft və qaz mühəndisliyi, biznesin idarə edilməsi, kommersiya hüququ, marketinq və kadrların idarə edilməsi ixtisasları üzrə Böyük Britaniyanın Aberdin, Birmingem, London Universitet Kollecinə, ABŞ-ın Oklahoma Universitetinə və digər məşhur ali təhsil müəssisələrinə qəbul olunmaları komissiya üzvləri tərəfindən yüksək qiymətləndirilmişdir. Bu günlərdə tələbələrlə aparılan müsahibənin nəticələri təqaüdçülərin seçilməsi üzrə ARDNŞ-in birgə Komissiyasının iclasında bir daha müzakirə olunmuş və qeyd edilmişdir ki, builki namizədlər universitet seçimi və hazırlıq baxımından əvvəlki illərin namizədlərindən müsbət mənada fərqlənirlər. Komissiyanın iclasında qərara alınmışdır ki, müsahibədə iştirak etmiş 15 namizəddən 14-ü təhsilini xarici ölkələrdə ARDNŞ-in vəsaiti hesabına davam etdirə bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]