Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bu il Göyçayın bağlarından 35 min ton nar tədarükü gözlənilir - REPORTAJ

Bu il Göyçayın bağlarından 35 min ton nar tədarükü gözlənilir - REPORTAJ

Göyçay, 6 noyabr, Rəşad Türkoğlu, AZƏRTAC

Göyçay sakinlərinin payızda gəlir sahələrindən biri olan nar təsərrüfatlarında yığıma başlanılıb. Narın həm şirəsi, həm də ondan hazırlanan məhsullar dünyanın onlarla ölkəsinə ixrac olunur.

AZƏRTAC xəbər verir ki, Göyçayın nar bağlarında məhsul yığımına oktyabrın ilk günlərində başlanılır və proses növbəti ayın ortalarına qədər davam edir. Son illərdə göyçaylılar narın 20-dən çox növünü yetişdirməyə nail olsalar da, bağlarda əsasən “Gülövşə”, “Vələs”, “Şıxbaba”, “Şirin nar” və “Bala Mürsəl” sortlarının əkilməsinə üstünlük verirlər.

Otuz ildən çoxdur narçılıqla məşğul olan, “Əmək ordeni” ilə təltif edilən Göyçayın Qaraxıdır kənd sakini Eyvaz Səmədov deyir ki, ötən illə müqayisədə bu il məhsuldarlıq heç də ürəkaçan deyil, amma qiymətlər qaneedicidir. Bunun da əsas səbəbi havaların qeyri-sabit keçməsidir: “Məhsuldarlıq bu il çox zəifdir. Erkən yazda anomal istilər oldu, son aylarda isə mütəmadi yağışlar yağdı. Bundan sonra məhsulda kütləvi çürümə başladı. Dərmanlar da elə təsir göstərmir. Nəticədə qoyduğun sərmayənin heç yarısını çıxara bilmirsən”.

Fermerlərin üzləşdiyi çətinliklərdən biri də satışla bağlıdır. Rusiya-Ukrayna müharibəsi nar ixracına da mənfi təsir göstərib. “Məlum səbəblərə görə xarici bazarlara çıxışımız çətinləşib, alıcı qıtlığımız var. Çalışırıq bu vəziyyətdən zərərsiz çıxaq. Sağ olsun, dövlət də dəstəyini göstərir. Nar elə bir meyvədir ki, onun yerli bazarda kifayət qədər alıcısı var. Yəni, çox gəlirli sahədir, üstəlik də dövlət dəstəyi var. Şəxsən mən bu il dövlət güzəşti ilə 3 texnika almışam. Dövlət öz dəstəyini göstərir, biz kəndlilərin öhdəsinə isə yalnız çalışmaq düşür”, - deyə Eyvaz Səmədov bildirib.

Göyçayda narçılığa maraq ildən-ilə artır, məhsuldar sortların yetişdirilməsi, yeni bağların salınması üçün tədbirlər görülür. Son iki ildə 100 hektardan çox sahədə yeni nar bağları salınıb. Rayonun 20-yə yaxın kəndində yerli əhalinin əsas gəlir mənbəyi olan nar bağlarında, əsasən, ixrac qabiliyyətinə malik sortların yetişdirilməsinə üstünlük verilir. Tədarük edilən məhsulun 85 faizi payız aylarında yerli bazarla yanaşı, xarici bazarlarda satılır. Bəzi kənd sakinləri bir qədər əziyyətə qatlaşıb məhsulu qış aylarına qədər saxlayır və baha sata bilir.

Göyçay sakini Cavanşir Məcidovun sözlərinə görə, bir neçə gündür həyətlərində yetişdirdiyi narın yığımına başlayıb. Yığılan nar ilk növbədə çeşidlənir: “Biz birinci növ narı xarici bazarlara göndəririk, ikinci və üçüncü növü rayon və paytaxt bazarlarına, eləcə də şirə emalı zavodlarına satırıq. Xarici bazara çıxarılan məhsulla yerli bazarda satılan məhsulun qiymətində də fərq var. Ötən illə müqayisədə bu il qiymətlər nisbətən bahadır. Rayon bazarında narın bir kiloqramının qiyməti 1-5 manat arasında dəyişir. Bu, narın növündən və ölçüsündən asılıdır”.

Bol vitamin deposu, şəfa qaynağı olan nardan ev şəraitində nar şirəsi, narşərab, turşu, çaxır, limonad, mürəbbə, kompot da hazırlanaraq bazarlarda satışa çıxarılır. Qiymətlər isə hazırlanan məhsula görə dəyişir.

Göyçay Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Famil Nəbiyev deyir ki, ötən əsrin 90-cı illərinin əvvəllərində Göyçayda cəmi 251 hektar məhsuldar nar bağı mövcud idisə, hazırda bağların sahəsi 3408 hektara çatıb. Bunun da 3290 hektarı bar verəndir. Bu il hər ağacdan orta hesabla 15-30 kiloqram məhsul götürülür. “Son illərdə dövlətin bu sahəyə olan dəstəyi əhalinin narçılığa marağını daha da artırıb. Rayonumuzda nar bağları əsasən Bığır, Alxasava, Qaraxıdır, Qarayazı və bir çox kəndləri əhatə edir. Dövlət tərəfindən digər meyvə bağlarına olduğu kimi, nar bağlarına da birdəfəlik subsidiya ayrılması fermerlərə əlavə stimul verir. Bizim proqnoza görə, bu il Göyçayın nar bağlarından 35 min ton məhsul tədarükü gözlənilir. İstehsal olunan narın demək olar ki, 50 faizi ixrac potensiallı məhsul olacaq. Biz də istehsalçılarla görüş zamanı, eləcə də nar bağları salınarkən həm sortların seçiminin, həm də düzgün aqrotexniki qulluq etməyin vacibliyini vurğulayırıq. Vətəndaşlar bağlarını intensiv texnologiya əsasında salsalar, həm dövlətin bu sahəyə dəstəyini hiss edəcəklər, həm də bol məhsul götürəcəklər”, - deyə F.Nəbiyev vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 4 medal qazanıblar

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Böyük Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq

Cəbrayıl Şəhəri Günü mədəni tədbirlərlə yadda qalıb

Biləsuvarda avtomobil aşıb, xəsarət alan var

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Bu saata olan əsas xəbərlər

Böyük Britaniyanın ikinci ən varlı şəxsi Monakoya köçüb

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Selçuk Bayraktar: Azərbaycanda da “TEXNOFEST” nəslinin yüksəlişinin şahidi oluruq

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Millətlər Liqası: Azərbaycan millisi Litvanı məğlub edərək liderliyə yüksəlib

İraqın və Türkiyənin nümayəndələri arasında Ceyhan limanı vasitəsilə neftin ixracının artırılması ilə bağlı fikir mübadiləsi aparılıb

Rusiyaya məxsus 2 qırıcı təyyarə və silah-sursat daşıyan avtomobil karvanı vurulub

“Tbilisoba” bayramında “Azərbaycan guşəsi”ni yüzlərlə insan ziyarət edib

Azərbaycan gimnastları İtaliyada keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıblar

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırıb

Türkiyənin cənubunda üç zəlzələ baş verib

İranın xarici işlər naziri: Müharibə və sanksiyalar nəticə verməyəcək

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Misir Prezidenti: Afrika dövlətlərinin daxili işlərinə istənilən xarici müdaxiləni rədd edirik

Hörmüz boğazında gəmi mərmi ilə vurulub

Milli Kitabxanada Cəbrayıl Şəhəri Günü münasibətilə virtual və ənənəvi kitab sərgiləri təqdim olunub

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Türkiyə qəzeti: Yeni Azərbaycan Partiyası bundan sonra da öz hədəflərinə çatacaq

Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında lider mövqedədir

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyi həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH