Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bu il iyulun 1-dək 1434 nəfər əsir və girovluqdan azad olunmuş şəxs kimi Dövlət Komissiyasında qeydiyyata alınıb

Bakı, 1 sentyabr, AZƏRTAC

Bu ilin altı ayı ərzində Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və onun İşçi qrupu qarşıda duran vəzifələrin icrası istiqamətində fəaliyyətini plana uyğun surətdə davam etdirib.

Dövlət Komissiyasından AZƏRTAC-a bildiriblər ki, hesabat dövründə Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) ilə bir neçə görüş keçirilib, müzakirələr aparılıb. “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı itkin düşmüş şəxslər haqqında Ante Mortem məlumatların toplanması və mərkəzləşdirilmiş şəkildə idarə olunması üzrə” çərçivə sazişindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi, itkin düşmüş şəxslərin ailələrindən DNT nümunələrinin toplanması ilə bağlı nəzərdə tutulmuş işlərin reallaşdırılması, əməkdaşlığın daha da səmərəli qurulması üçün təkliflər müzakirə olunub, görülmüş işlər nəzərdən keçirilib, o cümlədən əsir-girov götürülmüş azərbaycanlıların və ermənilərin azad olunması istiqamətində danışıqlar davam etdirilib.

Ötən il oktyabrın 27-də Azərbaycan və Ermənistan prezidentlərinin Parisdə keçirilmiş görüşündə Fransa Prezidenti F.Ollandın təklifi ilə BQXK-nın himayəsi altında itkin düşmüş şəxslər barədə məlumat mübadiləsinin aparılması ilə bağlı əldə edilmiş razılıqdan irəli gələn məsələlərin həlli məqsədilə 2015-ci il 4 mart tarixdə Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin başçısı xanım Deniz Duran ilə Dövlət Komissiyası katibinin görüşü olub.

Görüşdə bu sahədə vəziyyəti ətraflı təhlil etmək, hansı məlumatların mübadilə imkanlarının araşdırılması və ümumiyyətlə, bu sahədə işləri inkişaf etdirmək üçün hər iki qurumun əməkdaşlarının (hər qurumdan bir nəfər olmaqla) müntəzəm texniki görüşlər keçirməsi və müzakirələr aparması barədə razılıq əldə olunub.

Texniki görüşlərin keçirilməsi ilə bağlı martın 4-də əldə edilən razılığa uyğun olaraq, 2015-ci il iyunun 4-də BQXK-nın itkin düşmüş şəxslər və axtarış işləri üzrə regional nümayəndəsi ilə Dövlət Komissiyasının İşçi qrupunda ilk görüş keçirilib. Görüşdə 1993-cü il 13-16 iyun tarixdə Ağdam rayonunun Qalayçılar kəndi və ətraf ərazilərdə itkin düşmüş Azərbaycan vətəndaşları ilə bağlı hər iki qurumda olan siyahı və məlumatlar ətraflı təhlil edilib.

Görüşün nəticəsi olaraq qarşı tərəfə təqdim edilməsi üçün 41 nəfərin adı keçən siyahı, eyni zamanda, əsir götürülmüş, qeyri-insani saxlanma şəraitinə və davranışa görə 1994-cü ilin fevralında Şuşa həbsxanasında ölərək yaxınlıqdakı qəbiristanlıqda dəfn edilmiş 2 nəfər barədə şahid ifadələri və digər zəruri məlumatlar BQXK-ya göndərilib.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası ilə BQXK-nın Azərbaycandakı nümayəndəliyi arasında imzalanmış “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı itkin düşmüş şəxslər haqqında Ante Mortem məlumatların toplanması və mərkəzləşdirilmiş şəkildə idarə olunması üzrə” çərçivə sazişinə əsasən, cari ilin ötən dövründə də itkin düşmüş şəxslərin yaxın qohumlarından bioloji nümunələrin (bukkal) toplanması işi davam etdirilib. Bu işə aprel ayından start verilib və BQXK mütəxəssislərinin təlim-kurs keçdiyi hər iki qurumun əməkdaşları tərəfindən hazırkı vaxta qədər 715 donordan (244 ailə) nümunələr götürülüb. Nümunələrin götürülməsi məqsədilə həmçinin mobil qruplar da təşkil edilib. Bu qruplar nümunələrin götürüldüyü müəssisəyə gəlmək imkanı olmayan şəxslərin evlərinə gedərək prosesi orada həyata keçirirlər.

2011-ci ilin yanvarında BQXK ilə Dövlət Komissiyası arasında imzalanmış “Ante Mortem / PostMortem məlumat Bazasının istifadəsi” üzrə Proqram Təminatı Müqaviləsi ilə bağlı ardıcıl işlər davam etdirilib. Cari ilin 6 ayı ərzində 200 nəfər barədə anket Komissiyaya təhvil verilib, onlardan 170 nəfər barədə məlumat bazaya əlavə olunub. Prosesin əvvəlindən keçən müddətdə isə 2178 nəfər barədə anket Komissiyaya təhvil verilib ki, onlardan 2138 nəfəri barədə məlumatlar bazaya yüklənib. Bundan başqa, Dövlət Komissiyası və BQXK-da itkin düşmüş şəxs kimi qeydiyyata alınmış şəxslərlə bağlı mövcud olan siyahılar arasında dəqiqləşmənin aparılması və fərqin ortadan qaldırılması istiqamətində işlər davam etdirilib. Dövlət Komissiyasının İşçi qrupunda aparılmış işlərin nəticəsi kimi, 15 nəfərlə bağlı dəqiqləşdirilmiş məlumatlar BQXK-nın Azərbaycandakı nümayəndəliyinə göndərilib. Bundan başqa, axtarış işi müxtəlif səbəblərə görə, BQXK-da bağlanmış 27 nəfərlə bağlı bu qurumdan göndərilmiş material həmin şəxslərlə bağlı Komissiyada olan məlumatlarla tutuşdurularaq ətraflı təhlil edilib və araşdırmanın nəticəsi ilə bağlı geniş arayış tərtib edilərək işə əlavə olunub.

Bu il iyunun 23-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu sahəsində qoşunların təmas xəttində, dağ-meşə şəraitində yolu azaraq aralıq əraziyə keçmiş və mina partlaması nəticəsində həlak olmuş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müddətdən artıq xidmət keçmiş hərbi qulluqçuları - kiçik çavuş Musayev Musa Sabir oğlu və kiçik çavuş Yolçuyev Tural Sahib oğlunun meyitlərinin minalanmış sahədən çıxarılması üçün BQXK ilə danışıqlar aparılıb. Görülmüş zəruri və təxirəsalınmaz tədbirlər nəticəsində 2015-ci il 25 iyun tarixdə meyitlər göstərilən ərazidən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Hesabat dövründə aparılmış araşdırma zamanı 9 nəfərin də atəşkəsə qədərki döyüşlərin gedişində itkin düşməsi faktı aşkar edilərək Dövlət Komissiyasında qeydiyyata alınıb və adları müvafiq siyahıya salınıb.

Bu müddətdə 15 itkinin taleyi müəyyənləşdirilib. Onların adının siyahıdan çıxarılması üçün Komissiya sədrinə məruzə edilməsi nəzərdə tutulur. 2015-ci il 1 iyul tarixə olan məlumata görə, 4013 nəfər itkin düşmüş şəxs kimi Dövlət Komissiyasında qeydiyyata alınıb.

Bundan başqa, aparılmış axtarış və araşdırma tədbirləri nəticəsində 6 Azərbaycan vətəndaşının hərbi əməliyyatların gedişində Ermənistan hərbçiləri və erməni terror-quldur birləşmələri tərəfindən əsir-girov götürülməsi və sonradan müxtəlif yollarla azad edilməsi faktı aşkarlanıb və onlar müvafiq qeydiyyata götürülüblər. 2015-ci il 1 iyul tarixə olan məlumata görə, 1434 nəfər əsir və girovluqdan azad olunmuş şəxs kimi Dövlət Komissiyasında qeydiyyata alınıb.

Araşdırmalar nəticəsində Dövlət Komissiyasında itkin düşmüş şəxs kimi qeydiyyata alınmış 65 nəfərin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərdə sağ-salamat qalması və əsir-girov aparılması ehtimalını yaradan faktlar müəyyənləşdirilib. Bu faktlar, o cümlədən itkin düşmüş və əsir-girovluqdan azad edilmiş 30 şəxslə bağlı aparılmış araşdırmanın nəticəsi olaraq ümumiləşdirilib arayışlar tərtib edilib.

Dövlət Komissiyasında olan məlumatların dəqiqləşdirilməsi və itkin düşmüş şəxslərin axtarışı, o cümlədən əsir-girovluqdan azad edilmiş şəxslərlə bağlı məlumatların dəqiqləşdirilməsi məqsədilə müxtəlif dövlət orqanlarına və beynəlxalq təşkilatlara 147 nəfər barədə 173 sorğu göndərilib. 157 itkin barədə toplanmış əlavə məlumatlar aidiyyəti üzrə bazaya, 518 nəfər barədə toplanmış materiallar onların “axtarış-araşdırma işləri”nə əlavə olunub.

Ötən il oktyabrın 27-də Azərbaycan və Ermənistan prezidentlərinin Parisdə keçirilmiş görüşündə Fransa Prezidenti F.Ollandın təklifi ilə BQXK-nın himayəsi altında itkin düşmüş şəxslər barədə məlumat mübadiləsinin aparılması barədə əldə edilmiş razılıqdan irəli gələn məsələlərin həlli məqsədilə Dövlət Komissiyası sədrinin göstərişinə əsasən, Komissiya katibinin Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin regional təhlükəsizlik idarəsinin rəisi ilə görüşü keçirilib və məsələ ətraflı müzakirə edilib. Müzakirənin nəticəsi olaraq Azərbaycan Respublikası Xarici İşlər Nazirliyindən daxil olmuş sorğuya əsasən, ATƏT-in Minsk qrupunun həmsədrlərinə təqdim edilməsi üçün “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində yaranmış əsir-girov və itkinlər problemi ilə bağlı” məlumat hazırlanaraq bu quruma təqdim edilib.

Bu il mayın 13-də Fransanın “Qadın Hüquqlarının qorunmasına dair Beynəlxalq liqa” üzvləri, ekspertlər - Patrisia Lalond və Didier Sode Dövlət Komissiyasının katibi tərəfindən qəbul ediliblər.

Görüş Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşəbbüsü ilə keçirilib. Görüşdə qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi, səbəbləri və xarakteri, müharibə qurbanı olmuş qadın və uşaqlara qarşı münasibətdə Ermənistan hərbçilərinin humanitar hüquq normalarını kobud şəkildə pozması, insanlığa yaraşmayan təzyiq və davranışlara məruz qoyması barədə faktların köməkliyi ilə məlumat verilib. Eyni zamanda, ingilis dilində hazırlanmış və faktların geniş əksini tapdığı arayış görüşün sonunda qonaqlara təqdim edilib.

İtkin düşmüş 27 vətəndaşın valideynləri tərəfindən Respublika Prezidentinə, Heydər Əliyev Fonduna, Dövlət Komissiyasının sədrinə və digər dövlət orqanlarına ünvanlanmış ərizələrə baxılıb, qaldırılmış məsələlər araşdırılıb, görülmüş işlərlə əlaqədar Prezident Administrasiyasına, Heydər Əliyev Fonduna, digər aidiyyəti orqanlara və vətəndaşlara məlumatlar verilib. İtkin düşmüş və əsirlikdən azad olunmuş şəxslərlə bağlı müxtəlif dövlət orqanlarından və beynəlxalq təşkilatlardan daxil olmuş 27 sorğuda qaldırılmış məsələlər araşdırılıb və icra edilib.

Dövlət Komissiyasına müraciət etmiş 367 itkinin yaxın qohumları İşçi qrupunda qəbul olunub, onlara yaxınlarının axtarışı ilə əlaqədar görülmüş işlər barədə ətraflı məlumatlar verilib, itkin düşmə şəraitləri barədə əlavə məlumatlar alınaraq sənədləşdirilib, anket vərəqələri doldurulub.

Ermənistanın Azərbaycana təcavüzü, bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün şəraitinə düşməsi, ermənilər tərəfindən törədilmiş terrorçuluq əməlləri və soyqırımı cinayətləri, əsir-girovlara münasibətdə beynəlxalq humanitar hüquq normalarının pozulması barədə həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması, insanlığa qarşı cinayət olan Xocalı soyqırımının ildönümü ilə əlaqədar “Xocalıya ədalət” kampaniyası və 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı xarici ölkələrdə və respublika ərazisində və keçirilmiş bir sıra digər tədbirlərin keçirilməsinə Dövlət Komissiyası yardımçı olub və Komissiyanın əməkdaşları bu tədbirlərdə yaxından iştirak ediblər.

Fevralda Benilüks Azərbaycanlıları Konqresi (BAK) və Hollandiya-Azərbaycan-Türk Kültür dərnəyi (TürkAzNed) tərəfindən Niderland Krallığının Haaqa və Amsterdam şəhərlərində Xocalı soyqırımına həsr edilmiş tədbirdə Dövlət Komissiyasının katibi və İşçi qrupunun əməkdaşları təmsil olunublar. Komissiya katibi iştirakçılar qarşısında geniş çıxış edib, Ermənistanın Azərbaycana təcavüzü zamanı ermənilər tərəfindən insanlığa və bəşəriyyətə qarşı törədilmiş cinayət faktları barədə iştirakçılara ətraflı məlumat verib. Komissiyanın nəşr etdiyi materialların paylandığı tədbir Hollandiya və Azərbaycan kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılıb.

Fevralın 21-də Ankarada “İndex - Azərbaycanın İnsan Kapitalının İnkişafı Mərkəzi”nin təşkilatçılığı ilə Xocalı soyqırımının 23-cü ildönümü ilə bağlı keçirilmiş “Empathy 2015” adlı geniş tədbirdə Dövlət Komissiyasını İşçi qrupu rəhbərinin müavini iştirak edib. Tədbirə Azərbaycan və Türkiyənin yüksək dövlət məmurları, deputatlar, alimlər, QHT və KİV nümayəndələri qatılıblar. Tədbirin keçirildiyi mərkəzin zalında Dövlət Komissiyası tərəfindən nəşr edilmiş kitab və CD-lərdən ibarət sərgi açılıb, iştirakçılara ətraflı məlumatlar verilib. İştirakçıların, xüsusən də alimlər, gənclər və KİV nümayəndələrinin Komissiyanın materiallarına marağı diqqəti cəlb edib.

Apreldə qondarma “erməni soyqırımı”nın 100 illiyi ilə bağlı ermənilər tərəfindən təşkil edilmiş tədbirləri qabaqlamaq məqsədilə İsveç-Azərbaycan Kültür Cəmiyyəti və Azərbaycan-Türk Dərnəyi tərəfindən azərbaycanlıların soyqırımına həsr edilmiş konfransda Dövlət Komissiyasının katibi iştirak edib. Konfransda BQXK-nın, BMT-nin, İsveç Parlamentinin, həmçinin bu ölkənin sülh təşkilatlarının və siyasi partiyalarının nümayəndələri də iştirak ediblər. İştirakçıların müxtəlifliyi nəzərə alınaraq, Komissiyanın materialları yayılıb və onlar mövzuya uyğun şəkildə geniş məlumatlandırılıblar.

Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı ərazi iddiaları ilə bağlı 1988-ci ildən etibarən yenidən alovlanan Dağlıq Qarabağ münaqişəsi prosesində erməni terrorçu-quldur dəstələri tərəfindən həm intensiv hərbi əməliyyatların getdiyi ərazilərdə, həm də həmin ərazilərdən kənarda dinc azərbaycanlılara qarşı həyata keçirilmiş terror əməlləri ilə bağlı materiallar əsasında ötən il Dövlət Komissiyasının İşçi qrupu tərəfindən nəşr edilmiş “Terror: hadisələr, faktlar, sübutlar” adlı kitab ingilis dilinə tərcümə olunaraq Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin köməkliyi ilə bu ölkədə nəşr edilib.

Hesabat dövründə Dövlət Komissiyasının 1100 nüsxə materiallar toplusu (Azərbaycan, rus və ingilis dillərində), 300 nüsxə “Terror: hadisələr, faktlar, sübutlar”, 380 nüsxə “Erməni terroru”, 112 nüsxə “Преступление армянских террористических и бандитских формираваний против человечества”, 145 nüsxə “Bizi əsirlikdən qurtarın”, 117 nüsxə “QSM-7 təsdiq edir”, 195 nüsxə “Qarabağ: dünən, bu gün fotoşəkillərdə”, 32 nüsxə Dövlət Komissiyasının fəaliyyətinin 20 illiyinə həsr edilmiş “Humanitar dəhlizdə həyata keçirilən missiya” və Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədova həsr edilmiş “Riad” poemasının 27 nüsxəsi, o cümlədən 350 nüsxə “Erməni terroru”, 341 nüsxə “Armenian terrorizm”, 318 nüsxə “Bizi əsirlikdən qurtarın”, 194 nüsxə “QSM-7 təsdiq edir”, 213 nüsxə “Xocalı faciəsi” adlı Azərbaycan və ingilis dillərində film, “Qarabağ” kitabının 163 nüsxə CD və DVD variantları, avstriyalı alim, tədqiqatçı Erix Fayqlın “Terror haqqında həqiqət”, “Kəskin dönüş, erməni mifomaniyası və həqiqət” adlı kitablarının 345 nüsxə CD variantı, o cümlədən xəritə, Xocalı faciəsini və digər cinayət faktlarını əks etdirən fotolar yazılmış kompakt disklər respublikamızda və xarici ölkələrdə yayılıb.

Ölkəmizdə və xaricdə fəaliyyət göstərən kütləvi informasiya vasitələrində, eyni zamanda, Dövlət Komissiyasının rəsmi saytında müntəzəm olaraq məlumatlar yayılıb, Komissiyanın gördüyü işlər barədə müsahibələr verilib, məqalələr dərc olunub, soyqırımı, etnik təmizləmə, vandalizm, əsir, girov və itkinlərlə bağlı həqiqətlərin ictimaiyyətə çatdırılması istiqamətində məqsədyönlü fəaliyyət göstərilib.

İnternet şəbəkəsindən istifadə edilərək beynəlxalq təşkilatlar və informasiya agentlikləri ilə müntəzəm yazışmalar aparılıb, materiallar göndərilib (o cümlədən video və fotofaktlar), şəbəkədə olan məlumatlar nəzərdən keçirilib, əhəmiyyətli materiallar təhlil edilərək öyrənilib və arxivləşdirilib.

Dövlət Komissiyasına müraciət etmiş 18 nəfərin sosial problemlərinin həll olunması üçün Komissiya üzvlərinə və müvafiq dövlət orqanlarına məktublar göndərilib.

Hesabat dövründə Dövlət Komissiyasına 270 sənəd daxil olub, 325 məktub isə aidiyyəti üzrə göndərilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

"Qəbələ" Premyer Liqada qalıb

Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb

Moldovada yaşayan soydaşlarımıza Qurban bayramı sovqatı paylanılıb

Məhsuldarlıq, ixrac və müasir yanaşmalar ön planda VİDEO

Məhsuldarlıq, ixrac və müasir yanaşmalar ön planda VİDEO

“Opera Günləri” “Koroğlu” ilə başladı: səhnədə qəhrəmanlıq və sənət ahəngi

Milli Gənc Tamaşaçılar Teatrı beynəlxalq festivalda çıxış edir

Cevdet Yılmaz: Azərbaycan və Türkiyənin qardaşlığı sülhə, sabitliyə və regionun gələcəyinə töhfə verir

Bu saata olan əsas xəbərlər

Fövqəladə Hallar Nazirliyinin gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Qazaxıstan NVIDIA texnologiyalarına əsaslanan superkompüterləri istifadəyə verib

Laçında Müstəqillik Günü musiqi və rəqslə qeyd edilib

Azərbaycan Ordusunda Qurban bayramı və Müstəqillik Günü münasibətilə tədbirlər təşkil olunub

Gürcüstanın Baş naziri İrakli Kobaxidzedən

İsveç övladlığa götürülmüş uşaqlar üçün dəstək mərkəzi yaradacaq

ABŞ-ın müxtəlif ştat və şəhərləri 28 May Müstəqillik Günü münasibətilə bəyannamə imzalayıblar

Mer Muriyel Bauzer 28 mayı Vaşinqton şəhərində Azərbaycanın Müstəqillik Günü elan edib

Qlobal istiləşmə Avropada ekstremal hava şəraitini gücləndirir

Ukrayna XİN: Sadiq dostumuz və strateji tərəfdaşımız olan Azərbaycanı təbrik edirik

“Axios”: ABŞ və İran 60 günlük Anlaşma Memorandumu barədə razılığa gəliblər

Cəlilabadda 18 yaşlı gənc suda boğulub

ADU-da Çin Elm və Texnologiya İşçiləri Günü qeyd edilib

Könüllülər Müstəqillik Gününü silsilə tədbirlərlə qeyd ediblər

Aİ Ukraynaya 2,8 milyard avroluq yeddinci maliyyə tranşının ayrılmasını təsdiqləyib

Şotlandiyadakı icma görüşünə böyük maraq göstərilib

Tatyana Srebnaya: Su idmanı xarakter və komanda ruhu tələb edir

Türkiyədən 28 May münasibətilə təbrik mesajları: “Bir millət, iki dövlət”

Müdafiə naziri Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

“Sea Breeze Marina” mövsümü reqata və digər su idmanı növləri ilə açıb

“Zirvəyə doğru qaçış" yarışında mindən çox idmansevər mübarizə aparıb

Qazaxıstanın Azərbaycan diasporu Müstəqillik Gününü qeyd edib

Naxçıvan-Ordubad magistral avtomobil yolu asfaltlanır

Dövlət Sərhəd Xidmətində Müstəqillik Gününə həsr olunmuş tədbirlər təşkil edilib

İsrailin Livanın cənubuna endirdiyi zərbələr nəticəsində 9 nəfər həlak olub

Azərbaycan Xalq Cümhuriyyəti milli dövlətçilik tariximizin şanlı zirvəsidir RƏY

Belarus Milli Kitabxanası Azərbaycan bayrağı rənglərinə bürünüb

BMT: Ukraynada bu ilin dörd ayında 815 mülki şəxs həlak olub

Gürcüstan və Türkiyə rəsmiləri Cənubi Qafqazda təhlükəsizlik məsələlərini müzakirə ediblər

Keniyada internat məktəbində baş verən yanğında 16 şagird ölüb

Rumın dilinə tərcümə olunmuş “Heydər Əliyev. Həyatının 100 anı” kitabının təqdimatı olub

Xankəndidə iş əlcəkləri istehsalı müəssisəsinin açılışı olub YENİLƏNİB

Burhanettin Duran: Əməkdaşlığımız regional sabitlik üçün önəmlidir

Küveyt raket və PUA hücumuna məruz qalıb

Azərbaycan minifutbol millisi Avropa çempionatına qələbə ilə başlayıb

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Bakıda və Abşeron yarımadasında arabir yağış yağacaq- Xəbərdarlıq

KOBİA: Azərbaycan məhsulları premium seqmentdə öz yerini tutmaqdadır - MÜSAHİBƏ

Dövlətimizin günü-gündən artan uğurları Azərbaycan Xalq Cümhuriyyətinə bir ithafdır - ŞƏRH

Çin və Serbiya valyuta mübadiləsi müqaviləsini yeniləyib

Ölkə üzrə 134 ünvanda qurbanlıq heyvanların satış və kəsim xidmətləri davam etdirilib

Şahin Bayramov: Qarabağ Universitetinin fəaliyyəti müstəqil dövlətimizin qüdrətinin mühüm göstəricisidir

Rusiya Ermənistandan tərəvəz və giləmeyvə idxalını məhdudlaşdırır

Müstəqillik Günü münasibətilə Varşavada rəsmi qəbul təşkil olunub

Şəki teatrı bayram günlərində məktəbli tamaşaçıları yeni tamaşa ilə sevindirir

Müqəddəs Taxt-Tacda 28 May – Müstəqillik Günü qeyd olunub

"Sabah" slovakiyalı hücumçu ilə vidalaşıb

Prezident İlham Əliyev: Bu gün biz rahat yaşayırıq, qalib xalq kimi və qalib dövlət kimi

Azərbaycan Prezidenti: Müstəqillik Günü hər birimiz üçün çox əzizdir

AQTİ-nin səyyar laboratoriyaları Cəbrayıl və Füzulidə operativ xidmət göstərib

Prezident: Bu gün Azərbaycan ərazisində hər qarış torpaq bizim nəzarətimizdədir

Bakıdan bölgələrə iki gün ərzində 20 minə yaxın sərnişin daşınıb

Prezident İlham Əliyev: Müstəqillik böyük nemətdir, böyük nailiyyətdir

Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrinidən

Prezident İlham Əliyev Şuşanın Böyük Qaladərəsi kəndində görülən işlərlə tanış olub, sakinlərlə görüşüb YENİLƏNİB VİDEO

Vyanada “Kəlbəcərin zərif irsi – məfrəş“ adlı xüsusi moda nümayişi təşkil olunub

Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər tağının önünə gül dəstələri düzüb VİDEO

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Xocalı şəhərində “Qarabağ Tekstil Evi” MMC istifadəyə verilib VİDEO

Çin Avropa İttifaqının yeni polad tariflərinə dair danışıqlar aparır

Batumidə Azərbaycanın Müstəqillik Günü qeyd olunub

Milli Müdafiə Nazirliyi: İstiqlal ruhu Türkiyə və Azərbaycan xalqlarının qəlbində yaşayır

Həssas enerji birjalarının hər hansı bəyanata reaksiyası gecikmir

Prezident İlham Əliyev Xocalıda hərbi qulluqçular üçün nəzərdə tutulan fərdi evlərdə yaradılmış şəraitlə tanış olub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev Xocalıda hərbi qulluqçular üçün nəzərdə tutulan fərdi evlərdə yaradılmış şəraitlə tanış olub YENİLƏNİB VİDEO

Yaponiya parlamenti milli kəşfiyyat bürosunun yaradılması ilə bağlı qanun qəbul edib

Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın yeni aqrar inkişaf strategiyasında əsas mərkəzlərdən birinə çevrilir - ŞƏRH

Numan Kurtulmuş: Ümidvaram ki, Azərbaycanın müstəqilliyi əbədi olacaq

İordaniyanın Kralı II Abdullah ibn Al Hüseyndən

Prezident İlham Əliyev Xankəndidə əsaslı şəkildə yenidən qurulmuş Mədəniyyət Mərkəzinin açılışında iştirak edib VİDEO

BMT: Qlobal temperatur 2030-cu ilə qədər rekord həddə qalacaq

Avropa Mərkəzi Bankı inflyasiyanın davam edəcəyi qənaətindədir

Almaniya XİN Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edib

Ukraynanın vitse-spikeri: Bu yay Bakı daha 120 ukraynalı uşağı qarşılayacaq

İstilik dalğaları Almaniya iqtisadiyyatına 100 milyard avrodan çox zərər vura bilər

Dünyanın “ən yaxşı turizm kəndi” - Xınalıq VİDEO

Dünyanın “ən yaxşı turizm kəndi” - Xınalıq VİDEO

Türkiyədən qardaş Azərbaycana daha bir bayram təbriki

Bakı-Tbilisi-Qars dəmir yolunun rəsmi açılışı baş tutacaq

Romada “SOCAR İtaliya” şirkətinin rəsmi təqdimatı olub

Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmuddan

Dövlət Bayrağı Muzeyi: tarix, qürur və zəfər VİDEO

Dövlət Bayrağı Muzeyi: tarix, qürur və zəfər VİDEO

Finlandiya Respublikasının Prezidenti Aleksandr Stubbdan

Bu saata olan əsas xəbərlər

Şimali Kipr XİN: Prezident İlham Əliyevin uzaqgörən rəhbərliyi ilə Azərbaycanın gücü durmadan artır

Zaur Cəfərov pauerliftinq üzrə Avropa çempionatına baş hakim təyin olunub

Bişkekdə 28 May – Müstəqillik Gününə həsr olunmuş qəbul təşkil edilib

Türkiyə XİN: Azərbaycanlı qardaşlarımızın qürur və sevincini ürəkdən paylaşırıq

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti yük göndərilib VİDEO

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti yük göndərilib VİDEO

Efiopiya Federativ Demokratik Respublikasının Baş naziri Zati-aliləri cənab Abiy Əhməd Əliyə

Agentlik: Azad edilmiş ərazilərə köçürülən sakinlərdən 10600-dək şəxsin məşğulluğu təmin edilib

Serdar Ünsal: Müstəqillik məşəli Azərbaycanın gənc nəsli üçün ilham mənbəyidir

Çində avtomobil qəzasında 13 nəfər ölüb

Premyer Liqada çıxış etmək uğrunda pley-off oyunu: "Qəbələ" "Mingəçevir"ə qarşı