Qlobal istiləşmə Avropada ekstremal hava şəraitini gücləndirir
Stokholm, 28 may, AZƏRTAC
Ümumdünya Meteorologiya Təşkilatı (ÜMT) xəbərdarlıq edir ki, növbəti beş il müşahidələr tarixində ən isti dövr ola bilər. Təşkilatın proqnozlarına görə, bu dövrdə orta qlobal temperaturun sənayeləşmədən əvvəlki səviyyələrdən 1,9 dərəcəyə qədər yüksək olması proqnozlaşdırılır.
AZƏRTAC xəbər verir ki, alimlər bunu həm qlobal iqlim dəyişikliyi, həm də istiləşməni daha da gücləndirən təbii El Nino fenomeni ilə əlaqələndirirlər. ÜMT-nin məlumatına görə, hazırkı El Ninoun pik zirvəsi 2027-2028-ci illərdə gözlənilir.
Avropa artıq anomal istilər yaşayıb. May ayında Böyük Britaniyada temperatur 35 dərəcə Selsi, İrlandiyada 28,6 dərəcə Selsi və istidən yeddi nəfərin öldüyü Fransada 39 dərəcə Selsiyə çatıb.
İsveçli mütəxəssislər xəbərdarlıq edirlər ki, ölkə yeni temperatur rekordları və getdikcə daha tez-tez baş verən ekstremal hava hadisələri ilə üzləşmək riski ilə də qarşı-qarşıyadır.
Stokholm Universitetinin professoru Mikael Çyörnströmə görə, iqlimin istiləşməsi fonunda istilik dalğaları, güclü yağışlar və fırtınalar ehtimalı artmağa davam edəcək: “Bəşəriyyət iqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün kifayət qədər iş görmədikcə, bu proseslər davam edəcək”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.10.2026 [21:04]
Böyük Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq
- 04.10.2026 [19:37]
Böyük Britaniyanın ikinci ən varlı şəxsi Monakoya köçüb
- 04.10.2026 [16:50]
Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırıb
- 04.10.2026 [16:49]
Türkiyənin cənubunda üç zəlzələ baş verib
- 04.10.2026 [16:25]
İranın xarici işlər naziri: Müharibə və sanksiyalar nəticə verməyəcək
- 04.10.2026 [16:01]
Hörmüz boğazında gəmi mərmi ilə vurulub
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu gün Cəbrayıl Şəhəri Günüdür
- [09:00]
İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil
- 03.10.2026 [23:56]
İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir
- 03.10.2026 [23:11]
Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib
- 03.10.2026 [22:03]
Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb
- 03.10.2026 [21:57]
“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur
- 03.10.2026 [21:23]
Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”
- 03.10.2026 [20:44]
Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir
- 03.10.2026 [20:32]
Bu saata olan əsas xəbərlər
- 03.10.2026 [20:00]
Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb
- 03.10.2026 [19:36]
Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar
- 03.10.2026 [19:17]
Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib
- 03.10.2026 [19:09]
Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH
- 03.10.2026 [19:05]
Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır
- 03.10.2026 [18:49]
Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir
- 03.10.2026 [18:44]
Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib
- 03.10.2026 [18:31]
Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb
- 03.10.2026 [18:17]
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb
- 03.10.2026 [18:09]
Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir
- 03.10.2026 [17:53]