Qazaxıstan NVIDIA texnologiyalarına əsaslanan superkompüterləri istifadəyə verib
Astana, 28 may, AZƏRTAC
Qazaxıstan qabaqcıl NVIDIA texnologiyalarına əsaslanan iki superkompüteri istifadəyə verən regionun ilk ölkəsi olub.
AZƏRTAC xəbər verir ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bunu 5-ci Avrasiya İqtisadi Forumunun plenar iclasında çıxışı zamanı bildirib.
O qeyd edib ki, 2026-cı il Qazaxıstanda “Süni İntellekt və Rəqəmsal İnkişaf İli” elan edilib. Ölkədə Süni İntellekt və Rəqəmsal İnkişaf Nazirliyi, eləcə də aparıcı yerli və beynəlxalq mütəxəssislərin iştirakı ilə Süni İntellekt İnkişaf Şurası yaradılıb.
“Qazaxıstan dövlət idarəetmə sistemlərində və iqtisadiyyatın real sektorlarında “ağıllı” platformaları kifayət qədər uğurla tətbiq edir. Qazaxıstanın yeni Konstitusiyası ilk dəfə olaraq şəxsi məlumatların qorunması hüququnu təsbit edib”, - deyə dövlət başçısı bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.05.2026 [19:29]
İsveç övladlığa götürülmüş uşaqlar üçün dəstək mərkəzi yaradacaq
- 28.05.2026 [19:15]
Qlobal istiləşmə Avropada ekstremal hava şəraitini gücləndirir
- 28.05.2026 [18:55]
“Axios”: ABŞ və İran 60 günlük Anlaşma Memorandumu barədə razılığa gəliblər
- 28.05.2026 [17:02]
İsrailin Livanın cənubuna endirdiyi zərbələr nəticəsində 9 nəfər həlak olub
- 28.05.2026 [16:53]
BMT: Ukraynada bu ilin dörd ayında 815 mülki şəxs həlak olub
- 28.05.2026 [16:49]
Keniyada internat məktəbində baş verən yanğında 16 şagird ölüb
- 28.05.2026 [16:38]