Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şahin Bayramov: Qarabağ Universitetinin fəaliyyəti müstəqil dövlətimizin qüdrətinin mühüm göstəricisidir

Şahin Bayramov: Qarabağ Universitetinin fəaliyyəti müstəqil dövlətimizin qüdrətinin mühüm göstəricisidir

Xankəndi, 28 may, AZƏRTAC

Bu gün Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 108-ci ildönümünü və Müstəqillik Gününü böyük qürur və sonsuz fəxarət hissi ilə qeyd edirik. Bu əlamətdar günü tam suverenliyi və ərazi bütövlüyü təmin olunmuş Azərbaycanın vətəndaşları olaraq qarşılamaq hər birimiz üçün xüsusi mənəvi dəyər daşıyır. Bu, xalqımızın əsrlər boyu yaşatdığı azadlıq iradəsinin, milli ruhunun və dövlətçilik ənənələrinin tarixi təntənəsidir.

Bu fikirlər Qarabağ Universitetinin rektoru Şahin Bayramovun Müstəqillik Günü ilə bağlı AZƏRTAC-a təqdim etdiyi yazıda yer alıb. Yazını təqdim edirik.

1918-ci il mayın 28-də əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyəti qısa müddətdə milli dövlətçilik tariximizin ən parlaq səhifələrindən birinə çevrildi. Cümhuriyyətin demokratik idarəçilik prinsipləri, milli maraqlara əsaslanan dövlətçilik yanaşması və müasir inkişaf düşüncəsi xalqımızın azadlıq iradəsini daha da gücləndirərək milli müstəqillik ideyalarının gələcək nəsillərin yaddaşında və düşüncəsində yaşamasını təmin etdi. Məhz Ümummilli Lider Heydər Əliyevin uzaqgörən və qətiyyətli siyasəti nəticəsində Azərbaycanın müstəqilliyinin əbədiləşdirilməsi reallığa çevrildi. Ulu Öndərimizin milli maraqları, Azərbaycan vətəndaşının rifahını və dövlətçiliyin qorunmasını ön plana çəkən uzunmüddətli inkişaf strategiyası ölkəmizin davamlı və hərtərəfli tərəqqisinin əsasını təşkil etdi. Bu siyasi kurs Prezident İlham Əliyev tərəfindən müasir çağırışlara uyğun şəkildə uğurla davam etdirilərək Azərbaycanı regionun qüdrətli və söz sahibi olan dövlətinə çevirdi. Qalib Liderimizin dövlətçiliyin daha da möhkəmləndirilməsinə xidmət edən strateji yanaşması, qlobal miqyasda qəbul edilən diplomatik uğur modeli və Ali Baş Komandan kimi həyata keçirdiyi tarixi missiya nəticəsində ölkəmizin beynəlxalq nüfuzu daha da gücləndi, ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa olundu.

Bu gün doğma Qarabağımızın adını daşıyan ali təhsil müəssisəsinin işğaldan azad edilmiş torpaqlarda fəaliyyət göstərməsi müstəqil dövlətimizin qüdrətinin, xalqımızın sarsılmaz iradəsinin və tarixi ədalətin təntənəsinin mühüm göstəricilərindən biridir. Vaxtilə işğal və dağıntılarla üz-üzə qalan Qarabağ və Şərqi Zəngəzur torpaqlarında bu gün həyatın, inkişafın, elm və təhsilin yenidən bərqərar olması Azərbaycanın qazandığı tarixi Zəfərin ən böyük mənəvi nəticələrindəndir. Tarixi və əzəli yurdlarımızdan biri olan Xankəndi şəhərində fəaliyyət göstərən Qarabağ Universitetində hazırda 2200-ə yaxın tələbənin təhsil alması və 400-dən artıq əməkdaşın çalışması Qarabağda əbədi və dönməz varlığımızın, dövlətimizin gücünün və gələcəyə olan inamının bariz ifadəsidir. Bu gün Qarabağ Universitetində auditoriyalarda səslənən hər bir fikir, həyata keçirilən hər bir elmi fəaliyyət, yetişən hər bir gənc mütəxəssis doğma torpaqlarımızın dirçəlişinin canlı təcəssümünə çevrilir.

Qarabağ Universiteti olaraq inanırıq ki, müstəqilliyimizin əbədi olması yalnız hərbi və siyasi qələbələrlə deyil, eyni zamanda güclü insan kapitalının formalaşdırılması, müasir bilik və bacarıqlara malik yeni nəslin yetişdirilməsi ilə mümkündür. Dövlətimizin həyata keçirdiyi məqsədyönlü siyasət insan kapitalının davamlı inkişafını, elm və təhsilin gücləndirilməsini, milli dəyərlərə bağlı, yüksək intellektual potensiala malik gənclərin formalaşdırılmasını strateji prioritet kimi müəyyənləşdirib. Məhz bu siyasətin nəticəsidir ki, bu gün Azərbaycan həm də inkişafını insan potensialı üzərində quran müasir dövlət modelini uğurla nümayiş etdirir.

Universitetimizin əsas missiyası da məhz müstəqil Azərbaycanı daha da gücləndirəcək, ölkəmizin davamlı inkişafına töhfə verəcək yeni nəslin yetişdirilməsinə xidmət etməkdir. Biz yalnız peşəkar kadr hazırlığını deyil, eyni zamanda milli düşüncəyə, dövlətçilik ənənələrinə və yüksək mənəvi dəyərlərə sahib vətəndaş formalaşdırılmasını əsas məqsəd hesab edirik. Qarabağ Universiteti gənclərə sadəcə ixtisas bilikləri qazandıran təhsil müəssisəsi deyil, həm də milli kimliyi, vətənpərvərlik ruhunu, müstəqillik düşüncəsini və dövlətçilik şüurunu ötürən mənəvi mərkəzdir.

Biz tariximizi və keçdiyimiz mürəkkəb inkişaf yolunu dərindən bilən, Ümummilli Lider Heydər Əliyevin zəngin ideyalarına sadiq olan, Qalib Liderimizin ətrafında sıx birləşən, Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik irsini yüksək qiymətləndirən, müstəqil Azərbaycanı ən ali dəyər hesab edən, şəhidlərimizin əziz xatirəsinə daim böyük ehtiramla yanaşan vətənpərvər gənclər yetişdirməyi qarşıya əsas vəzifə kimi qoymuşuq. Çünki məhz belə gənclər Azərbaycanın gələcək inkişafının, dövlətimizin davamlı qüdrətinin və milli birliyimizin əsas təminatıdır.

Eyni zamanda, tələbələrimizin seçdikləri ixtisaslar üzrə peşəkar mütəxəssislər kimi formalaşması, müasir dünyanın çağırışlarına cavab verən bilik və bacarıqlara yiyələnməsi, müstəqil Azərbaycanı qlobal elm məkanında, beynəlxalq bilik yarışmalarında, innovasiya və texnologiya platformalarında yüksək səviyyədə təmsil etməsi bizim üçün xüsusi əhəmiyyət daşıyır. İnanırıq ki, Qarabağ Universitetində yetişən gənclər gələcəkdə ölkəmizin sosial-iqtisadi inkişafına, beynəlxalq nüfuzunun daha da artmasına, elmi-intellektual potensialının gücləndirilməsinə və milli-mənəvi dəyərlərimizin qorunmasına mühüm töhfələr verəcəklər.

Əminik ki, Qarabağ Universitetində formalaşan yeni nəsil gələcəyin daha güclü, daha innovativ və daha rəqabətqabiliyyətli Azərbaycanı naminə quruculuq proseslərində fəal rol oynayacaqlar. Tarixi Zəfərin qazanıldığı məkanda yaşayan, təhsil alan və çalışan bu gənclər ölkəmizin müstəqilliyini, suverenliyini, dövlətçilik ənənələrini və milli dəyərlərini daim uca tutacaq, xalqımızın şanlı tarixini gələcək nəsillərə böyük qürur hissi ilə çatdıracaqlar.

Qarabağ Universiteti ailəsi üzvləri olaraq əlamətdar tarixi gündə bir daha müstəqil Azərbaycanın memarı Ümummilli Lider Heydər Əliyevi, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularını, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən qəhrəman şəhidlərimizi dərin ehtiram və sonsuz minnətdarlıqla anırıq. Onların müqəddəs xatirəsi qəlbimizdə daim yaşayacaq, müstəqilliyimizin qorunması və dövlətimizin daha da qüdrətlənməsi yolunda bizə hər zaman mənəvi dayaq olacaq.

Müstəqillik Günümüz mübarək!

Müxbir – Tahir Ağaməmmədov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakıda 19 istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Tramp “The New York Times” qəzetinin bağlanacağını bildirib

Yasamalın bəzi ərazilərində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Tramp: ABŞ bombardmançılarının Britaniyadan çıxarılmasına təhdidlər səbəb olub

Böyük Britaniyada dizel yanacağının bahalaşması məktəb avtobuslarının fəaliyyətində problemlər yaradıb

Almaniya 2027-ci ildən plastik qablaşdırmaya vergi tətbiq etməyi planlaşdırır

Nyu-York ştatında qızılca hallarının artması ilə əlaqədar fövqəladə vəziyyət elan edilib

İsrail Qolan təpələrində yeni müdafiə xətti qurur

Husilər Səudiyyə Ərəbistanında hava limanlarına və “Aramco” obyektinə hücum ediblər

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

UEFA Millətlər Liqası: Fransa Belçikanı məğlub edib

Hörmüz boğazında tanker naməlum mənşəli mərmi ilə vurulub

ABŞ Litvada hərbi baza yaradılması təklifini nəzərdən keçirəcək

Fransada liseylərdə etirazlar gərginləşir: 1000-ə yaxın şəxs saxlanılıb

Britaniya hökuməti “RAF Fairford” bazasının təhlükəsiz olduğunu bildirib

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan kollektiv çəkindirmə mexanizmini aktivləşdirmək barədə razılığa gəliblər

Dosent: Əlyazma irsimizin gənc nəslə çatdırılmasında müəllimin rolu mühümdür

Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub

Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib

Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb

Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub

Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib

Tovuzda ata oğlunu bıçaqlayıb

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Almaniya Şimal dənizi sahilində ikinci hərbi-dəniz bazasının yaradılmasını planlaşdırır

Ceyhun Bayramov: Afrika ölkələri ilə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir

Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Prezident İlham Əliyevin sosial media hesabında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib

Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Azərbaycanın xarici işlər naziri ilə ABŞ-nin Dövlət katibi arasında telefon danışığı olub

Xüsusi təyinatlı təhsil müəssisələrində Beynəlxalq Müəllimlər Günü qeyd edilib

Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub

Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Vyetnamda keçirilən festivalda Azərbaycan mədəniyyəti təqdim olunub

Bu saata olan əsas xəbərlər

“Qobustanda arxeoloji sirlərin geofiziki üsullarla aşkarlanması” – BDU-da beynəlxalq fənlərarası seminar

TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb

Fransa hökuməti 2027-ci il büdcəsini qəbul etdirmək üçün bütün variantları nəzərdən keçirir

Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilir

Fransalı musiqiçilər: “Baku Jazz Festival-2026”da çıxış etməkdən çox məmnunuq

İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb

Professor: Müəllim gənc nəslin informasiya və ideoloji dayanıqlığının formalaşmasında mühüm rol oynayır

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

Nazirlik: Yeni Fərman övladlığagötürmə prosesinin daha çevik və əlçatan olmasına imkan yaradır

“Gen Pharma Caucasus Manufacturing Operations”: Dərmanların qiyməti münasib olacaq

Azərbaycan Cənubi Koreyada musiqi festivalında təmsil olunub

AZSTAND-ın nümayəndə heyəti Parisdə ISO-nun illik toplantısında iştirak edib

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri arasında görüş olub

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb

Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

“Yaradıcı Filmaton” layihəsi başa çatıb

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib YENİLƏNİB VİDEO

Hacettepe Universitetinin akademik heyəti TAU-da müntəzəm mühazirələr oxuyacaq

Elçin Əliyev: "Çaydan Xəzinəsi Muzeyi"ndə müxtəlif ölkələrə və dövrlərə aid 219 çaydan nümayiş etdirilir

Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 7 məsələ müzakirəyə çıxarılıb

Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub

Pakistan hökuməti əhalinin yanacaq xərclərini azaltmaq üçün yardım proqramı başladıb

UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb

İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub

Rəsədxanada “Sual şagirddən – cavab alimdən” layihəsinə başlanılıb

ETİHİ Respublika Komitəsinin əməkdaşları azad edilmiş torpaqlarda çalışan müəllimlərlə görüşüblər

Agentlik: 277 ahıl müəllimə evlərində sosial-məişət xidməti göstərilir

Arxeoloq: Şahbulaq ətrafındakı alban abidələri tədqiq edilir

Azərbaycan rəqəmsal transformasiya və innovasiya sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir

Zelenski: Zərbə nəticəsində göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu gəmilər zədələnib

Quruluşçu rejissor: Tamaşaçı səhnədə hər birimizin həyat boyu gözlədiyi “Qodo”ları görəcək

Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar

Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub

Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir

Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə iştirak ediblər

Nazir müavini Firudin Qurbanov Tərtərdə vətəndaşların müraciətlərini dinləyəcək

Ərdoğan: Türkiyədə hazırlanan kosmik aparatın istehsal, montaj və inteqrasiya işləri tamamlanıb

Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır – ŞƏRH

İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Naxçıvanda DOST Qəbul şöbələri yaradılır

III Tələbə Mentorluq Proqramında 83 nəfər iştirak edib

Çində küləyin sürətini ölçmək üçün nəzərdə tutulmuş dünyanın ən hündür qülləsinin tikintisi başa çatdırılıb

Qazaxıstan hərbçilərinin Xəzər dənizinə düşməsi ilə bağlı 5 vəzifəli şəxs həbs olunub

“Rosatom”: Zaporojye AES hücuma məruz qalıb və zədələnib

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

“Təhsildə yeni çağırışlar” VII Beynəlxalq Forumu

Azərbaycan və Ukrayna ombudsmanları insan hüquqlarının müdafiəsində əməkdaşlığı gücləndirirlər

Böyük Qayıdış regional inkişafın yeni mərhələsini formalaşdırır - ŞƏRH