Naxçıvan-Ordubad magistral avtomobil yolu asfaltlanır
Naxçıvan, 28 may, AZƏRTAC
Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Naxçıvan-Ordubad magistral avtomobil yolunda mərhələli şəkildə cari təmir işləri həyata keçirilir.
Agentliyin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, icra olunan tədbirlər çərçivəsində əvvəlcədən deformasiyaya uğramış hissələrdə köhnə asfalt-beton örtüyü frezlənərək ərazidən kənarlaşdırılıb. Hazırda isə yolun müəyyən hissələrinə yeni asfalt örtüyünün verilməsi işləri həyata keçirilir.
Təmir-bərpa işlərinin əsas məqsədi hərəkətin rahatlığını və təhlükəsizliyini daha da artırmaq, yolun istismar vəziyyətini yaxşılaşdırmaqdan ibarətdir.
Müxbir- Nail Əsgərov