Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Xalq Cümhuriyyəti milli dövlətçilik tariximizin şanlı zirvəsidir RƏY

Azərbaycan Xalq Cümhuriyyəti milli dövlətçilik tariximizin şanlı zirvəsidir RƏY

Bakı, 28 may, AZƏRTAC

1918-ci il mayın 28-də Azərbaycan xalqı öz tarixinin ən şərəfli və taleyüklü səhifələrindən birini yazdı. Həmin gün qəbul edilən İstiqlal Bəyannaməsi ilə Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı və bununla da xalqımız təkcə öz dövlət müstəqilliyini elan etmədi, eyni zamanda, bütün müsəlman Şərqində ilk demokratik, hüquqi və dünyəvi parlament respublikasının əsasını qoydu. Bu tarixi hadisə Azərbaycan xalqının əsrlər boyu yaşatdığı azadlıq və müstəqillik ideallarının təntənəsi idi. Şərqdə ilk dəfə olaraq xalq hakimiyyətinə, demokratik idarəetmə prinsiplərinə, insan hüquq və azadlıqlarına əsaslanan dövlət modeli məhz Azərbaycan torpağında formalaşdı. Bu baxımdan 28 May təkcə milli bayram deyil, həm də xalqımızın siyasi iradəsinin, milli kimliyinin və dövlətçilik ənənələrinin təcəssümüdür.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Şahin Seyidzadə deyib

O bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması təsadüfi hadisə deyildi. XIX əsrin sonu və XX əsrin əvvəllərində Azərbaycanda milli oyanış prosesinin güclənməsi, maarifçilik hərəkatının geniş yayılması, ziyalı təbəqəsinin formalaşması xalqımızın azadlıq arzularını daha da möhkəmləndirmişdi. 1918-ci il mayın 28-də Tiflisdə Azərbaycan Milli Şurası tərəfindən qəbul edilmiş İstiqlal Bəyannaməsi Azərbaycanın müstəqil dövlət olduğunu bütün dünyaya bəyan etdi. Bu sənəd xalqımızın dövlətçilik tarixində mühüm siyasi və hüquqi əhəmiyyətə malik olmaqla yanaşı, demokratik prinsipləri özündə ehtiva edən mütərəqqi sənəd idi. İstiqlal Bəyannaməsində xalq hakimiyyəti, bütün vətəndaşların hüquq bərabərliyi, milli və dini mənsubiyyətindən asılı olmayaraq hər kəsə bərabər hüquqların verilməsi kimi mühüm prinsiplər əks olunmuşdu. Həmin dövr üçün bu yanaşma təkcə regionda deyil, dünya miqyasında da olduqca qabaqcıl siyasi baxış hesab edilirdi.

Deputat qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, dövlət quruculuğu istiqamətində mühüm nailiyyətlər əldə etdi. İlk növbədə, milli parlament və hökumət yaradıldı, dövlət atributları təsis edildi. Üçrəngli dövlət bayrağı qəbul olundu, milli ordu formalaşdırıldı, Azərbaycan vətəndaşlığı institutu yaradıldı. Qısa müddət ərzində qəbul olunan qanunlar dövlət idarəçiliyinin möhkəmləndirilməsi, hüquqi sistemin formalaşdırılması və demokratik idarəetmənin təmin olunması baxımından mühüm rol oynadı. Azərbaycan Xalq Cümhuriyyətinin ən böyük xidmətlərindən biri demokratik ənənələrin əsasını qoyması idi. Müsəlman Şərqində ilk dəfə olaraq qadınlara seçki hüququnun verilməsi məhz Azərbaycan Xalq Cümhuriyyətinin adı ilə bağlıdır. Bu addım həmin dövrdə bir çox Avropa ölkələri üçün belə nümunəvi qərar hesab olunurdu. Azərbaycan dövləti irqindən, dinindən, milli mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlara eyni hüquqlar verdi və cəmiyyət həyatında bərabərlik prinsiplərini təmin etdi. Bu isə Azərbaycan Xalq Cümhuriyyətinin nə qədər müasir və humanist dövlət modeli olduğunu göstərirdi. Lakin mürəkkəb beynəlxalq şərait və bolşevik Rusiyasının işğalçı siyasəti nəticəsində Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti uzun sürmədi. 1920-ci ilin aprelində bolşevik ordusunun Azərbaycana müdaxiləsi nəticəsində Cümhuriyyət süqut etdi. Bununla belə, Azərbaycan Xalq Cümhuriyyətinin yaratdığı dövlətçilik ənənələri xalqımızın yaddaşından silinmədi. Məhz həmin siyasi və hüquqi irs sonralar Azərbaycanın yenidən müstəqillik qazanmasına möhkəm zəmin yaratdı.

1991-ci il oktyabrın 18-də qəbul edilmiş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edildi. Bu, müasir Azərbaycan dövlətinin ideoloji və hüquqi əsaslarının məhz Azərbaycan Xalq Cümhuriyyətinə söykəndiyini göstərirdi. Beləliklə, 1918-ci ildə başlanan istiqlal yolu 1991-ci ildə yenidən bərpa olundu. Müstəqilliyin ilk illərində Azərbaycan ciddi təhlükələrlə üzləşmişdi. Ermənistanın hərbi təcavüzü, daxili siyasi qarşıdurmalar, iqtisadi böhran ölkədə vəziyyəti son dərəcə ağırlaşdırmışdı. Belə bir mürəkkəb şəraitdə xalqın tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyini xilas etdi. Onun uzaqgörən və qətiyyətli siyasəti nəticəsində ölkədə sabitlik təmin olundu, dövlət idarəçiliyi möhkəmləndirildi və müstəqilliyin qorunması üçün möhkəm əsas yaradıldı.

Ş.Seyidzadə nəzərə çatdırıb ki, bu gün Prezident İlham Əliyev tərəfindən Ulu Öndər Heydər Əliyevin siyasi kursu uğurla davam etdirilir. Azərbaycan Respublikası güclü, nüfuzlu və qalib dövlət kimi beynəlxalq aləmdə mühüm mövqeyə sahibdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi və iqtisadi islahatlar ölkənin hərtərəfli inkişafını təmin edib. Dövlətçilik ənənələrinə sadiqlik, milli maraqların qorunması və müstəqilliyin möhkəmləndirilməsi dövlət siyasətinin əsas prioritetləri olaraq qalır. Xüsusilə 2020-ci ildə Vətən müharibəsində qazanılan tarixi Qələbə Azərbaycanın dövlətçilik tarixində yeni mərhələ açdı. Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandan kimi qətiyyətli rəhbərliyi nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Bu gün Azərbaycan Bayrağı işğaldan azad edilmiş bütün torpaqlarımızda qürurla dalğalanır. Bu gün Azərbaycan xalqı Cümhuriyyət qurucularının əziz xatirəsini böyük ehtiramla yad edir və onların başladığı müqəddəs yolu uğurla davam etdirir.

“28 May – Müstəqillik Günü Azərbaycanın dövlətçilik tarixinin ən şərəfli səhifəsidir. Bu tarix xalqımızın azad yaşamaq əzminin, milli iradəsinin və dövlətçilik ənənələrinin təntənəsidir”, - deyə deputat vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İmişlidə Araz çayında batan şəxsin axtarışına dalğıclar cəlb edilib - YENİLƏNİB

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan olunub

Suriya ilə Rusiya hərbi bazaların gələcəyi ilə bağlı memorandum imzalayıb

Kamandan oxatma üzrə ölkə çempionatı və kubokunun qalibləri mükafatlandırılıb

Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kubokuna yekun vurulub

Bakı şəhərinin Xətai rayonunda yanğın baş verib

Beynəlxalq Yerli Xalqlar Günündə müstəmləkəçiliyin davam edən izləri

İstirahət zonalarında polisin fasiləsiz xidməti təşkil edilib

Tovuzda fərdi yaşayış evində yanğın olub, xəsarət alan var

Cənubi Qafqazda köhnə münaqişə reallığı tarixə qovuşur, yeni siyasi-iqtisadi düzən formalaşır - ŞƏRH

Qazaxıstanda sərnişin avtobusu yanıb

Almaniya XİN: Cənubi Qafqazda sülh və sabitlik ortaq maraqlarımıza uyğundur

Tanınmış şair və tərcüməçi Çingiz Əlioğlu vəfat edib

Rektor: Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton görüşü regionda sülhün və təhlükəsizliyin təməlini qoydu

Azərbaycan-Ermənistan münasibətləri artıq siyasi bəyanatlardan praktik əməkdaşlıq mərhələsinə keçir ŞƏRH

Yəmənin Mokha limanına raket və dron hücumu təşkil edilib

Almaniyada infrastrukturun dronlardan qorunması üçün yeni tədqiqat mərkəzi yaradılır

Sumqayıtda yaşayış binasında yanğın söndürülüb, 6 sakin təxliyə edilib

Avqustun 10-da hava necə olacaq? - RƏSMİ PROQNOZ

Xocalı və Xocavəndin bir sıra kənd və qəsəbələrinin elektrik şəbəkəsi yenidən qurulur

Sinqapur Respublikasının Prezidenti Zati-aliləri cənab Tarman Şanmuqaratnama

Xarkova hava zərbələri endirilib, ölənlər və xəsarət alanlar var

Şəhid Elcan Məmmədovun atası: O, mənim yarımçıq qalmış missiyamı ən ali səviyyədə tamamladı

“Yay Fest 2026”nın “Müasir şəhərlər və texnologiya” düşərgəsi başa çatıb

Vaşinqtonda keçirilən tarixi görüşlər Cənubi Qafqazın siyasi tarixində yeni mərhələnin başlanğıcını qoydu ŞƏRH

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Finlandiya Ukraynaya “Patriot” raketləri verməkdən imtina edib

Bu gün Beynəlxalq Yerli Xalqlar Günüdür

“Atletiko” dünya çempionunu 20 milyon avroya satıb

Qaziantepdə 4,5 bal gücündə zəlzələ olub

“Qalatasaray” rusiyalı futbolçunun transferi üçün “Lokomotiv”lə anlaşıb

Neymar yenidən Messi ilə komanda yoldaşı ola bilər

Türkiyə köhnəlmiş ABŞ silahlarını Ukraynaya verə bilər

Nigerdə sərnişin avtobuslarının toqquşması nəticəsində 22 nəfər ölüb

Belqorod vilayətinə dron hücumu olub, 13 nəfər yaralanıb

Siciliya sahillərində Roma imperiyasına aid batmış gəmi tapılıb

FIFA İnfantino ilə bağlı iddialara cavab verib

İraqda qonşu ölkəyə hücum planlaşdıran qrup üzvləri həbs edilib

Ekspert: Vaşinqton görüşü Cənubi Qafqazda münasibətlərin normallaşması yolunda tarixi dönüş nöqtəsidir

Marko Rubio: ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir

Zelenski: Ukrayna ordusu Donbasdan geri çəkilməyəcək

Leypsiq-Halle aeroportunda dron hadisəsindən sonra təhlükəsizlik tədbirləri gücləndirilib

Hakan Fidan: Türkiyə Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə edilməsi səylərini dəstəkləyir

Bakıdan Limaya uzanan yeni körpü: Azərbaycanın Perudakı strateji sərmayəsi

MDU ilə Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına başlayır

Paytaxtın Yasamal rayonunda keçirilən ödənişsiz skrinninq aksiyasında 400-ə yaxın qadın müayinə olunub

Xocavənddə buldozerin minaya düşməsi ilə bağlı araşdırma aparılır

Prezident İlham Əliyev Vaşinqton Zirvə Görüşünün ildönümü münasibətilə ABŞ Prezidentinə məktub ünvanlayıb

Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Donald Trampa

Vaşinqton Bəyannaməsi – qlobal xaos fonunda işləyən sülh modeli ŞƏRH

Türk ekspert: Vaşinqton görüşü Prezident İlham Əliyevin diplomatiyasının növbəti uğurudur

Bu saata olan əsas xəbərlər

Nika Çitadze: Azərbaycan ilə Ermənistan arasında əldə olunan razılaşma sülh prosesinin yekunlaşması üçün zəmin yaradıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Milli Kitabxanada yazıçı Əlisa Nicatın 90 illik yubileyinə həsr edilmiş kitab sərgisi təqdim olunub

Vaşinqton görüşü regionun gələcəyini müəyyən edən siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir ŞƏRH

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Stiv Uitkoff: Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır

Azərbaycanın strateji baxışı Cənubi Qafqazın yeni inkişaf mərhələsini formalaşdırır ŞƏRH

Göz sağlamlığını qorumaq üçün hər fəslə uyğun qidalanmaya və sağlam həyat tərzinə diqqət yetirmək lazımdır

Luvr İslam incəsənətinə həsr olunmuş müvəqqəti sərgi ilə diqqət mərkəzindədir

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Vaşinqton razılaşmalarından bir il sonra: Cənubi Qafqazda sülh gündəliyi ŞƏRH

Qazaxda 11,7 min hektar taxıl sahəsindən 39 min tondan çox məhsul götürülüb

Aİ “Meta” və “TikTok”u dezinformasiyaya qarşı daha qətiyyətli tədbirlər görməyə çağırıb

Azərbaycan–ABŞ əməkdaşlığının yeni mərhələsi - Strateji Tərəfdaşlıq Xartiyası

Alparslan Bayraktar: Türkiyə Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsinə hazırdır

Cevdet Yılmaz: Türkiyənin təhlükəsizliyi onun sərhədlərindən başlamır

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Sıfır Tullantı Vəqfi Türkiyənin plastik tullantı problemini yerində araşdıracaq

Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla

“Vilyarreal” klubunun nümayəndələri “Sabahın Ulduzları”nda

Vaşinqton görüşü Azərbaycanın regional məsələlərin həllində fəal rol oynadığını təsdiqləyib ŞƏRH

Sabah havanın temperaturu 40 dərəcəyədək yüksələcək

Rusiya və Pakistan ilk yük dəmir yolu marşrutunun istifadəyə verilməsinə hazırlaşır

Azərbaycanın xarici ölkələrdəki hərbi attaşelərinin və nümayəndələrinin illik iclası keçirilib

Azərbaycanın sülh siyasəti Cənubi Qafqazda yeni reallıq formalaşdırır ŞƏRH

Gürcü iqtisadçı: Qlobal böhranlar fonunda Cənubi Qafqaz özünü regional əməkdaşlıq üçün əlverişli məkan kimi təqdim edir

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Rusiya regionlarına PUA hücumları nəticəsində yeddi nəfər xəsarət alıb

Vaşinqton razılaşmaları: Sülh və strateji tərəfdaşlıq oyun qaydalarını dəyişir – TƏHLİL

Valeri Çeçelaşvili: Vaşinqton Sammiti Cənubi Qafqazda sülh üçün möhkəm təməl yaratdı

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Deputat: Vaşinqton razılaşmaları Cənubi Qafqazın dinc gələcəyi üçün mühüm platforma rolunu oynayır

Ağdaşda baş vermiş hadisə ilə bağlı polis araşdırma aparır

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

Naxçıvanda avqust ayının pensiyaları ödənilib

Prezident İlham Əliyevin sülh təşəbbüslərinin nəticəsi: Azərbaycan və Ermənistan bir-birini potensial tərəfdaş kimi qəbul edir

DİN: Dünən əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması təmin olunub

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Yeni geosiyasi mərhələ: Vaşinqton razılaşmaları və regional əməkdaşlıq - RƏYLƏR

Qobustanda avtomobil dirəyə çırpıldı: sürücü həyatını itirdi

Amerikalı ekspert: Azərbaycan regionda getdikcə daha böyük rol oynayır

Qlen Hovard: Son bir ildə ABŞ-Azərbaycan münasibətlərinin inkişaf trayektoriyası diqqətəlayiq olub

Göz sağlamlığının qorunmasında Azərbaycan modeli: müasir texnologiyalar və Səyyar Klinika

Cənubi Qafqazda tarixi ədaləti və sülhü bərqərar edən Vaşinqton zirvəsi

Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur

Böyük Britaniyada enerji borcları rekord həddə çatıb

Dünyada 2,2 milyard insanın görmə problemi var