Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bu, seçkidir, saxtakarlıq deyil!

Bakı, 30 oktyabr (AZƏRTAC). Həmvətənimiz, hüquq elmləri doktoru, Ukrayna Milli Aviasiya Universitetinin professoru, Ukraynanın Əməkdar Təhsil İşçisi Arif QULİYEVİN “Bu, seçkidir, saxtakarlıq deyil!” sərlövhəli məqaləsi AZƏRTAC-a daxil olmuşdur. Həmin məqaləni təqdim edirik.

Builki seçkilərin nəticələri bir daha göstərdi ki, azərbaycanlılar İlham Əliyevin ötən iki prezidentlik müddəti ərzində onun işindən razıdırlar. Bu gün Azərbaycan elə məkandır ki, orada yaşamaq və işləmək insanlara xoşdur. Ona görə də bu dəfə hər bir şüurlu Azərbaycan seçicisi İlham Əliyevə səs verməklə ilk növbədə sabitliyə, təhlükəsizliyə və firavan gələcəyə səs vermişdir. Prezident İlham Əliyev bu etimadı Azərbaycan naminə, öz xalqı naminə yorulmaz əməyi sayəsində, ölkənin perspektivdəki prioritetləri barədə təsəvvürü, qətiyyəti, güclü siyasi iradəsi sayəsində qazanmışdır.

Şübhəsiz, hər hansı oxşar proseslərdə olduğu kimi, İlham Əliyevin qələbəsinə də sevinənlərlə bərabər, bundan kədərlənənlər də var. Prezident İlham Əliyev dünyada çox populyar, beynəlxalq dairələrdə yüksək imic sahibi olan uğurlu və praqmatik siyasətçidir. İlham Əliyevin dövlət idarəçiliyində nümayiş etdirdiyi səviyyə Azərbaycanın səmərəli inkişafı və dünya ölkələri arasında öz mövqeyini möhkəmlətməsi üçün əlverişli şərait yaradır. Mübaliğəsiz demək olar ki, bu gün Azərbaycan dünya miqyaslı dövlətə çevrilir. Bu da İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın mükəmməl xarici siyasət strategiyasının nəticəsidir.

İlham Əliyevin qələbəsi xalqı sevindirir, seçkilərin nəticələrindən narazı olan rəqiblər isə qalibi ən müxtəlif maxinasiya və saxtakarlıqlarda, KİV-lərdən imtiyazlı şəkildə istifadə etməkdə və başqa əməllərdə ittiham edirlər. Lakin aşkardır ki, əsas məsələ guya İlham Əliyevin üzdəniraq “inzibati resurs”dan istifadə etməsi ilə deyil, onun opponentlərinin elektoral bazasının açıq-aydın məhdudluğu ilə bağlıdır.

Seçkilərin guya saxtalaşdırılması barədə hər küncdə-bucaqda qara-qışqırıq salan müxalifət heç özünün hipotetik planını və ya hər hansı diqqətəlayiq konsepsiyasını da təqdim etməmişdir. Müxalifət seçkilərdə qalib gələcəyi təqdirdə seçkilərdən sonra nə ilə məşğul olacağını aydın təsəvvür etmirdi. Seçkilərin gedişini müxalifətin zərərinə müəyyən edən də bu oldu, çünki məlum olduğu kimi, heç nə təklif etməyən kəs uduzur.

Əslində seçkilərin saxtalaşdırılması barədə danışmaq üçün müxalifətin heç bir əsası yoxdur. Ona görə ki, səsvermə günündə MSK-ya heç bir şikayət daxil olmamışdır. Onlar isə utanıb qızarmadan, özlərinin beş faiz səs toplayaraq uduzmasını qalib gəlmiş namizədin topladığı səksən beş faiz səslə müqayisə edirlər.

Üstəlik, Azərbaycanda seçkilərin guya bu ölkənin ATƏT üzvü kimi öhdəliklərinə tam müvafiq olmadığını hesab edən ABŞ Dövlət Departamentinin mövqeyi də ədalətsizdir. Bu fikir gerçəkliyi əks etdirmir. Bu yalnız ona dəlalət edir ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) və ABŞ demokratiya və insan hüquqları məsələlərini inhisarlaşdırmışlar və onlardan özlərinin lazım bildiyi kimi (məsələn Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair ATƏT-in Minsk Qrupunun həmsədri kimi) istifadə edirlər, özü də təkcə Azərbaycana münasibətdə yox...

Azərbaycanda Prezident seçkiləri dünyanın başqa qabaqcıl ölkələrindəki seçkilərdən heç də aşağı səviyyədə keçməmiş, aşkarlıq və demokratiya məsələlərində isə hətta onlardan üstün olmuşdur. Buna görə də aydındır ki, ABŞ-ın və DTİHB-in rəyləri tamamilə subyektivdir və anlaşılmazlığa səbəb olur. Üstəlik, ABŞ-ın adi vətəndaşları, konqresmenlər, senatorlar və digər seçkili orqanların nümayəndələri tərəfindən bu seçkilərə verilən qiymət Dövlət Departamentinin qərəzli rəyi ilə əsla üst-üstə düşmür. Azərbaycan xalqının bu seçkilərdə öz iradəsini nümayiş etdirməsini müxtəlif beynəlxalq müşahidə missiyaları, ekspertlər, Avropa və Amerika strukturlarının keçirdiyi exit-pollar da təsdiq etmişdir. DTİHB-in və ABŞ-ın mövqeyi isə həm bu və ya digər namizədə səs vermiş vətəndaşların öz iradələrini ifadə etmələrinə hörmətsizlik, həm də demokratiya prinsiplərinin tamamilə pozulması deməkdir.

DTİHB-in müşahidə missiyasının tərkibinə daxil olan nümayəndələrin əksəriyyəti seçki prosesinin müşahidə edilməsi sahəsində kifayət qədər təcrübəsi olmayan adamlar idi. Digər tərəfdən, seçkiləri dünyanın 100 ölkəsindən, 50 beynəlxalq və qeyri-hökumət təşkilatından 1300 beynəlxalq müşahidəçi - DTİHB-dən fərqli olaraq bu sahənin ekspertləri olan adamlar izləyirdi. Onların arasında MDB Parlament Assambleyasının, GÜAM-ın, İslam Əməkdaşlıq Təşkilatının, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının nümayəndələri vardı. Məhz həmin təşkilatların nümayəndələri Azərbaycanda Prezident seçkilərinin yüksək demokratiya və şəffaflıq şəraitində keçdiyini qeyd etmişlər. Məsələn, Avropa Parlamenti və AŞPA bu seçkilərdə səsvermənin ədalətli və Azərbaycan qanunvericiliyinə uyğun olduğunu etiraf etmişlər.

Bütün bunlara əsasən belə qənaətə gəlmək olar ki, müşahidə missiyasının tərkibinə seçki prosesi barədə məlumatı olmayan insanların daxil edilməsi qərəzli şəkildə olmuşdur. Şübhəsiz, buna səbəb müəyyən dairələrin çoxdan hazırlanmış rəyini ictimaiyyətə zorla qəbul etdirmək niyyəti olmuşdur.

Bir fakt aşkardır ki, seçkilərdə İlham Əliyevə verilmiş səslər onun ölkənin dinamik inkişafına yönəlmiş fəaliyyət kursunun seçicilər tərəfindən dəstəklənməsi, milli maraqların etibarlı şəkildə müdafiə ediləcəyinə əminlik deməkdir. Bu gün Azərbaycanda elə bir sahə yoxdur ki, son illərdə orada artım müşahidə edilməsin. Ölkədə iqtisadi inkişaf və ictimai-siyasi vəziyyətin yaxşılaşması ilə bərabər, xarici siyasətdə də mühüm uğurlar qazanıldığını qeyd etmək olar, bu uğurlar Azərbaycanın nüfuzunu və dünya arenasında onun imicini yüksəldir.

Skeptiklər hələ İlham Əliyevin birinci prezidentliyindən əvvəl belə bir fikir söyləyirdilər ki, yeni seçilmiş prezident ölkəni atası kimi uğurla idarə edə bilməyəcək, lakin İlham Əliyev ölkəyə rəhbərliyinin elə ilk iki ili ərzində bunun əksini sübut etdi. O, həm ümummilli lider Heydər Əliyevin siyasətini uğurla davam etdirdi, həm də özünün müstəqil surətdə, müdrik və düzgün qərarlar qəbul etməyi bacaran real siyasətçi olduğunu təsdiq etdi.

Əlbəttə, Azərbaycan Prezidenti İlham Əliyevin 10 illik prezidentliyi dövründə gördüyü işlərin böyük həcmini rəqəmlər və faktlar əsasında nümayiş etdirmək olardı, lakin bu da skeptikləri və qərəzli bədxahları qane etməzdi. Belə olan halda onlara yalnız bir məsləhət vermək olar - ətraflarına nəzər salsınlar. Əlbəttə, əgər desəm ki, İlham Əliyev Azərbaycanı keyfiyyətcə daha yüksək inkişaf səviyyəsinə çatdırmışdır, orijinallıq etmiş olmaram, lakin bu həqiqətən belədir. Fikir verin, bu gün ölkədə tikinti, turizm kimi sahələr yüksək sürətlə inkişaf edir, əhalinin rifahı daha da yaxşılaşır, Azərbaycanın həm Avropada, həm də bütün dünyada tanınması üçün iri layihələr həyata keçirilir. Hələ ölkəmizdə nə qədər beynəlxalq tədbirlər keçirilir! Məsələn, “Eurovision” mahnı müsabiqəsində Azərbaycanın qələbəsi, 2015-ci ildə Birinci Avropa Oyunlarının ölkəmizdə keçirilməsi şəksiz nailiyyətlərdir. Demək olar ki, hər ay Bakıda beynəlxalq forumlar - iqtisadi, mədəni forumlar, sivilizasiyaların dialoquna dair tədbirlər keçirilir, regional əhəmiyyətli siyasi məsələlər müzakirə edilir.

Bu gün Azərbaycan dünya xəritəsində sadə bir nöqtə yox, haqlı olaraq fəxr etməyə dəyəsi firavan ölkədir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Məhəmməd Süleyman Əl-Casir: İİB Qrupu üzv ölkələrdə investisiya və ticarətin inkişafını dəstəkləyir

Sərhəd nəzarəti fəaliyyətində insan hüquq və azadlıqlarının təmin edilməsinin əhəmiyyətindən danışılıb

Azərbaycan Universitetində “Dünya ədəbiyyatı tarixi” adlı silsilə elmi seminarlar başa çatıb

FHN-in Bakı Regional Mərkəzi təlim keçirib

Yaponiya dronlarla bağlı qaydaları sərtləşdirir

UNITAR rəsmisi: Potensialın inkişafı üçün sistemli və çoxsəviyyəli yanaşma vacibdir

Şahin Mahmudzadə: Maliyyə institutları texniki və peşəkar potensiala investisiya etməlidir

Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası ilə Azərbaycan arasında 295 milyon dollarlıq sazişlər imzalanıb

Füzuli, Ağdam və Cəbrayıl rayonlarının Mərkəzi xəstəxanalarının tikintisi davam etdirilir

Bu ilin beş ayında müavinət alanların sayı açıqlanıb

Yalçın Rəfiyev: Azərbaycanda insan hüquqlarının qorunması dövlət idarəçiliyinin əsas prioritetlərindəndir

® Aynur Mirzəyeva “Ziraat Bank” Azərbaycan ASC-nin Departament direktoru təyin olunub

Osama Fqeeha: Son onilliklərdə quraqlıqların tezliyi və intensivliyi artıb

G7 liderləri ABŞ-İran razılaşmasını alqışlayıb və Ukraynaya hərbi yardımın artırılmasını dəstəkləyiblər

Fransa uzaqmənzilli raket sistemi üçün yerli şirkətlərə üstünlük verir

Baş icraçı direktor: Biz Azərbaycanda İslam maliyyəsinin inkişafının şahidiyik

® “Bank of Baku”dan krediti 100 faiz tam onlayn əldə edin

Baş direktor: Son 3 ildə bank sektorunda tənzimləyici çərçivəni əhəmiyyətli dərəcədə modernləşdirmişik

Füzulidə 3 tondan artıq çətənə bitkisi məhv edilib

Bu ilin beş ayında sığortaedənlərin sayı açıqlanıb

Müəllimlərin sertifikatlaşdırılması prosesinə başlanılıb

Səməd Vurğunun 120 illiyinə virtual töhfə: “Sözün qüdrəti”

Sami Əl-Suvaylem: Hazırda qlobal İslam maliyyə sənayesinin dəyəri təxminən 4 trilyon dollardır

Ölkə üzrə elektron xəstəlik vərəqəsi sisteminin tətbiqi başa çatdırılıb

Səhiyyə Nazirliyi Tibb İşçilərinin Peşə Bayramı Gününü qeyd edib

BMU tələbələri “RobotChallenge Azerbaijan 2026” yarışında uğur qazanıblar

Səhiyyənin müxtəlif istiqamətləri üzrə statistik və real vaxt rejimində formalaşan məlumatların təhlili aparılır

İİB rəsmisi: Quraqlığa qarşı mübarizə üçün beynəlxalq əməkdaşlıq gücləndirilməlidir

DİN: Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb

Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı ödənişlərin tətbiq edilməsinə sentyabrın 1-dən başlanılacaq

AMB: İqtisadi sabitliyin əsas təminatçısı etimadın artırılmasıdır

Daşkənd Forumunda Azərbaycanın yaşıl enerji və investisiya potensialı təqdim olunub

Tacikistanda 18 mindən çox şəxsə amnistiya tətbiq olunacaq

Baş direktor: Maliyyə institutları texniki və peşəkar potensiala investisiya etməlidir

Azərbaycan paraatleti Tunis Qran-Prisində gümüş medal qazanıb

“Sabah”ın Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi müəyyənləşir

İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində 4,7 milyard dollar dəyərində müqavilələr imzalanacaq

Qlobal enerji böhranı və Azərbaycanın etibarlı resurs potensialı - ŞƏRH

Baş nazir Əli Əsədov Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub

Şahbuzda hərbi sursat aşkarlanıb VİDEO

Şahbuzda hərbi sursat aşkarlanıb VİDEO

Ağdərədə avtomobil aşıb, xəsarət alanlar var

Azərbaycan yeni regional nizamın formalaşdırılmasında aparıcı siyasi aktor kimi çıxış edir ŞƏRH

Nabran yolu nə vaxt açılacaq?

“Politico”: Ursula Fon der Lyayen üçüncü müddətə namizəd olmayacaq

Baş direktor: İİB ölkələrinin qarşısında duran əsas problemlərdən biri orta gəlir məsələsidir

Dünya çempionatı: Avstriya millisi İordaniyanı məğlub edib

Naxçıvanda vergi ödəyicilərinin sayı 7,2 faiz artıb

BMT üzv dövlətləri minaları qadağan edən müqaviləyə əməl etməyə çağırıb

“Araz-Naxçıvan” daha bir futbolçusu ilə müqaviləni yeniləyib

Prezident İlham Əliyev ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvünü qəbul edib VİDEO

Azərbaycan regional lider kimi böyük məsuliyyət daşıyan strateji kurs seçib - ŞƏRH

MSK-nın nümayəndə heyəti Gürcüstanda beynəlxalq tədbirdə iştirak edəcək

AMB sədri: İslam maliyyəsi spekulyasiya və borc köpüklərindən uzaq durmaqla dayanıqlı inkişafı təşviq edir

Tovuzda çayda batan 22 yaşlı gəncin meyiti tapılıb

MN: Pirəkəşküldə istismar müddəti başa çatmış döyüş sursatları məhv ediləcək

Taleh Kazımov: Azərbaycanda sukuk alətlərinin tətbiqi üçün İslam İnkişafı Bankı ilə birgə layihə həyata keçiririk

Azərbaycan nefti 82 dollara satılır

Mərkəzi Bank: İslam maliyyəsi risk platforması əsasında çox gözəl alətlər təqdim edir

Cəbrayıl rayonunun Şükürbəyli kəndinə növbəti köç karvanları yola salınıb

Baş nazir Əli Əsədova “Bright Uzbekistan” layihəsi təqdim olunub

Bu gün Azərbaycanda tibb işçilərinin peşə bayramıdır

Bu gün Ümumdünya Səhralaşma və Quraqlıqla Mübarizə Günüdür

Dənizin ortasında şəhər: Dünyanın ən böyük neft platformaları

Paytaxtda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur

Çin xarici ticarət təzyiqinə boyun əyməyəcəyini bəyan edib

Dünya çempionatı: Messinin het-triki Argentinaya Əlcəzair üzərində qələbə qazandırıb

İsveçdə uşaqlar üçün məcburi dil hazırlığı planlaşdırılır

G7 liderləri Rusiyaya qarşı sanksiyaların gücləndirilməsi barədə razılığa gəliblər

Zelenskinin ABŞ Prezidenti ilə görüşəcəyi gözlənilir

Dünya çempionatı: Norveç qələbə qazanıb

Avropa Parlamenti aviareyslərdə pulsuz əl yükü ilə bağlı yeni qaydaları dəstəkləyib

Mbappe Fransa millisinin tarixində ən çox qol vuran futbolçu olub

Ordubadda 538 abonentin təbii qaz təchizatı dayandırılıb

Vens: ABŞ-İran razılaşması İsrail, Livan və Körfəz ölkələrini də əhatə edəcək

Fransa dünya çempionatında Seneqalı məğlub edib

Mbappe dünya çempionatlarında vurduğu qolların sayına görə Peleni geridə qoyub

Pekin Böyük Britaniyadan Çin şirkətlərinə qarşı sanksiyaların ləğvini tələb edib

CNN: ABŞ Hörmüz boğazı üzərində nəzarəti faktiki olaraq İrana verib

İran İsraili Livanda atəşkəsi pozmağı dayandırmayacağı təqdirdə sərt cavab verəcəyi ilə hədələyib

Almaniya dronlardan müdafiəyə 16 milyard avro sərmayə yatıracaq

FTB Ağ Ev yaxınlığında planlaşdırılan terror hücumlarının qarşısını alıb

Kənd təsərrüfatında 2030-cu ilə qədər yeni inkişaf mərhələsi formalaşacaq –  EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Kənd təsərrüfatında 2030-cu ilə qədər yeni inkişaf mərhələsi formalaşacaq – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Məcnun Məmmədov: Yeni Dövlət Proqramı kənd təsərrüfatında ekstensiv modeldən intensiv modelə keçidi ehtiva edir VİDEO

Məcnun Məmmədov: Yeni Dövlət Proqramı kənd təsərrüfatında ekstensiv modeldən intensiv modelə keçidi ehtiva edir VİDEO

NATO hava hücumundan müdafiə sistemini İtaliyadan Türkiyəyə köçürəcək

Putin Kazanda Türkiyənin xarici işlər naziri ilə görüşəcək

Nazir: Aqrar sahəyə yatırılacaq investisiyanın 3,7 milyard manatı özəl sektorun, 2,2 milyard manatı isə dövlətin payına düşür VİDEO

Nazir: Aqrar sahəyə yatırılacaq investisiyanın 3,7 milyard manatı özəl sektorun, 2,2 milyard manatı isə dövlətin payına düşür VİDEO

Məcnun Məmmədov: Azərbaycan sabitliyi, coğrafi mövqeyi və təşviq mexanizmləri ilə xarici investorlar üçün münbit şərait yaradıb VİDEO

Məcnun Məmmədov: Azərbaycan sabitliyi, coğrafi mövqeyi və təşviq mexanizmləri ilə xarici investorlar üçün münbit şərait yaradıb VİDEO

Bakıda 8-ci Dayanıqlı İnkişaf Məqsədləri Dialoqu təşkil olunub

Parisdə Azərbaycan-UNESCO tərəfdaşlığının prioritetləri müəyyənləşdirilib

Qurban Qurbanov: “Vestri” ilə oyunlara qədər optimal formaya düşməliyik

Yapon xoreoqrafı: Buto qaranlıq rəqsidir

Məcnun Məmmədov: İşğaldan azad olunmuş ərazilərdə minimal əkin sahəsi hədəfi 5 hektardır VİDEO

Məcnun Məmmədov: İşğaldan azad olunmuş ərazilərdə minimal əkin sahəsi hədəfi 5 hektardır VİDEO

Məcnun Məmmədov: Yeni Dövlət Proqramı çərçivəsində subsidiyaların daha çox məhsuldarlığa yönəldilməsi nəzərdə tutulur -  EKSKLÜZİV VİDEO

Məcnun Məmmədov: Yeni Dövlət Proqramı çərçivəsində subsidiyaların daha çox məhsuldarlığa yönəldilməsi nəzərdə tutulur - EKSKLÜZİV VİDEO

Kənd təsərrüfatı naziri: Aqrar sahədə yeni subsidiya alətləri, süni intellekt və rəqəmsallaşma tətbiq ediləcək - EKSKLÜZİV VİDEO

Kənd təsərrüfatı naziri: Aqrar sahədə yeni subsidiya alətləri, süni intellekt və rəqəmsallaşma tətbiq ediləcək - EKSKLÜZİV VİDEO

Azərbaycan və Əlcəzair iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanlarını dəyərləndirib

Konfrans Liqası: “Zirə” Gürcüstan klubuna rəqib olub

“Qarabağ” növbəti transferini gerçəkləşdirib

Bu saata olan əsas xəbərlər

Azərbaycanda ilk dəfə olaraq istixana üzrə ixtisaslaşmış aqroparkın yaradılması nəzərdə tutulur

Azərbaycanda ilk dəfə heyvandarlıqda məhsul subsidiyası tətbiq ediləcək