INCEIF: İslam maliyyəsi nəticəyönümlü və dayanıqlı maliyyə modelinə doğru inkişaf edir
Bakı, 17 iyun, AZƏRTAC
İslam maliyyəsi artıq ənənəvi yanaşmadan çıxaraq nəticəyönümlü və dayanıqlı maliyyə modelinə doğru inkişaf edir.
AZƏRTAC xəbər verir ki, bu sözləri INCEIF Universitetinin prezidenti və icraçı direktoru Mohd Azmi Omar İslam İnkişaf Bankı (İİB) Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində keçirilən “İslam Maliyyəsi üzrə 20-ci IsDB Qlobal Forumu”nda çıxışı zamanı deyib.
O bildirib ki, rəqəmsallaşma və yeni maliyyə alətləri, o cümlədən “rəqəmsal cüzdanlar” və innovativ investisiya mexanizmləri İslam maliyyəsinin inkişafında mühüm rol oynayır.
“Artıq bir sıra ölkələrdə, xüsusilə Malayziyada nəticəyönümlü investisiya modelləri tətbiq olunur. Bu modeldə investisiyanın bir hissəsi gəlir kimi geri qaytarılır, digər hissəsi isə konkret sosial və ya iqtisadi məqsədlərin maliyyələşdirilməsinə yönəldilir. Bu yanaşma xüsusilə iqlim dəyişməsinə adaptasiya, sosial rifah və iqtisadi inkişaf layihələrinə dəstək baxımından effektiv nəticələr verir. Bu gün nəticəyönümlü maliyyə artıq nəzəri yanaşma deyil, praktik tətbiq olunan bir modeldir”, – deyə o vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [16:48]
Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır
- 07.10.2026 [16:43]