Cari ildə Nəsimi rayonunda 4 küçədə təmir işləri aparılıb
Bakı, 3 noyabr, AZƏRTAC
Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2022-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Bakı şəhərinin Nəsimi rayonunda ümumi uzunluğu 3 kilometr olan 4 küçədə təmir işləri icra olunub.
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, bu çərçivədə Cəlil Məmmədquluzadə küçəsinin 1530 metrlik hissəsi, Nəsib bəy Yusifbəyli küçəsinin 350 metrlik hissəsi, uzunluğu 780 metr olan Mirəsədulla Mirqasımov və 360 metr uzunluğa malik Mustafa bəy Topçubaşov küçələri əsaslı təmir edilib.
Sözügedən ərazilərdə yeni və müasir yol infrastrukturu yaradılaraq vətəndaşların istifadəsinə verilib.
Xatırladaq ki, 2021-ci ildə “İnvestisiya Proqramı”na uyğun olaraq Nəsimi rayonu ərazisində 6,4 kilometr uzunluğa malik küçələrdə təmir işləri icra olunub.