CARİ İLİN SONUNADƏK AZƏRBAYCANDA 10 MEHMANXANA SERTİFİKAT ALACAQ
Gənclər, İdman və Turizm Nazirliyi mehmanxana təsərrüfatının və turizm-ekskursiya xidmətlərinin sertifikatlaşdırılmasına cari ilin payızından başlamışdır. Bu tədbirlər Azərbaycan Prezidentinin Fərmanına və turizmin inkişafına dair Dövlət proqramının müddəalarına uyğun olaraq həyata keçirilir. Kütləvi informasiya vasitələrinin köməyi ilə müvafiq izahat işi aparılmış, Dünya Turizm Təşkilatının mehmanxana obyektlərinə olan tələblərindən ibarət bukletlər nəşr edilmişdir. Hazırda Azərbaycanda 240 mehmanxana və bu tipli obyekt mövcuddur ki, onların da 37-si Bakıdadır. Sertifikatlaşdırma prosesi 2005-ci ilin sonunadək başa çatdırılacaqdır. Həmin müddətədək hansısa mehmanxana sertifikat almasa, nazirlik ona qarşı sanksiyalar tətbiq edəcəkdir. Bu isə həmin mehmanxananın nüfuzuna xeyli təsir göstərə bilər.
Nazir bildirmişdir ki, bu və ya digər obyektin “ulduzları” müəyyən edildikdən sonra qiymət tarifi də dəqiqləşdiriləcəkdir. Sertifikat almaq üçün ekspert şurasına sənədlərini ilk olaraq “Avropa” mehmanxanası təqdim etmişdir.
Turizm şirkətlərinin, mehmanxanaların, müxtəlif nazirlik nümayəndələrinin iştirak etdikləri konfransda respublika mehmanxana təsərrüfatı assosiasiyasının yaradılması, xidmət heyətinin ixtisasının artırılması, ekskursiyaçıların təhsil səviyyəsinin yüksəldilməsi üçün tədbirlər görülməsinə dair təkliflər də səslənmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu gün Cəbrayıl Şəhəri Günüdür
- [09:00]
İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil
- 03.10.2026 [23:56]
İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir
- 03.10.2026 [23:11]
Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib
- 03.10.2026 [22:03]
Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb
- 03.10.2026 [21:57]
“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur
- 03.10.2026 [21:23]
Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”
- 03.10.2026 [20:44]
Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir
- 03.10.2026 [20:32]
Bu saata olan əsas xəbərlər
- 03.10.2026 [20:00]
Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb
- 03.10.2026 [19:36]
Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar
- 03.10.2026 [19:17]
Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib
- 03.10.2026 [19:09]
Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH
- 03.10.2026 [19:05]
Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır
- 03.10.2026 [18:49]
Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir
- 03.10.2026 [18:44]
Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib
- 03.10.2026 [18:31]
Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb
- 03.10.2026 [18:17]