Azərbaycan Dövlət İnformasiya Agentliyi

Cavad xan haqqında kitab nəşrə hazırlanır

Gəncə, 2 mart, Rauf Hacıyev, AZƏRTAC

Azərbaycanın böyük sərkərdəsi, dövlət xadimi, Gəncə xanlığının sonuncu hökmdarı Cavad xan təkcə Gəncənin deyil, ölkəmizin qəhrəmanlıq tarixində çox şərəfli yer tutur. Onun qəhrəmanlığı haqqında bir sıra ədəbi əsərlər yazılıb, film çəkilib, elmi-tədqiqat işləri aparılıb.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gəncə Bölməsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, hazırda Gəncənin Ziyadoğlu-Qacar nəsli və onun qəhrəman nümayəndəsi, vətən uğrunda qeyri-bərabər döyüşdə şəhid olmuş Cavad xan haqqında tarixi mənbələrə əsaslanan daha bir kitab nəşrə hazırlanır və bu istiqamətdə son elmi araşdırmalar aparılır.

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi Şurasının qərarı ilə işıq üzü görəcək kitabın tərtibatçısı, fars dilindən tərcümənin və şərhlərin müəllifi, AMEA-nın Əlyazmaları İnstitutunun elmi işçisi Hacı Rauf Şeyxzamanlı Gəncədə olub, AMEA-nın Gəncə Bölməsində keçirilən dəyirmi masada apardığı elmi araşdırmalar, Cavad xan haqqında İranda nəşr olunan kitablar və arxivlərdə saxlanan sənədlər haqqında məlumat verib.

O, qədim şəhərdə yaşayıb işləyən tarixçi alimlərlə əməkdaşlığın, o cümlədən də qəhrəmanın həmyerlilərinin rəy və təkliflərinin, foto və arxiv materiallarının yeni kitabın sanbalının artmasında əhəmiyyətini xüsusi vurğulayıb.

Hacı Rauf Şeyxzamanlı qeyd edib ki, Qacarlar tayfasının ən böyük nəsillərindən olan Ziyadoğluların Azərbaycan torpağının qorunmasında xüsusi yeri var. Canını və ailəsini yadelli işğalçılara qarşı mücadilədə qurban vermiş Gəncə xanı Cavad xan isə bu nəslin ən görkəmli nümayəndəsidir. Qəhrəman hökmdar say və silah-sursat baxımından qat-qat güclü olan işğalçı qoşunun qarşısını almaq üçün qeyri-bərabər döyüşə atılıb, şəhid olmaqla adını Azərbaycan xalqının istiqlal tarixinə qızıl hərflərlə yazdırıb. Məlum hadisələrdən sonra çar hakimiyyəti həm Cavad xanın, həm də Gəncə şəhərinin adını belə çəkməyi yasaqlayıb. Lakin Azərbaycan xalqı XX əsrin sonlarında müstəqilliyini bərpa etdi, Gəncəyə doğma adı qaytarıldı və Cavad xan haqqında əsl həqiqət hər kəsə bəyan oldu. Onun həyatı və mübarizəsi haqqında tədqiqatlar aparılıb, məqalələr dərc olunub, bir neçə əsər, o cümlədən Ənvər Çingizoğlunun “Ziyadoğlu Qacarlar”, Elgün Babazadənin “Gəncə xanlığının tarixindən” adlı elmi əsərlər nəşr edilib.

Alim bildirib ki, yeni kitab iki hissədən ibarət olacaq. Birinci hissədə son illərdə İranda işıq üzü görmüş iki kitabın və internet saytında dərc olunmuş ayrı-ayrı məqalələrin icmalı fars dilindən tərcümə edilərək yerləşdiriləcək.

“İran tədqiqatçıları Bəhmən Mirzə Qacarın nəvəsi Məhəmmədəli Bəhməni Qacarın, Cavad xanın nəvə-nəticələrindən olan Huşəng Talenin, Hüseyn Əhmədinin və Rəhim Rəisnianın qədim tarixi mənbələrə əsaslanmış araşdırmaları böyük əhəmiyyət kəsb edir. İranda işıq üzü görən kitabların əldə olunmasında bizə təbrizli Mohəmməd Amin Sultan Ol-Qurraiyə kömək edib. Nəşr üçün hazırlanan nüsxədə Cavad xanın Sisianova yazdığı məktubun mətni, Cavad xanın qəhrəmanlığını tərənnüm edən Əbdürrəhman Ağanın və Fəridə Əliyarbəylinin mənzum əsərləri, uzun illər ərzində Cavad xanın əcdadı Uğurlu xan Gəncəvinin yaradıcılığını tədqiq etmiş mərhum şərqşünas alim Firəngiz Xəlilovanın məqaləsi, ədəbiyyatşünas filologiya elmləri doktoru Paşa Kərimovun Cavad xanın qardaşı Fəthəli bəy haqqında yazdığı məqalə, Adil xan Ziyadoğlu-Qacarın (Ziyadxanovun) “Qələmin uçuşu” adlı əsəri və Adil xanın rəhbərliyi altında Azərbaycan Xalq Cümhuriyyətinin nümayəndə heyətinin 1920-ci ildə İrana rəsmi səfəri barədə ovaxtkı İran mətbuatında dərc olunmuş xəbərlər yer alacaq”, - deyə H.R.Şeyxzamanlı qeyd edib.

AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev çıxışında Cavad xanın həyatı və mübarizəsi haqqında kitabların nəşrinin təkcə Gəncənin deyil, Azərbaycanın qəhrəmanlıq tarixinin öyrənilməsində və təbliğində əhəmiyyətini vurğulayıb, xalqımızda vətənə məhəbbət hissinin, xüsusilə gənclərimizdə hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsində böyük rol oynayacağını deyib.

Akademik yeni kitabın arxiv sənədləri və foto materiallarla daha da zənginləşdirilməsi ilə yanaşı, onun AMEA-nın Gəncə Bölməsinin “Elm” nəşriyyatında işıq üzü görməsi üçün bütün maddi-texniki məsələlərin də həll ediləcəyini bildirib.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rumıniya Mərkəzi və Şərqi Avropanın iri aviasiya bazarlarından birinə çevrilir

Azərbaycan ilə Almaniya arasında biznes əməkdaşlığı genişlənir

Türkiyə Diyanət İşləri İdarəsinin sədri: Ailə ilə bağlı sosial və fiqhi məsələlər diqqətlə nəzərdən keçirilməlidir

Ekspert: Dövlət Proqramı Naxçıvanda turizm xidmətlərinin keyfiyyətini yüksəldəcək

Avropada anbarlardakı qaz ehtiyatlarının azalması yeni enerji böhranı riskini artırır

® “Mygov” platforması 2 yaşında 4 milyon istifadəçiyə çatıb

Safi Arpaquş: Əmin-amanlığımızı təhdid edə biləcək zərərli cərəyanlara qarşı ortaq strategiyalar hazırlamalıyıq

Filippinin müsəlman muxtar bölgəsində ilk parlament seçkiləri keçirilir

Almaniyalı tennisçi Aleksandr Zverev “US Open” turnirinin qalibi olub

Naxçıvanda kommersiya qurumlarının sayı 13,8 faiz artıb

Naurızbay Taqanulı: Ailə dəyərlərinin təbliği hamımızın ortaq vəzifəsidir

BDYPİ yeni tədris ilinin başlanması ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib VİDEO

BDYPİ yeni tədris ilinin başlanması ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib VİDEO

TDT-nin Baş katibi: Təşkilatımız türk xalqları arasında həmrəyliyi möhkəmləndirməyi qarşıya məqsəd qoyur

Azərbaycan-Özbəkistan birgə beynəlxalq elmi müsabiqəsinin qalibləri müəyyənləşib

Allahşükür Paşazadə: TDT-yə üzv dövlətlərin xalqları əsl qardaşlıq nümunələri nümayiş etdirirlər VİDEO

Allahşükür Paşazadə: TDT-yə üzv dövlətlərin xalqları əsl qardaşlıq nümunələri nümayiş etdirirlər VİDEO

Ekvador millisinin yeni baş məşqçisi məlum olub

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Soçi Hava Limanı uçuşları razılaşdırılmış şəkildə həyata keçirir

Azərbaycan boksçuları Çində təlim-məşq toplanışı və turnirdə iştirak edəcəklər

QMİ sədri: Bakı görüşü Azərbaycandan başlanan dəyərli ənənənin uğurlu davamıdır VİDEO

QMİ sədri: Bakı görüşü Azərbaycandan başlanan dəyərli ənənənin uğurlu davamıdır VİDEO

“Kəpəz”in futbolçusu: Məqsədimiz mövsümü yaxşı mövqedə başa vurmaqdır – MÜSAHİBƏ

“Bakı Metropoliteni” QSC: Qırmızı xətt üzrə interval bərpa olunub

Bədirxan Əhmədli: Azərbaycan-Pakistan ədəbi əlaqələri xalqların ortaq bədii düşüncəsindən qaynaqlanır

Qazaxıstanda enerji obyektlərinə nəzarət üçün dronlardan istifadə olunur

İsveçdə parlament seçkilərinin ilkin nəticələri məlum olub

Bakıda TDT-yə üzv ölkələrin müsəlman dini idarələri rəhbərlərinin VII görüşü keçirilir

FHN: Ötən həftə ərzində 412 yanğına çıxış olub, 3 nəfərin meyiti təhvil verilib VİDEO

FHN: Ötən həftə ərzində 412 yanğına çıxış olub, 3 nəfərin meyiti təhvil verilib VİDEO

Milli rəqs sənətimizin Montrö festivalında təntənəsi

TDT-yə üzv ölkələrin nümayəndələri Fəxri xiyabanı ziyarət ediblər VİDEO

TDT-yə üzv ölkələrin nümayəndələri Fəxri xiyabanı ziyarət ediblər VİDEO

Xarici diplomatların Qarabağ və Şərqi Zəngəzura səfəri Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına xidmət edir - ŞƏRH

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Tramp: MKİ direktoru Ukrayna ilə bağlı bütün danışıqlarda iştirak edir

Mask: “SpaceX” Nvidia süni intellekt superkompüterlərini 2027-ci ildə kosmosa göndərəcək

Aİ-Böyük Britaniya sammiti noyabrın sonuna təxirə salınıb

“Bloomberg”: Avstriya İranın nüvə agentliyi rəhbərinin BAEA-da çıxışına mane olub

Səudiyyə Ərəbistanı İran və Oman arasında Hörmüz boğazı ilə bağlı təklifə düzəliş edib

ABŞ İrana nüvə yanacağı tədarükünün mümkünlüyünü açıqlayıb

Fransa ABŞ-dən insan haqları ilə bağlı açıqlamaya görə üzr istəyib

Almaniyanın Aşağı Saksoniya əyalətində keçirilən bələdiyyə seçkilərində CDU birinci olub

ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri yüksək hazırlıq vəziyyətinə gətirilib

FT: Kanada Aİ-nin Ukrayna üçün 90 milyard avroluq kredit paketinə qoşula bilər

Naxçıvan şəhərində avtomobil piyadanı vurub

Tramp: FED faizləri azaltmasa, ABŞ bəzi ölkələrlə ticarəti dayandıracaq

Omanda Körfəz ölkələri XİN rəhbərlərinin görüşü təxirə salınıb

Bundesliqa: “Bavariya” səfərdə qələbə qazanıb

İsrail ordusu Suriyanın cənubuna artilleriya zərbələri endirib

“Bild”: Almaniyada su çatışmazlığı yaranıb

Azərbaycanın 3x3 basketbol millisi Avropa üçüncüsü olub

Gənc riyaziyyatçı: Qazandığım bilikləri gələcəkdə Azərbaycanda tətbiq etmək istəyirəm

Türkiyənin “ROKETSAN” şirkəti ballistik raketlərin siyahısını genişləndirməyi planlaşdırır

Gürcüstandakı azərbaycandilli məktəblərin müəllimləri üçün təlimlər təşkil olunub

Rəcəb Tayyib Ərdoğan: Türkiyənin səhiyyə sistemi dünyada nümunəvi hesab olunur

İsveçdə seçki günü 500-ə yaxın insident qeydə alınıb

Gürcüstanda 12 illik təhsil könüllü olacaq – Bu sistemin üstünlükləri və çatışmazlıqları nədir?

Erlinq Holann Mançester derbisində komandasına qələbə qazandırıb

Azərbaycanın aerobika gimnastları dünya çempionatında gümüş medal qazanıblar

"Turan Tovuz" xal itirib, "Zirə" - "Qarabağ" matçında qalib müəyyənləşməyib

Tisa çayında Buz dövrünə aid heyvanın qalıqları aşkarlanıb

Rusiya-Ukrayna müharibəsindən sonra yaranan enerji böhranı Almaniyaya 50,4 milyard avroya başa gəlib

Tramp Zelenskini Rusiyanın neft emalı zavodlarına zərbələri dayandırmağa çağırıb

Nazir: Çimərlik polosu üzrə beynəlxalq yarış ölkəmizdə çox uğurla təşkil olundu

Bu saata olan əsas xəbərlər

Körfəz ölkələrinin hədəfə alınmasına yol verilməyəcəyi açıqlanıb

Macarıstanda dizel yanacağı bahalaşıb, hökumət sürücülərə dəstək göstərmək məcburiyyətində qalıb

Elçin Camallı: Bütün yarışlarda ölkəmizi layiqincə təmsil etməyə çalışırıq

Türkdilli dövlətlərin Vəkillər kollegiyaları arasında əməkdaşlıq genişləndirilir

TDT-yə üzv ölkələrin nümayəndələri Seyid Yəhya Bakuvinin türbəsini və Tolerantlıq Evini ziyarət ediblər

Azərbaycan təmsilçisi "Sea Breeze 2026" turnirinin qalibi olub – YENİLƏNİB 2

Hakan Fidan: Türkiyə Prezidenti yaxın vaxtlarda Suriyaya səfər edəcək YENİLƏNİB

Avropa Komissiyası data-mərkəzlərin inkişafının enerji sistemi ilə uzlaşdırılmasını vacib sayır

Sabahdan Xocasən qəsəbəsinin Elçin Əzizov küçəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

Avropada qaz ehtiyatlarının azalması enerji bazarlarında riskləri artırır

Mingəçevirdə yaşayış binasında baş verən yanğın söndürülüb VİDEO

Mingəçevirdə yaşayış binasında baş verən yanğın söndürülüb VİDEO

İndoneziyaya məxsus bərə qəzaya uğrayıb, ölənlər və itkin düşənlər var

Xorvatiyada mənzil kirayəsi qaydalarının dəyişdirilməsi təklif olunur

Türkiyədə çip istehsalı müəssisələrinin yaradılması planlaşdırılır

Lənkəran-Astara zonasında qısamüddətli leysan olub – FAKTİKİ HAVA

Dosent: Azərbaycan-Pakistan elmi-ədəbi əlaqələri sistemli şəkildə inkişaf etdirilir

8 Noyabr prospektinin müəyyən hissələrində təmir işləri həyata keçirilir YENİLƏNİB

İstanbul aeroportunda yeni uçuş-enmə zolağı istifadəyə veriləcək

AMEA-da Pakistan ədəbiyyatı üzrə yeni tədqiqatlar aparılır

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

AZƏRTAC yeni podkast layihəsinə başlayır VİDEO

AZƏRTAC yeni podkast layihəsinə başlayır VİDEO

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

Berlində avtobus ağaca çırpılıb, 15 nəfər xəsarət alıb

Konqoda Ebola virusuna yoluxanların sayı 7 mini ötüb

Qazax Dövlət Dram Teatrı yeni mövsümün açılışını edib

Si Cinpin Qlobal Cənubu beynəlxalq hüququ birgə dəstəkləməyə çağırıb

Madrid - üç məkan, üç fərqli hekayə, bir şəhər FOTOREPORTAJ

Nəcibə Arif: Pakistan Ədəbiyyat Akademiyasında Azərbaycan ədəbiyyatı tarixi ilə bağlı tərcümə işləri davam etdirilir

“Mənim rəngli dünyam”: Qaxdakı rəsm sərgisindən rəngli görüntülər

Qaraməryəm-İsmayıllı-Şəki yolunda avtomobil aşıb, sərnişin həyatını itirib

Hörmüz boğazında İrana məxsus mülki gəmi vurulub

Vanuatuda gəminin batması nəticəsində 30 nəfər itkin düşüb

İndoneziyada göyərtəsində 243 nəfərin olduğu gəmi ilə əlaqə kəsilib

WSJ: Kanada Aİ-nin assosiativ üzvü olmaq istəyir

Kuşner qarşıdakı həftələrdə Ukrayna ilə bağlı yeni addımların atılacağına ümid edir

Nyu-Yorkda oyun meydançasında iki nəfər güllələnərək öldürülüb

Peskov: G20 sammitində Putin ilə Zelenski arasında görüş qeyri-mümkündür