Cəlilabadda yük avtomobilinin altında qalan sürücü xilas edilib
Cəlilabad, 18 sentyabr, AZƏRTAC
Cəlilabad rayonunda yük avtomobilinin altında sıxılıb qalan sürücü xilas edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Sabirabad kəndində baş verib. Kənd sakini Xanhüseyn Abbasov "ZİL" markalı yük avtomobilində təmir işləri apararkən nəqliyyat vasitəsinin qaldırıcı kranı buraxıb. Nəticədə sürücü avtomobilin altında sıxılmış vəziyyətdə qalıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub. Xilasedicilər xüsusi vasitələrin köməyilə onu avtomobilin altından çıxararaq xilas ediblər.
Sürücü hadisə nəticəsində yüngül bədən xəsarətləri alıb. O, aidiyyəti üzrə təhvil verilib.
Müxbir- İlkin Adıyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.09.2026 [21:39]
Şamaxının turizm potensialını artıram məkan: “Nəsimi Bağları”
- 18.09.2026 [21:31]
Naxçıvanda Milli Musiqi Günü möhtəşəm konsertlə qeyd olunub
- 18.09.2026 [21:05]
Naxçıvanda Milli Musiqi Günü: “Arşın mal alan” tamaşası səhnələşdirilib
- 18.09.2026 [18:50]