CƏLİLABADIN TAXIL SAHƏLƏRİNƏ DƏYƏN ZİYANIN NƏTİCƏLƏRİ ARADAN QALDIRILIR
AZƏRTAC xəbər verir ki, havaların uzun müddət quraq keçməsi ilə əlaqədar Cəlilabad rayonunda bu il əkilmiş 45 min 600 hektar taxıl sahəsinin 8200 hektarında gəmirici siçanların bitkilərə vurduğu ziyanın nəticələri aradan qaldırılır.
Rayon icra hakimiyyəti başçısının müavini Nazim Səlimov bildirmişdir ki, gəmiricilərin müşahidə olunduğu 6200 hektar ərazidə “Sink-fusfit” dərman preparatı ilə kimyəvi mübarizə aparılmışdır.
Kənd Təsərrüfatı Nazirliyinin Bitki Mühafizə Mərkəzi rayonun taxıl sahələrində müşahidə olunan siçanlarla mübarizə məqsədi ilə 160 kiloqram “Sink-fusfit” dərman preparatı ayırmışdır.
Rayonun taxıl sahələrində kimyəvi mübarizə tədbirləri fevralın sonunadək başa çatdırılacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]