Azərbaycan Dövlət İnformasiya Agentliyi

Cənub Qaz Dəhlizinin perspektivləri neft və qaz strategiyasından daha dividendli olacaq - RƏY

Cənub Qaz Dəhlizinin perspektivləri neft və qaz strategiyasından daha dividendli olacaq - RƏY

Bakı, 5 mart, AZƏRTAC

Azərbaycanın Cənub Qaz Dəhlizinin tarixi çox məşəqqətli dövr yaşayıb. Belə ki, 1997-ci ildən bünövrəsi qoyulmuş bu dəhliz 2003-cü ildə layihənin rentabelsizliyi ehtimalı, eyni zamanda, digər təzyiqlərin və bürokratik proseslərin nəticəsi olaraq reallaşmamışdı. Lakin 2013-cü ildə Prezident İlham Əliyev Cənub Qaz Dəhlizinin dörd layihəsi – “Şahdəniz”, “Cənub Qafqaz Boru Kəməri”, TANAP və TAP-ın genişləndirilməsi ilə bağlı Sərəncam imzaladı. Bu 4 layihənin hər biri genişləndirilərək Cənub Qaz Dəhlizi formatında işə salınmasına gətirib çıxardı. Bununla da, Azərbaycan qazı ilə Avropanın təchiz edilməsinə start verildi. 2014-cü ildə bu proseslərin hüquqi status alması, proseslərdə idarəçiliyin daha yüksək səviyyədə aparılması məqsədilə Prezident İlham Əliyev tərəfindən Cənub Qaz Dəhlizi Qapalı Səhmdar Cəmiyyəti yaradıldı. 2015-ci ildən isə Cənub Qaz Dəhlizi Məşvərət Şurasının toplantıları keçirilməyə başladı və bu günədək davam edir.

Bu barədə AZƏRTAC-a açıqlamasında iqtisadçı-ekspert Eldəniz Əmirov deyib.

E.Əmirov qeyd edib ki, 3500 kilometr uzunluğunda olan bu Cənub Qaz Dəhlizinin layihə dəyəri 40 milyard dolları ötüb.

“Təsəvvür edin ki, boru kəmərinin keçdiyi dağların hündürlüyü 2700 metrə çatır, bu kəmər belə bir yüksəkliklərdən keçir. Bu da təbii ki, böyük əmək və uzun zaman tələb edir. Azərbaycan bütün yükü öz üzərinə götürərək, bu prosesləri nəhayət 2020-ci ildə yekunlaşdıraraq dekabrda Cənub Qaz Dəhlizinin açılışına nail oldu. Artıq Cənub Qaz Dəhlizi “Şahdəniz-2” layihəsi çərçivəsində hasil edilmiş qazı Avropaya çatdırdı. Ancaq bu hələ başlanğıc idi. Bunun ardınca dəhlizin genişləndirilməsi ilə bağlı işlərə başlanıldı. Bu zaman üç versiya var idi. Birinci versiyada Cənub Qaz Dəhlizi 14 milyard kubmetrə qədər genişləndirilməlidir, hansı ki, nəzərdə tutulan həcm 10 milyarddır. Bu göstəricinin 14-ə çatdırılması birinci versiya idi. 17,1 milyard kubmetrə çatdırılma ikinci versiya idi. Və nəhayət, üçüncü versiyada 20 milyard kubmetrə çatdırılması oldu. Təbii ki, həcm artdıqca daha çox investisiya və daha çox işlər tələb olunurdu. Bu proseslərin getdiyi bir dönəmdə başlayan Rusiya və Ukrayna müharibəsi məhz üçüncü versiyanın reallaşmasına gətirib çıxartdı. Yəni dəhlizin strateji əhəmiyyətini nəzərə alınaraq 20 milyard kubmetrə qədər artırılması məsələsi artıq təsdiqləndi. 2027-ci ilə qədər bu hədəfə çatılması nəzərdə tutulur. Hazırda bu dəhlizlə 12-13 milyard kubmetrlik qaz ixrac olunur ”, - deyə Eldəniz Əmirov əlavə edib.

Ekspert bildirib ki, Azərbaycan qaz strategiyasını uğurla davam etdirdiyi bir dönəmdə yaşıl konseptinin dünyada trend olması ölkəmizin üçüncü enerji strategiyasının hazırlanmasına və işə salınmasına səbəb oldu: “Bu üçüncü enerji strategiyası isə Azərbaycanın bərpa olunan enerji mənbələri hesabına bilavasitə istehsal olunan elektrik enerjisinin əldə olunması strategiyası idi. Sonrakı mərhələ üçün bu daha da genişləndirilərək artıq hidrogen istehsalı və hidrogenin ixracı olaraq gündəmə gəldi. Azərbaycanın məhz yaşıl enerji strategiyası bütün kontekstlərdə özünü doğrultmağa başlayıb. Avropa və Asiya ölkələrinin investorlarının bu sahəyə marağı artdı. Həmçinin BƏƏ, Səudiyyə Ərəbistanı, BP kimi şirkətləri ilə artıq hər biri təxminən 230-250 MVt gücündə elektrik stansiyasının inşa edilməsi ilə bağlı razılıq əldə olundu. İşlərin bir qismi artıq tamamlanıb. Bunlar Qaradağ Günəş Elektrik stansiyası, Xızı Külək elektrik stansiyası və Cəbrayıl Günəş elektrik stansiyasıdır. Perspektivdə ölkə üzrə yaxın müddət ərzində ilkin mərhələdə 5 GVt gücündə bu tip stansiyaların istifadəyə verilməsidir. İstehsal olunacaq enerji isə məhz Avropaya ixrac ediləcək. Cənub Qaz Dəhlizinin perspektivləri neft və qaz strategiyasından daha uzunmüddətli və daha da perspektivli, ən əsası daha dividendli olacaq. Artıq Mərkəzi Asiya ölkələrinin də bu layihəyə qoşulmaq niyyətilə müraciət etməsi Cənub Qaz Dəhlizinin perspektivlərindən xəbər verir. Düşünürəm ki, ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunmasının səbəblərindən biri də məhz ölkəmizdə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirilməsi ilə bağlı verilmiş yekdil qərardır. Bu, bilavasitə həm ölkənin müasir tələblərlə ayaqlaşdığını, müasir trendlərin tələblərinə daha çevik cavab verməsini, eyni zamanda bir qlobal gücə çevrilməsinin nişanəsidir. Düşünürəm ki, COP29-un Azərbaycanda keçirilməsinə dair ölkələrin yekdilliklə səs verməsinin səbəbi Azərbaycanın son bir ildə, bir ayda gördüyü işlər deyil, Azərbaycanın son 20 il ərzində davamlı olaraq apardığı etibarlı strateji və doğru siyasətin nəticəsi olaraq ölkəmizə münasibətdə formalaşmışdır”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bu saata olan əsas xəbərlər

Məktəbli geyimi, sadəcə bir forma deyil…

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır

Çempionlar Liqası: “Sabah” və “Slaviya Praqa”nın start heyətləri açıqlanıb

Frontex və Avropa Kosmik Agentliyi peyk məlumatlarından istifadəyə dair əməkdaşlığı genişləndirir

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Laos Prezidenti Milli Məclisdə olub

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti beynəlxalq simpoziumda iştirak edib

Faiq İsmayılov: Ənənəvi baş örtüklərimizi eyniləşdirib hamısını hicab adlandırmaq doğru deyil

AMEA-da yeni rəqəmsal hesabat modeli tətbiq edilir

Mərkəzi Bank: Sığorta sektorunun zərərlilik dərəcəsi artıb

Birinci yarımildə investisiya şirkətlərinin aktivləri 123 milyon manat olub

Mərkəzi Bank: İpoteka portfeli üzrə QİK əmsalı aşağı səviyyədədir

Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib

AMB: Bank sektoru üzrə kredit riskləri idarə olunan səviyyədədir

Türk ekspert: Azərbaycan və Türkiyə regional sülhün və Türk dünyasının parlaq gələcəyinin sarsılmaz təminatıdır

Azərbaycanın sabitliyi və əmin-amanlığı hər bir vətəndaşın məsuliyyətidir – RƏY

Deputat: Azərbaycan dünyanın müxtəlif regionlarında yerləşən dövlətlərlə əlaqələrini daha da genişləndirir

Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib

Qazaxıstan ərazisindən tranzit yükdaşımaların həcmi 13 faizdən çox artıb

Vahid geyim qaydaları məktəb mədəniyyətinin möhkəmlənməsinə töhfə verir - Sənan Həsənov

ABŞ-nin Yunanıstandakı səfirindən istefa verməsi tələb edilib

Azərbaycanın dünyəvi təhsil modeli hədəfdə: İdeoloji mübarizənin pərdəarxası - TƏHLİL

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub

Təkrarsığortaya ötürülən təkrarsığorta haqları 74 milyon manat olub

Mərkəzi Bank: Əhalinin borc yükü artıb

Yarım ildə bank sektoru üzrə 62 milyon manat silinmə baş verib

BSU Şumen Universiteti ilə əməkdaşlığa dair memorandum imzalayıb

Şəhid övladları üçün Zəfər Muzeyinə ekskursiya təşkil edilib

Çin atom elektrik stansiyalarından enerji alan dünyanın ilk ultra yüksəkgərginlikli elektrik şəbəkəsini istismara verib

İşğaldan azad edilmiş ərazilərdə 100 minə yaxın insan məskunlaşıb

Səudiyyə Ərəbistanı neft hasilatındakı itkiləri bərpa edir

İqtisadi Şuranın növbəti iclası olub

Daha bir neçə avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib

Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı tarixi nitqi ADU-da gələcək inkişafın yol xəritəsi kimi

Beynəlxalq Cüdo Federasiyasının prezidenti dünya çempionatının yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür edib

Xaçmazda qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri ilə bağlı növbəti iclas baş tutub

Cənubi Afrikada aclıq son 15 ilin ən yüksək səviyyəsinə çatıb - ARAŞDIRMA

Qlobal avtomobil bazarında yeni minik avtomobillərinin qeydiyyatı 5 faizədək azalıb

BDU əməkdaşlarının rəqəmsal bacarıqları inkişaf etdirilir

AzTU tələbələri təhsil kreditləri barədə məlumatlandırılıb

QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var

Azərbaycanın müdafiə naziri Kamboca Krallığının Baş naziri ilə görüşüb

Asim Xudiyev UEFA-dan təyinat alıb

Azərbaycanın çoxşaxəli siyasəti: Bakı niyə daha böyük strateji əhəmiyyət qazanır?

Sentyabrda İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 40 min 702 müraciət daxil olub

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Süni intellekt xidmətlərinin adından istifadə edən yeni fişinq kampaniyası aşkarlanıb – Xəbərdarlıq

Təhsil müəssisələrində geyim mədəniyyəti: dünyəvi prinsiplər və peşəkar nümunə

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 31 faizədək artıb

® “Kapital Bank”ın xalis mənfəəti 2026-cı ilin ilk 9 ayında 29,6 faiz artıb

Gömrükçülər külli miqdarda dərman vasitələri aşkarlayıblar

Allahşükür Paşazadə: Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır

İran münaqişə dövründə 5 milyon tondan çox neft məhsulları ixrac edib

XİN Azərbaycan vətəndaşlarını Qara dəniz və Azov dənizi akvatoriyalarında gəmilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan çəkinməyə çağırıb

UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub

Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Şeyxülislam: Bizi bəzi dövlətlərlə qarşıdurmaya sürükləmək istəyən qüvvələr var

MEK-də Hənəfi Zeynallının xatirəsinə həsr olunmuş sərgi açılıb

BVF: Süni intellekt şirkətlərinin səhmlərinin ucuzlaşması maliyyə sabitliyini təhdid edir

Deputat: Məktəb dünyəvi təhsilin, milli dəyərlərin və ideoloji təhlükəsizliyin əsas dayağıdır

Gürcüstan rəqəmsal milli valyutanın buraxılmasına qanunvericilik səviyyəsində icazə verəcək

Qazaxıstanlı ekspert : Özəl sektorun sərmayələri Orta Dəhlizin nəqliyyat potensialını gücləndirir

Qırğızıstan dağlarında buzlaqların vəziyyətində ciddi dəyişikliklər qeydə alınıb

QMİ sədri: Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir

Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yayıb

Allahşükür Paşazadə: Azərbaycanda hicab qadağan olunmayıb

Pakistan “Fətah-2” raketinin sınağını keçirib

Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub

Laos və Kamboca ilə əlaqələrin inkişafı Azərbaycanın mövqelərini gücləndirir ŞƏRH

Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ üçün siyasi və iqtisadi zəmin mövcuddur

OPEC-in gündəlik neft hasilatı 25 milyon bareli ötüb

ADAU tələbələri təcili vəziyyətlərdə ilkin yardımın yollarını öyrəniblər

OPEC bu il və gələn il üzrə qlobal neft tələbatına dair proqnozlarını açıqlayıb

“Azərişıq” əməkdaşları Türkiyədə beynəlxalq Peşə Ustalığı Yarışında birinci yeri tutublar

Alimlər hüceyrələrin inkişaf yolunu xəritələşdiriblər

Gürcüstan ilə Aİ arasında münasibətlər və gələcək əməkdaşlıq yenidən diqqət mərkəzindədir

Manna şəhərlərindən xanlıqlar dövrünədək şəhərsalma tariximizə elmi baxış

Media: İzmir körfəzində sualtı nəqliyyat tuneli tikiləcək

Çində orqanik istehsal və “ağıllı” istixana texnologiyaları öyrənilib VİDEO

Çində orqanik istehsal və “ağıllı” istixana texnologiyaları öyrənilib VİDEO

“PeşəFest-2026”nın növbəti dayanacağı Naxçıvan olub

Azərbaycanda avtomobil yanacağı satışından əldə olunan gəlirlər 4 faiz artıb

Dünyəvi təhsil ənənələri ötən əsrin əvvəllərindən formalaşmağa başlayıb – Hüseyn İbrahimov

UNEC-də turizm və hotelçilik üzrə korporativ auditoriya yaradılacaq

Türk ekspert: Azərbaycanın məktəbli forması ilə bağlı qərarı milli dəyərlərin və dünyəvi təhsilin qorunmasına xidmət edir

Azərbaycan millisi U-15 dünya çempionatı öncəsi son təlim-məşq toplanışını Bakıda keçirəcək

Azərbaycan və Özbəkistan vergi orqanları transsərhəd elektron sənəd dövriyyəsi üzrə birgə layihənin icrası imkanlarını müzakirə edib

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

Çexiya hökuməti xarici işçilərin ölkəyə cəlb edilməsi imkanlarını genişləndirir

Qalileya dənizində su ehtiyatları son 100 ilin ən aşağı səviyyəsinə düşüb

Karlovı Varının memarlıq incisi: XX əsrin əvvəllərinə aid Beher villası

Qazaxıstanlı analitik: Azərbaycanın 2028-ci ildə MDB-yə sədrliyi Birliyin inkişafını daha balanslı edəcək

Almaniyanın Nürnberq aeroportunda dron təhlükəsi yaranıb, sərnişin təyyarəsini qırıcılar müşayiət edib

ABŞ ilə Rusiyanın razılaşması Avropanı çətin vəziyyətə salıb

Şəhid bacısı Zaqatala təhsil sektoruna müdir təyin edilib

ƏMAS-da əvvəlki iş yerlərinə dair arayış əldə etmək mümkündür

Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edilib VİDEO

Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edilib VİDEO

FHN-in Akademiyasında gənc kursantların hərbi andiçmə və məzunların buraxılış mərasimi olub VİDEO

FHN-in Akademiyasında gənc kursantların hərbi andiçmə və məzunların buraxılış mərasimi olub VİDEO