CƏNUBİ AFRİKADA ÇƏKİSİ 20 KARAT OLAN NADİR ALMAZ TAPILMIŞDIR
AZƏRTAC xəbər verir ki, Cənubi Afrikada “Lonro mayninq” şirkəti tərəfindən çəkisi təqribən 18,39 karat olan nadir almaz tapılmışdır. İyunun 3-də şirkətdən bildirmişlər ki, almaz “Şmidtsdrift” şaxtasında tapılmışdır. Daş öz ölçüləri ilə deyil, nadir şəffaflığı və ideal səkkizbucaqlı forması ilə seçilir.
Bu ilin mayında elə həmin şaxtada artıq 750 min dollardan baha qiymətə satılmış oxşar keyfiyətə malik 61,3 karatlıq almaz tapılmışdır. Güman edilir ki, yeni tapıntı da tez və yaxşı qiymətə satılacaqdır.
Şirkətin baş direktoru Çarlz Mostertin dediyinə görə, bu cür gözlənilməz hallar allüvial yatım almazları üçün səciyyəvidir. Allüvial almazlar o qədər də çox tapılmır, lakin onlar daha iridir.
“Şmidtsdrift” şaxtası Cənubi Afrika Respublikasında Vaal çayının sahilində yerləşir. Almazları daha qiymətli hesab edilən qonşu Namibiyada allüvial yataqların işlənilməsi ilə Rusiya şirkətləri məşğul olurlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]
ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib
- 10.06.2026 [17:42]
Temperaturun kəskin dəyişməsi yeni reallığa çevrilir
- 10.06.2026 [17:14]
Avropalıların yalnız 11 faizi ABŞ-ni müttəfiq hesab edir - ECFR sorğusu
- 10.06.2026 [17:05]