Cənubi Koreya ilə BƏƏ arasında iqtisadi tərəfdaşlıq sazişi imzalanıb
Bakı, 29 may, AZƏRTAC
Cənubi Koreya və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında hərtərəfli iqtisadi tərəfdaşlıq sazişi imzalanılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Cənubi Koreya prezidentinin ofisi məlumat yayıb.
Cənubi Koreya Prezidenti Yun Sok Yol və BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan Seulda görüşüblər. Onlar görüş zamanı ticarətin liberallaşdırılması və investisiyaların genişləndirilməsi kimi sahələrdə ikitərəfli iqtisadi tərəfdaşlığı möhkəmləndirməklə bağlı saziş imzalayıblar.
BƏƏ-nin suveren mülkiyyət fondu da Cənubi Koreyaya 30 milyard dollar sərmayə yatırmaq üzrə əvvəlki öhdəliyini bir daha təsdiqləyib. Hər iki tərəf iqlim dəyişikliyi, enerji, infrastruktur, nüvə enerjisi, əqli mülkiyyət, müdafiə və texnologiya sahələrində saziş və Anlaşma Memorandumu imzalayıb.
Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan Cənubi Koreyaya iki günlük gəlib və buraya dövlət səfəri edən ilk BƏƏ prezidenti olub.
Qeyd edək ki, BƏƏ Koreya Respublikası ilə azad ticarət razılaşması imzalayan ilk ərəb ölkəsidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.10.2026 [13:09]
İranda müdafiə naziri vəzifəsinə yeni təyinat təsdiqlənib
- 18.10.2026 [11:40]
Fransada iğtişaşlar zamanı 855 nəfər saxlanılıb
- 18.10.2026 [08:11]
Polşada 1500 NATO hərbçisinin iştirakı ilə təlimlər keçiriləcək
Sabahın hava proqnozu açıqlanıb
- [12:36]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Sözün tövbə qapısı və mənəvi ucalığın poeziya təntənəsi
- 17.10.2026 [23:34]
Şahruddin Məhəmmədəliyev: 3:1-dən sonra da nəticəni dəyişəcəyimizə inanırdıq
- 17.10.2026 [23:28]
Bundesliqa: “Bavariya” öz meydanında “Leypsiq”i darmadağın edib
- 17.10.2026 [22:55]
Türkiyəli siyasətçi: Azərbaycan və Türkiyə bir-birindən ayrılmazdır
- 17.10.2026 [22:49]
Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib
- 17.10.2026 [21:41]
Qurban Qurbanov: “Neftçi” və “Sabah” fərqli səviyyəyə yüksəlib
- 17.10.2026 [21:39]
“Neftçi”nin baş məşqçisi: Artıq “Qarabağ” və “Sabah”dan çəkinmirik
- 17.10.2026 [21:31]
İKTA internet operator və provayderləri üzrə şikayət hesabatını açıqlayıb
- 17.10.2026 [21:24]
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
- 17.10.2026 [20:54]
PFL "Qarabağ”ı və “Neftçi”ni 1000-ci oyunlarına görə mükafatlandırıb
- 17.10.2026 [20:45]
Media: İranın cənubunda partlayış səsləri eşidilib
- 17.10.2026 [20:17]
Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli olub
- 17.10.2026 [20:05]
Bu saata olan əsas xəbərlər
- 17.10.2026 [20:00]
"Borussiya Dortmund" "Sabah"la oyundan öncə Bundesliqada xal itirib
- 17.10.2026 [19:32]
Hörmüz boğazında daha bir tanker minaya düşüb
- 17.10.2026 [18:11]
Qazaxda 12 yaşlı qızı avtomobil vurub
- 17.10.2026 [17:58]
Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib
- 17.10.2026 [17:31]
Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib
- 17.10.2026 [15:45]
“Öz yazarını seç” – onlayn səsverməyə start verilir
- 17.10.2026 [15:42]
G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub
- 17.10.2026 [15:38]