Ceyrançöldə laləlik - Təbiətsevərlər üçün cəlbedici mənzərə VİDEO
Ağstafa, 12 may, AZƏRTAC
Ceyrançölün Ağstafa rayonunun ərazisində yerləşən hissəsində lalələr göz oxşayır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, al-qırmızı rəngə boyanan düzənliklər özünəməxsus mənzərə formalaşdırıb. Günəşli hava şəraiti lalələrin rəng çalarlarını daha aydın göstərir, əraziyə xüsusi gözəllik qatır. Ucsuz-bucaqsız sahələrdə görünən lalələr Ceyrançöl landşaftının estetik görünüşünü daha da artırır.
Hazırda ərazidə müşahidə olunan gözəllik təbiətsevərlər və foto həvəskarları üçün cəlbedici mənzərə yaradır.
Müxbir - Ruslan Novruzoğlu