Çeçen qadınları üçün xüsusi taksi xidməti istifadəyə veriləcək
Bakı, 5 mart, AZƏRTAC
Çeçenistanın paytaxtı Qroznıda qadınlar üçün sürücüsü də zərif cinsin nümayəndəsi olacaq “qadın taksi xidməti” istifadəyə veriləcək.
AZƏRTAC Rusiyanın “Meduza” portalına istinadla xəbər verir ki, “qadın taksisi” layihəsinin sponsoru olan Birləşmiş Ərəb Əmirliklərinin Zayed Fondu bəyan edib ki, əsas məqsəd qadınların dini standartlara və ənənələrə uyğun səyahət etməsini təmin etməkdir. Çeçen dilində “qadın” mənasını verən “Mexari” adlı taksi xidmətinə 190 min dollar vəsait ayrılıb. Maraqlısı odur ki, təmir servisi ilə yanaşı, taksi xidmətinin uşaq bağçası da açılacaq.
Rusiyanın “Qovorit Moskva” radiosunda da bu taksi xidmətindən bəhs edilib. Qeyd olunub ki, çeçen qadınlar çox vaxt təkbaşına taksiyə minməkdən çəkinirlər. Bu səbəbdən, layihənin əsas məqsədi onların təhlükəsizliyinin təmin edilməsidir.
Yalnız qadınlara xidmət edən taksi xidmətləri Cənubi Koreya, Hindistan, Keniya, Meksika və digər ölkələrdə də fəaliyyət göstərir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.06.2026 [11:45]
İran xam neft ixracına başlayıb
- 17.06.2026 [11:28]
Yaponiya dronlarla bağlı qaydaları sərtləşdirir
- 17.06.2026 [11:17]
Fransa uzaqmənzilli raket sistemi üçün yerli şirkətlərə üstünlük verir
- 17.06.2026 [10:49]
Tacikistanda 18 mindən çox şəxsə amnistiya tətbiq olunacaq
- 17.06.2026 [10:31]
“Politico”: Ursula Fon der Lyayen üçüncü müddətə namizəd olmayacaq
- 17.06.2026 [10:20]
BMT üzv dövlətləri minaları qadağan edən müqaviləyə əməl etməyə çağırıb
- 17.06.2026 [08:38]
Dənizin ortasında şəhər: Dünyanın ən böyük neft platformaları
- 17.06.2026 [08:04]
Çin xarici ticarət təzyiqinə boyun əyməyəcəyini bəyan edib
İran xam neft ixracına başlayıb
- [11:45]
Nabran yolu nə vaxt açılacaq?
- [10:33]
CNN: ABŞ Hörmüz boğazı üzərində nəzarəti faktiki olaraq İrana verib
- 16.06.2026 [23:43]
Almaniya dronlardan müdafiəyə 16 milyard avro sərmayə yatıracaq
- 16.06.2026 [22:48]
FTB Ağ Ev yaxınlığında planlaşdırılan terror hücumlarının qarşısını alıb
- 16.06.2026 [22:27]
NATO hava hücumundan müdafiə sistemini İtaliyadan Türkiyəyə köçürəcək
- 16.06.2026 [21:40]
Putin Kazanda Türkiyənin xarici işlər naziri ilə görüşəcək
- 16.06.2026 [21:30]