“Çelsi”nin sabiq futbolçusu 39 yaşında karyerasını bərpa edib
Bakı, 21 sentyabr, AZƏRTAC
“Çelsi”nin və Kot-d'İvuar millisinin sabiq futbolçusu Salomon Kalu karyerasını bərpa edib.
AZƏRTAC xəbər verir ki, yenidən yaşıl meydanlara geri dönən 39 yaşlı oyunçu ölkəsinin I Divizionunda mübarizə aparan “Qaqnao” komandasına keçib. O, həmçinin sözügedən klubda idman direktoru vəzifəsini də yerinə yetirəcək.
Futbolçu son olaraq Cibutinin “Arta/Solar7” komandasında oynayıb.
Qeyd edək ki, Salomon Kalu karyerası ərzində “Çelsi” ilə yanaşı, Fransanın “Lill” və Almaniyanın “Herta” (Berlin) kimi tanınmış klublarının formasını geyinib. Forvard Kot-d'İvuar milisində 97 oyunda 28 qolla yadda qalıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [20:07]
"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb
- 10.06.2026 [17:22]
Dünya çempionatı: Türkiyə millisinin ilk oyununun baş hakimi açıqlanıb
- 10.06.2026 [17:14]
Premyer Liqaya yüksələn klub daha 3 futbolçu ilə vidalaşıb
- 10.06.2026 [16:19]
Azərbaycanı dünya çempionatında 5 yelkənçi təmsil edəcək
- 10.06.2026 [14:40]
DÇ-2026 FIFA-ya 9 milyard dollar gəlir gətirə bilər
- 10.06.2026 [13:54]