Çili bibərinin yeni ən acı növü yetişdirilib
Stokholm, 18 oktyabr, Nərgiz Cəfərli, AZƏRTAC
Amerikalı Ed Karri çili bibərinin bütün dünyada ən acılı kimi tanınan yeni “Pepper X” növünü yetişdirib.
AZƏRTAC xəbər verir ki, Cənubi Karolinadakı Vintropa Universitetində aparılmış sınaqların nəticəsində “Pepper X”in Skovil şkalası ilə təxminən 2,69 milyon dərəcə acılıq nisbətinə sahib olduğu aşkar olunub.
Beləliklə, “Pepper X”in acılığı böyük fərqlə bundan əvvəlki - yenə də Ed Karri tərəfindən 2013-cü ildə yetişdirilmiş “Carolina Reaper” növünə məxsus olan Skovil şkalası ilə 1,64 milyon dərəcəlik rekordu üstələyir.
Ginnesin Rekordlar Kitabına görə, Ed Karri son on il ərzində fermasında “Pepper X” növünün yetişdirilməsi ilə məşğul olub. Dada acılıq verən maddə olan kapsaisinin miqdarını artırmaq üçün o, digər çili bibəri növlərinin seleksiyasını aparıb.
Müqayisə etmək üçün: yumşaq bibər Skovil şkalası üzrə 100 dərəcədən çox, Tabasko sousu isə - 50 min dərəcədən artıq acılığa malik ola bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [13:38]
Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO
- 03.10.2026 [13:12]
Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub
- 03.10.2026 [13:04]
Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib
- 03.10.2026 [11:20]
Türkiyə XİN: Türk Əsrini birlik içində qururuq
- 03.10.2026 [08:53]
Yaponiya 2030-cu ildə yeni raketlərin kütləvi istehsalına başlayacaq
- 03.10.2026 [07:11]
ABŞ BMT üzvlərini İrana qarşı sanksiyalara əməl etməyə çağırıb
- 03.10.2026 [06:51]
Hörmüz boğazında neft tankerinə atəş açılıb
Bu saata olan əsas xəbərlər
- [12:01]
Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib
- 02.10.2026 [23:53]
Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb
- 02.10.2026 [23:20]
G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar
- 02.10.2026 [22:57]
“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!
- 02.10.2026 [22:42]
“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər
- 02.10.2026 [22:23]
Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib
- 02.10.2026 [22:05]
Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir
- 02.10.2026 [21:45]
Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub
- 02.10.2026 [21:40]
Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb
- 02.10.2026 [21:38]