Çimərlik futbolu üzrə İtaliya millisi Bakıda Almaniya yığmasını məğlub edib
Bakı, 22 iyun, AZƏRTAC
İyunun 22-də Bakıda çimərlik futbolu üzrə Avropa Liqası turniri çərçivəsində növbəti oyun keçirilib.
AZƏRTAC xəbər verir ki, Su İdman Sarayının ərazisində yerləşən Avropa Oyunları Parkında keçirilən turnirin birinci turunda Almaniya və İtaliya yığmaları qarşılaşıblar.
Görüş İtaliya millisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
İtaliya millisi növbəti oyununu iyunun 23-də Ukrayna, Almaniya isə İsveçrə yığmasına qarşı keçirəcək.
İlk oyun günündə Ukrayna yığması İsveçrəni 5:4, Portuqaliya millisi isə Belarusu 3:2 hesabı ilə məğlub edib.
Birinci tura iyunun 22-də keçiriləcək Azərbaycan-Fransa oyunu ilə yekun vurulacaq.