Çimərlik futbolu üzrə Portuqaliya millisi Bakıda ilk qələbəsini qazanıb
Bakı, 22 iyun, AZƏRTAC
Portuqaliya millisi Bakıda çimərlik futbolu üzrə Avropa Liqası turnirinə qələbə ilə başlayıb.
AZƏRTAC xəbər verir ki, iyunun 22-də Su İdman Sarayının ərazisində yerləşən Avropa Oyunları Parkında keçirilən turnirin birinci turunda Portuqaliya millisi Belarus yığması ilə üz-üzə gəlib.
Qarşılıqlı hücumlar şəraitində keçən oyunda Portuqaliya futbolçuları minimal hesablı qələbə qazanıblar - 3:2.
Portuqaliya millisi növbəti oyununu iyunun 23-də Fransa, Belarus isə Azərbaycan yığmasına qarşı keçirəcək.
İlk oyun gününün birinci oyununda Ukrayna yığması İsveçrəni 5:4 hesabı ilə məğlub edib.
Birinci tura iyunun 22-də keçiriləcək Almaniya-İtaliya və Azərbaycan-Fransa oyunları ilə yekun vurulacaq.