Çimərlik güləşçilərimiz dünya seriyasının mərhələ yarışında üç medal qazanıblar
Bakı, 12 sentyabr, AZƏRTAC
Yunanıstanın Katerini şəhərində çimərlik güləşi üzrə dünya seriyasının üçüncü mərhələsi keçirilib.
AZƏRTAC xəbər verir ki, güləşçilərimiz yarışda uğurlu çıxış edərək 3 medal qazanıblar.
Oyan Nəzəriani (+90 kq) qızıl, Omid Kamaliağdam (80 kq) və İbrahim Yusubov (90 kq) isə gümüş medal əldə ediblər. Azərbaycan medalların sayına görə 1-ci yeri tutub.
Qeyd edək ki, beynəlxalq dərəcəli hakim Sədi Quliyev turnirdə ədaləti qoruyub. Dünya seriyasının sonuncu - final mərhələsi sentyabrın 23-24-də Rumıniyanın Konstanta şəhərində keçiriləcək.