DÜNYA
Çin ABŞ-da insan hüquqlarının vəziyyəti ilə bağlı hesabatını təqdim edib
Pekin, 14 mart, AZƏRTAC
Çin ABŞ-da ötən il insan hüquqlarının vəziyyətinə dair hesabatını təqdim edib.
AZƏRTAC xəbər verir ki, Çin Dövlət Şurasının (Nazirlər Kabineti) İnformasiya Ofisinin hazırladığı hesabat 8 bölmədən ibarətdir. Sənəddə Birləşmiş Ştatlarda insan hüquqlarının müxtəlif aspektlərdə pozulması faktları əksini tapıb. Bura vətəndaşların mülki hüquqlarının pozulması, gəlir bərabərsizliyi, irqi ayrı-seçkilik, uşaqlara, qadınlara və miqrantlara qarşı təhdidlər, habelə birtərəfli “Amerika birincidir” siyasətinin doğurduğu insan haqlarının pozulması halları daxildir. Hesabatda ötən il ABŞ-da insan hüquqlarının pozuntusuna dair xronologiya da əksini tapıb.
Bildirilir ki, silahla törədilən zorakılıq halları ABŞ-da geniş yayılıb. Ötən il 57 min 103 silahlı zorakılıq faktı qeydə alınıb ki, nəticədə 14 min 717 nəfər ölüb, 28 min 172 nəfər yaralanıb.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [20:46]
Küveyt Əmiri Türkiyədə rəsmi səfərdədir
- 07.05.2024 [20:08]
AİB Asiya ölkələrinin əhalisi haqqında hesabat hazırlayıb
- 07.05.2024 [19:15]
Şahzadə Harri Londona qayıdıb
- 07.05.2024 [16:47]
Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb
- 07.05.2024 [16:29]
Olimpiya məşəli Fransa ərazisinə daxil olub
- 07.05.2024 [15:49]
Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir
- 07.05.2024 [15:19]