Çin Futbol Assosiasiyası Ramil Şeydayevin dava etdiyi oyunla bağlı bəyanat yayıb
Bakı, 02 dekabr, AZƏRTAC
Çin Futbol Assosiasiyası (CFA) Asiya Çempionlar Liqasında "Çjetszyan" və Tailandın “Buriram Yunayted” komandalarının oyunu zamanı qeydə alınmış insidentlə bağlı bəyanat yayıb.
AZƏRTAC qurumun rəsmi saytına istinadən xəbər verir ki, matçın final fitindən sonra futbolçular arasında baş vermiş kütləvi dava kəskin pislənilib.
“Futbol meydanlarında zorakılıq hərəkətləri idman prinsiplərinə ziddir. Bu cür hallar sağlam rəqabətə təsir edir və tamaşaçılarda pis təəssürat yaradır. CFA meydanlarda baş verən bütün zorakılıqları qətiyyətlə pisləyir. Asiya Futbol Konfederasiyasına (AFC) insidentin araşdırılmasında və ədalətli həllində kömək edəcəyik.
Çin Futbol Assosiasiyası bütün yerli klublara nəzarət edir. Çin futbol komandaları beynəlxalq və yerli yarışların qaydalarına ciddi şəkildə əməl etməli, hakimə, tamaşaçılara və rəqiblərə hörmətlə yanaşmalıdır”, - bəyanatda bildirilib.
Qeyd edək ki, “Buriram Yunayted” klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev də həmin hadisənin iştirakçısı olub və rəqib oyunçularla dava edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [11:38]
Azərbaycanın daha 5 boksçusu U-17 Avropa çempionatında mərhələ adlayıb
- 06.10.2026 [11:09]
Azərbaycan Kubokunda I təsnifat mərhələsinin təyinatları açıqlanıb
- 06.10.2026 [10:57]
"Neftçi" FIBA Avropa Kubokunda mübarizəyə başlayır
- 06.10.2026 [10:50]
“Sabah” FIBA Çempionlar Liqasında mübarizəyə başlayır
- 06.10.2026 [10:32]
Dünya çempionatı: Azərbaycanın 3 cüdoçusu tatamiyə çıxır
- 06.10.2026 [10:21]
Seçmə mərhələ: Azərbaycan U-21 millisi Cəbəllütariqlə qarşılaşacaq
Dünya bazarında qızıl ucuzlaşıb
- [08:37]
Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub
- 05.10.2026 [23:42]
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib
- 05.10.2026 [23:25]
Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb
- 05.10.2026 [23:06]
Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub
- 05.10.2026 [22:54]
Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib
- 05.10.2026 [22:41]
Tovuzda ata oğlunu bıçaqlayıb
- 05.10.2026 [22:26]
Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır
- 05.10.2026 [21:52]