Çin tarixdə ilk dəfə olaraq kosmosa 3 peyk göndərib
Bakı, 17 avqust, AZƏRTAC
Çin tarixdə ilk dəfə olaraq kosmosa kommersiya məqsədli 3 peyk göndərib. AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, kosmik aparatların orbitə buraxılması “Tszelun-1” yeni raketdaşıyıcısı ilə həyata keçirilib.
Çinin Aerokosmik Elm və Texnologiyalar Korporasiyasının məlumatına görə, raketdaşıyıcının buraxılışı ölkənin şimal-qərbində yerləşən Qansu əyalətindəki Tszyutsyan kosmodromundan həyata keçirilib. Qeyd olunub ki, “Tszelun-1” yeni raketdaşıyıcısının uzunluğu 19,5 metr, diametri isə 1,2 metrdir. Çinli mütəxəssislər bildirirlər ki, çəkisi 23 tondan çox olan bu raket ölkənin yükdaşıyan raketləri arasında ən yüngülü və səmərəlisidir.
Məlumatda bildirilir ki, orbitə göndərilən aparatlardan birincisi - “Tsyanşen-1” məsafədən zondlama və darzolaqlı siqnalların ötürülməsi, ikinci mikropeyk - “Sinşiday-5” meşə, okean ərazilərinin müşahidəsi və onların kənd təsərrüfatı məqsədləri üçün Yerə göndərilməsi, üçüncü aparat - “Tyantsi-2” isə internet xidmətlərinin keyfiyyətinin artırılması üçün nəzərdə tutulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [21:11]
ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır
- 13.06.2026 [20:21]
On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər
- 13.06.2026 [19:59]
Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]