Çində 3-11 yaşında olan uşaqlara 3,53 milyon doza COVID-19 peyvəndi vurulub
Pekin, 30 oktyabr, AZƏRTAC
Çində əhalinin COVID-19 infeksiyasına qarşı vaksinasiyası çərçivəsində 3-11 yaşına olan uşaqlara 3,53 milyon doza peyvənd vurulub.
AZƏRTAC xəbər verir ki, bu barədə Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsinin rəsmisi U Lianyou Pekində keçirilən mətbuat konfransında deyib. O, bu yaş qrupundan olanların vaksinasiyasının qarşıdakı aylarda daha da sürətləndiriləcəyini bildirib.
U Lianyou 3-11 yaşda olan uşaqların COVID-19 infeksiyasına qarşı vaksinasiyası barədə qərarın ekspertlərin rəylərinə, kliniki sınaqlara və epidemik vəziyyətə əsaslanaraq qəbul edildiyini deyib. Sözügedən yaş qrupundan olan uşaqların vaksinasiyası könüllülük prinsipi əsasında aparılır.
Qeyd edək ki, Çində 3-11 yaşlı uşaqların COVID-19 infeksiyasına qarşı vaksinasiyası bir neçə gün əvvəl başlayıb. Prosesdə “Sinopharm” və “Sinovac” şirkətlərinin inaktiv peyvəndlərindən istifadə olunur. Ümumiyyətlə, Çində indiyədək əhaliyə 2,26 milyard doza COVID-19 peyvəndi vurulub. Hər 2 doza peyvənd vurulanların sayı isə 1,07 milyard nəfərdir.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [21:11]
ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır
- 13.06.2026 [20:21]
On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər
- 13.06.2026 [19:59]
Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]