Çində arxeoloqlar ən qədim yaşayış məskənlərinin xarabalıqlarını tapıblar
Bakı, 24 iyul, AZƏRTAC
Çinin Tszyansu əyalətinin Usi şəhərində arxeoloqlar ən qədim yaşayış məskənlərinin xarabalıqlarını tapıblar. AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, ümumi sahəsi 60 min kvadrat metr olan bu tapıntılar Şan və Çjou sülalələrinin hakimiyyəti dövrünə (e.ə. 1600-256-cı illər) aid edilir.
Çin arxeoloqları ötən ilin sentyabrından Bodu çayının sahilləri boyu qazıntılar aparıblar və bu yaşayış məskənlərini aşkar ediblər. Hazırda həmin ərazidə 200 tikilinin qalıqları tapılıb. Onların sırasına tikinti obyektləri, kanallar və quyular daxildir. Qazıntılar zamanı bir çox qədim əşyalar, o cümlədən bərk keramika nümunələri, polimer və qum gildən düzəldilmiş alətlər və qablar da tapılıb. Arxeoloji ekspedisiyanın üzvü Li Yuntszyun bildirib ki, hazırda 100-dən çox keramika məmulatı tapılıb. Onun sözlərinə görə, onların radiokarbon üsulu ilə müayinə edilməsi göstərib ki, bu əşyaların hamısı Şan və və Çjou sülalələrinin hakimiyyəti dövrünə aiddir.
Xarabalıqların tapıldığı rayon Meyli adlanır. Çinin Usi şəhərinin Mədəniyyət Abidələri və Arxeoloji Tədqiqatlar İnstitutundan bildiriblər ki, bu tapıntılar həmin ərazidə aşkar edilən ilk qədim yaşayış məskənləridir. Onlar yerli arxeoloqlara əyalətin qədim mədəniyyəti və adət-ənənələrini öyrənməyə imkan verəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [13:36]
Böyük Britaniyada “Ryanair” aviaşirkəti ilə bağlı araşdırma başlanıb
- 11.06.2026 [13:35]
Ankara yunan Kipri ilə Fransa arasında hərbi sazişi pisləyib
- 11.06.2026 [13:25]
Şimali İrlandiyada iğtişaşlar zamanı 12 polis yaralanıb
- 11.06.2026 [13:13]
Birləşmiş Ştatların sutkalıq neft hasilatı artır
- 11.06.2026 [13:11]
Rusiya məhkəməsi Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxsi həbs edib
- 11.06.2026 [12:29]
ABŞ-nin neft ehtiyatları azalıb
- 11.06.2026 [12:17]
Fransadakı alman bunkerləri baxımsız qalıb
- 11.06.2026 [12:07]
Hind okeanında ən dərin və geniş balina “məzarlığı” aşkar edilib
- 11.06.2026 [12:04]