Çində aviasiya sərgisi başlayıb VİDEO
Pekin, 19 sentyabr, AZƏRTAC
Çinin Cilin əyalətinin Çançun şəhərində aviasiya sərgisi keçirilir.
AZƏRTAC xəbər verir ki, sərgidə Çin xalq Azadlıq Ordusunun (ÇXAO) hərbi hava qüvvələrinin 16 növ təyyarəsi, o cümlədən KJ-500 erkən xəbərdaredici təyyarəsi, H-6 bombardmançısı, J-20S ikiyerlik qırıcısı, Y-20 nəqliyyat təyyarəsi, J-16 hücum təyyarəsi nümayiş olunur.
Sərgi çərçivəsində müxtəlif mövzularda təqdimatlar, konfranslar keçirilir. Bundan başqa, ÇXAO-nun hərbi hava qüvvələrinin “Qırmızı qartal” akrobatik qrupunun nümunəvi çıxışları olub. Aviaşounu 100 min nəfərin ziyarət edəcəyi gözlənilir.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin